"Filologiya sənətşünaslıq"

jurnalının yeni sayı çıxıb

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Filologiya sənətşünaslıq" elmi jurnalının 2019-cu ildə ikinci sayı nəşr olunub.

"Filologiya sənətşünaslıq" elmi jurnalının baş redaktoru, AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın bu sayı akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü" məqaləsi ilə açılır.

Jurnalın baş redaktor müavinləri akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul katibi isə Həlimə Mehdiyevadır.

"Elm" nəşriyyatında çap olunan jurnalın bu sayı "Ədəbiyyatşünaslıq", "Ədəbi əlaqələr", "Folklorşünaslıq", "Dilçilik", "Sənətşünaslıq" "Xronika" bölmələrindən ibarətdir.

"Filologiya və sənətşünaslıq" jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.

 

525-ci qəzet.- 2020.- 11 yanvar.- S.6.