Kənan Novruzov

 

2016-cı ildə BDU-nun Jurnalistika fakültəsinə qəbul olunub. Hazırda IV kurs tələbəsidir. Müxtəlif mətbu orqanlarla fəal əməkdaşlıq edir.

 

İllər keçsə də... yaşayacaq...

 

Yaşasaydı, 50 yaşı olacaqdı... Bəlkə də, indi ölkənin ən tanınmış şairlərindən, jurnalistlərindən, publisistlərindən biri, hansısa qəzetin baş redaktoru idi. Bəlkə də, onu şəxsən və daha yaxından tanıyardıq, özünün mətbuat sahəsindəki təcrübəsini biz gənclərlə bölüşərdi...

Şəhid şair Ülvi Bünyadzadəni nəzərdə tuturam. O, qanlı 20 Yanvar hadisəsinin qurbanlarından biri və həm də adını tarixə əbədi yazanlardandır...

İyirmi yaşım var. Elə bilirəm ki, heç nə yaşamamışam. Gələcək üçün o qədər böyük arzularım var ki. Ümid edirəm, onları reallaşdıra bilərəm. Ancaq Ülvi Bünyadzadənin belə imkanı olmadı - ömrünün iyirminci payızında gözlərini əbədi yumdu, haqq dünyasına qovuşdu. Qeyrəti, milli təəssübkeşliyi ona hər şeyi unutdurdu. Hələ tələbəykən -1990-cı il yanvarın 19-da Bakıya girən sovet ordusunun yolunu kəsib, dinc piketin gülləbaran edilməsinə dözməyərək sinəsini xalqına tuşlanan gülləyə sipər edibbir neçə saatdan sonra həlak olub.

Yaradıcı insan idi. Yazır, yaradırdı. Deyirlər ki, yaradıcı insanlar həssas olurlar, haqsızlığa dözə bilmirlər. Görünür, doğru imiş. Ülvi Bünyadzadə dözə bilmədi...

Hələ şagirdlik vaxtlarından "Daşkəsən" qəzetilə əməkdaşlıq edən bu gənc hərbi xidmətdə olduğu zaman vətənə olan borcunu şərəflə, vicdanla yerinə yetirəcəyi barədə "And" yazır. Çox keçmir. Bir il sonrakı qəhrəmanlığı, şücaəti cəsarəti ilə andına sadiq qalır, çoxları üçün nümunəyə çevrilir.

Ülvi şair idi. Yazdığı şeirlər təkcə onun xakarteri haqda məlumat vermirdi. Eyni zamanda, ola bilsin, gələcək taleyinə işarə idi. "Mən qorxmuram uzun yola çıxmaqdan" adlı şeirini sanki elə özünə həsr etmişdi:

 

"... Mən qorxmuram uzaq yola çıxmaqdan,

Bu yolun ağrısından, acısından,

"Ölüm" adlı yuxusundan mən qorxmuram..."

 

Həqiqətən, qorxmurdu. Qorxsa, arzularından, məqsədlərindən könüllü surətdə imtina etməzdi. bilmək olar, bəlkə , onun həyatdakı vəzifəsi elə bundan - insan üçün ləyaqətlə yaşamağın qədər vacib olduğunu göstərməkdən ibarət idi. Bəlkə , dünyaya bunun üçün gəlmişdi. Gəlmişdi ki, öz şəxsiyyəti ilə örnək olsun, dərs versin...

Ülvi Bünyadzadə gənc idi. Ola bilsin, sevdiyi var idi. Amma şeirlərində dediyi kimi, onun üçün Vətən hər şeydən birinci gəlirdi. "Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik" misrası ilə, elə bil, hər kəsə bəyan edirdi ki, millətin, torpağın taleyi onun öz taleyidir. Düzdür, Azərbaycan yaşadı, inkişaf etdi. Ölkəmiz bu gün dünyaya, Avropaya sürətlə inteqrasiya edir. Lakin məhz Ülvi Bünyadzadə onun kimilərin yüksək vətəndaşlıq mövqeləri nəticəsində.

Şəhid şairin əsərləri sırasına 200-dən çox şeiri, "Ömür yolu" poeması, "Qansızlar" povesti, 40-a yaxın hekayəsi, 5 pyesi, 20-ə yaxın tərcüməsi, 7 ədəbi ictimai məzmunda məqaləsi, onlarca məktubu daxildir. Yəni əməlli-başlı bir irs qoyub gedib. Ən böyük mirası isə adıdır. Biz gənclər Ülvi Bünyadzadənin timsalında bütün şəhidlərimizin xatirələrini əziz tutaraq onları daim xatırlamalıyıq. Əks halda bizi nə onların ruhu, nə də üstündə gəzdiyimiz bu torpaq bağışlayar.

Bu il Ülvi Bünyadzadənin anadan olmasından 50 il keçir. 50 ilin üzərindən daha çox illər keçəcək, tarixin üzərinə tarix əlavə olunacaq. Keçmişlər yavaş-yavaş silinəcək. Bircə tarix yazanlar, adını tarixə yazdıranlar unudulmayacaq, həmişə yaddaşlarda qalacaqlar.

Yuxarıdakı qeydləri edərkən şəhidimizin daha bir şeirindən bu bəndi xatırlayıram:

 

"Sevgi dolu, kədər dolu,

Aylar, illər ötür keçir,

Özümüz heç bilmədən,

Ömrümüzdən ömür keçir".

 

Haqlıdır. Vaxt necə gəlir, necə keçir bilmirik. Bəzən bir baxırıq ki, heç etməmişik, heç kimə xeyir verməmiş, bir bəndənin belə duasını, rəhmətini qazanmamışıq. Belə yaşamağa var ki? Bundan asanı yoxdur. Fəqət bu, mənalı yaşamaq deyil. Əsl yaşamaq xatirələrdə əbədi qalmaqdır. Yarım əsr keçsə , bir qərinə ötsə ...

Həmişə yaşayacaq, illər keçsə , elə iyirmi yaşında qalacaq Ülvi Bünyadzadə.

 

525-ci qəzet.- 2020.- 22 yanvar.- S.22.