"... Səssizliyimi kəsə
bilmədilər mənim"
Naxçıvanda
yazıb-yaradan istedadlı gənclərdən biri də
Mirşahin Seyidovdur. Naxçıvan Müəllimlər
İnstitutunun məzunu olan Mirşahinin tələbəlik illərində
"Fikir buludları" adlı ilk kitabı da oxuculara təqdim
olunub.
Həmin
kitab haqqında bir neçə ay bundan əvvəl "525-ci
qəzet"in oxucularına məlumat vermişdik. Bu dəfə
isə onun şeirlərini təqdim edərək fikir
yürütməyi oxucuların ixtiyarına buraxmaq istədik.
Mirşahin
xaraktercə qapalı, şeirlərini özü ifa etməyi
sevən bir gənc qələm sahibidir. Onun şairliyi təkcə
yazdıqları ilə məhdudlaşmır. Mirşahin
şeirlərini söyləyəndə də şairanə
bir ovqata köklənir. Hər bir mövzuya, məsələyə
münasibətində də onun obrazlı fikir yürütməsini
müşahidə etmək olar. Bir də sadə vətəndaş
kimi Mirşahin nə qədər sakit, təmkinli, qaradinməzdirsə,
şair kimi o, çılğın və dəli-dolu biridir.
Daha
çox fəlsəfi fikirlərə meyllilik Mirşahinin
poeziyasının əsas xəttini təşkil edir. O, təbiətə
münasibətdə də, insanlara münasibətdə də,
şəxsi duyğu və düşüncələrini qələmə
alanda da, saf sevgidən yazanda da, ümumiyyətlə şair
kimliyini narahat edən hər hansı məsələni qələmə
alanda da filosof şair kimi düşünür. Buna nə dərəcədə
nail olur, bu artıq siz oxucuların verəcəyi qərardır.
Biz isə, "Mirşahin artıq şairdir!" əminliyi
ilə onun bir neçə şeirini oxuculara təqdim edirik.
Elxan YURDOĞLU
525-ci qəzet.- 2020.- 11 yanvar.- S.23.