Azərbaycan tarixinin inqilabi islahatlar ili
"2020-Cİ
İLDƏ DƏ ÖLKƏMİZ UĞURLA
İNKİŞAF EDƏCƏK, DAHA GÜCLÜ
DÖVLƏTƏ ÇEVRİLƏCƏK"
Yanvarın 13-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına
həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə müxtəlif sahələrdə
əldə edilmiş nəticələr təhlil olunub,
dövlət başçısı tərəfindən yeni
tapşırıqlar verilib. Müşavirədə təqdim
edilən göstəricilərdən bəlli olub ki,
ümumilikdə 2019-cu il Azərbaycan
üçün uğurlu il olub, qarşıya qoyulan
bütün vəzifələr uğurla icra edilib, ölkənin
dayanıqlı inkişafı təmin olunub.
Region
ölkələrində, dünyanın digər nöqtələrində
müxtəlif sahələrdə geriləməyə,
qeyri-sabit vəziyyətə, qanlı toqquşmalar, müharibələr,
kütləvi etiraz aksiyaları, polis zorakılığı,
insan haqlarının kobudcasına pozulması və s.
baxmayaraq, 2019-cu ildə də Azərbaycan sabitlik şəraitində
yaşayıb və inkişaf edib. Ölkəmiz
bu gün digər göstəriciləri ilə yanaşı,
sabitliyin təmini baxımından da nümunə hesab olunur.
Dövlət başçısı bununla bağlı
müşavirədə deyib ki, Azərbaycanda sabitliyin təminatçısı
Azərbaycan xalqıdır. Xalq tərəfindən
hakimiyyətə göstərilən dəstək, həyata
keçirilən siyasətə verilən yüksək qiymət
həm iqtidarı daha da ruhlandırır və eyni zamanda,
ölkədə siyasi və iqtisadi sahələrdə
sabitliyi təmin edir.
2019-cu ildə
Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənib,
ölkəmiz bir sıra mötəbər beynəlxalq tədbirlərə
ev sahibliyi edib. Azərbaycan
dünya müstəvisində çox etibarlı tərəfdaş
kimi tanınır və ölkənin beynəlxalq aləmdə
gücü də ildən-ilə artır.
Ötən
il həm də ölkəmizin hərbi
potensialının daha da güclənməsi ilə yadda
qaldı. Bu gün Azərbaycan Ordusu hərbi
potensialına, maddi-texniki təchizatına və
döyüş qabiliyyətinə görə dünyada 52-ci
yerdədir.
İqtisadi sahədə də göstəricilər
uğurludur. Azərbaycan 2019-cu ildə iqtisadi sahədə
qarşıda duran bütün vəzifələri uğurla
icra edib. Dünya Bankı Azərbaycanı
20 ən islahatçı ölkə siyahısına
salıb. Bu, onu göstərir ki, ölkəmizdə
aparılan köklü islahatlar aparıcı beynəlxalq
qurumlar tərəfindən də təqdirlə qəbul
edilir.
2019-cu il Azərbaycan tarixində həm də dərin
islahatlar ili olub. Bu islahatlar həm siyasi, həm
iqtisadi, sosial sahələrdə, həm də kadr və
struktur islahatları sahələrində aparılıb.
2019-cu ildə ümumi daxili məhsul 2,2
faiz artıb, qeyri-neft sektorunda bu artım 3,5 faiz təşkil
edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye
istehsalı 14 faiz yüksəlib, kənd təsərrüfatı
7 faiz, bitkiçilik 10 faizdən çox artıb.
İnflyasiya cəmi 2,6 faiz, əhalinin pul
gəlirləri isə 7,4 faiz olub. Qeyri-neft ixracı 14 faiz
artıb, valyuta ehtiyatları isə 6,4
milyard dollar çoxalaraq 51 milyard dollara çatıb.
Ötən
il həm də ölkəmizdə Azərbaycan
və MDB tarixində ən böyük sosial paket
reallaşdı. Ötən il həyata keçirilən sosial
paket 4,2 milyon insanı əhatə etdi.
2019-cu ildə minimum əməkhaqqı 2 dəfə, minimum
pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi
müavinətlər 2 dəfə artırıldı. Dövlət başçısı müşavirədə
2020-ci ilin ölkəmiz üçün uğurlu
olacağını, Azərbaycanın daha güclü dövlətə
çevriləcəyini vurğulayıb.
İlham Əliyev Azərbaycanın Ermənistanı
bütün əsas parametrlər üzrə böyük fərqlə
qabaqladığına da diqqət çəkib. Prezident
vurğulayıb ki, Ermənistanın baş nazirinin gəldiyi
qənaətə görə, Ermənistan Azərbaycanı
bir çox parametrlər üzrə qabaqlayır. Belə bir fərziyyənin heç bir əsası
yoxdur. 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu
dollar ekvivalentində 47,6 milyard
dollardır, Ermənistanda isə cəmi 13 milyard dollar olub. Ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda
4500 dollardır. Valyuta ehtiyatları Azərbaycanda
51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir.
Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6
milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir.
Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar, Ermənistana 900 milyon dollar, fərq
15 dəfədir. Minimum pensiya Azərbaycanda 200
manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də
ikinci, Ermənistan doqquzuncu yerdədir. Ermənistanın
gətirdiyi rəqəmlər növbəti əfsanədir,
növbəti yalandır.
Mövzu
ilə bağlı fikirlərini açıqlayan "Bakı
xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert
Aydın Quliyev deyib ki, Prezident İlham Əliyevin 2019-cu ilin
yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanla
Ermənistanı müqayisə etməsi müasir, inkişaf
etmiş ölkələrə xas olan bütün
ölçü parametrləri üzrə ölkəmizin Ermənistanı
böyük fərqlərlə üstələdiyinə
hamını inandırdı. Onun sözlərinə görə,
müşavirədə Azərbaycanın iqtisadi, siyasi, hərbi,
mədəni, biznes və beynəlxalq inteqrasiya müstəvisində
çox uğurlu inkişaf yolu keçdiyi bütün
dünyaya bir daha nümayiş etdirildi: "Prezident iki ölkənin
inkişafını və tənəzzülünü o qədər
çoxsaylı və dəqiq faktlarla əsaslandırdı
ki, onları təkrar etmək yox, ifadə etdiyi məzmuna diqqət
yetirmək kifayətdir. Saysız parametrlərin
hər biri üzrə iki ölkənin fərqi bəzən hətta
10 dəfədən çox olmaqla Azərbaycanın xeyrinədir.
Azərbaycan prezidentinin gətirdiyi müqayisəli
rəqəmlər Azərbaycanın yüksək, Ermənistanın
isə utancgətirən aşağı vəziyyətdə
olduğunu xarakterizə edir. Prezident İlham Əliyev
Ermənistanın həqiqi vətənpərvər qüvvələrinə
bu ölkənin nə qədər miskin vəziyyətdə
olduğuna dair sanballı düşüncə materialları verdi. İlham Əliyevin Azərbaycanı
və Ermənistanı faktlarla müqayisə etməsi Ermənistanda
hələ uzun müddət iqtidar və müxalifət
ideoloqları tərəfindən müzakirə olunacaq. Dövlət başçısının məntiqli
və faktoloji müqayisəsinin Ermənistanda keçmiş
və indiki hakimiyyətlər əleyhinə yeni böyük
etiraz dalğası doğuracağı şübhəsizdir".
A.Quliyev
qeyd edib ki, Azərbaycan Prezidentinin "Ermənistan bu gün
bizim səylərimiz nəticəsində siyasi, iqtisadi,
investisiya, enerji və nəqliyyat dalanıdır" fikri bu
ölkənin daxili və beynəlxalq vəziyyətinə dəyişdirici
təsir gücünə malik strateji xarakterlidir: "Prezident
İlham Əliyev Ermənistanın bir dövlət kimi tənəzzülü
və Azərbaycandan çox geridə qalmasını bu
ölkənin təcavüz və davakar siyasəti ilə
klassik şəkildə əlaqələndirə bildi. Dünya bir daha gördü ki, hətta təcavüz
qurbanı olduğu şəraitdə də Azərbaycan stabil
inkişaf gücünə malik olduğu halda, Ermənistan təcavüzkar
siyasət apardıqca onun daha dərin iflasa gedəcəyi
qaçılmaz olacaq. Əminəm ki,
indiyə qədər Ermənistanın özündə onun
Azərbaycanla müqayisədə bu qədər
rüsvayçı geriliyini sübut edən çoxsaylı
faktlar bir arada təqdim edilməmişdi. Azərbaycan
Prezidenti ermənilərin içində
yaşadığı fəlakətləri onların
özünə çox təsirli səviyyədə göstərdi.
Ermənistan əhalisi Prezident İlham
Əliyevin faktlarından sonra Paşinyan kimi rəhbərlərin
onları illərlə necə aldatdıqlarına bir daha əmin
olacaq. Paşinyanın bir neçə
gün əvvəl guya Ermənistanın ÜDM səviyyəsinə
görə Azərbaycandan üstün olması barədə
Dünya Bankının adından uydurduğu yalan ölkənin
öz içində ifşa olunandan sonra o, növbəti
sarsıdıcı zərbəni Azərbaycandan aldı".
Ekspert vurğulayıb ki, ermənilər özlərinə
hörmət qoysa, onları bu günə salan və
böhranı daha da dərinləşdirən hakimiyyəti
yıxmaq üçün ayağa qalxar, əslində, bu
perspektiv istisna olunmur.
Milli Məclisin deputatı Sona Əliyeva isə deyib ki,
ölkə başçısı cənab İlham Əliyev
2019-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı
keçirilən müşavirədə Azərbaycanla Ermənistanı
müqayisə etdi və iki ölkənin iqtisadi göstəricilərini
söylədi.
Prezidentimiz haqlı olaraq bildirdi ki, Azərbaycan dünyanın
aparıcı təşkilatlarının
hazırladığı statistik göstəricilərdə ali, Ermənistan isə üçüncü
liqadadır. Bu, işğalçı ölkənin
gündən-günə hansı uçuruma sürükləndiyinin
göstəricisidir. Deputat əmin olduğunu bildirib ki,
bu göstəricilər gec-tez özünü Dağlıq
Qarabağ məsələsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
müsbət təsir göstərəcək:
"Çünki bir ölkənin gücü onun iqtisadi
göstəricilərindən bilavasitə asılıdır. Azərbaycan isə bu mənada
işğalçı ölkəni durmadan, günbəgün
üstələyir. Azərbaycan bu gün
dünya ölkələri üçün etibarlı tərəfdaşdır.
İri, beynəlxalq əhəmiyyətli layihələrə
donorluq edir. Ölkə başçısının da
qeyd etdiyi kimi keçən il iqtisadi sahədə
əldə edilmiş nəticələr çox yaxşı
səviyyədədir. Təkcə 2019-cu ildə ümumi
daxili məhsul 2,2 faiz artıb. Qeyri-neft
sektorunda bu artım 3,5 faizə bərabərdir.
Yola saldığımız ildə sənaye istehsalı 1,5 faiz artıb. Buna baxmayaraq,
qeyri-neft sektorunda sənaye istehsalında 14 faiz artım
müşahidə olunub. Bu da son illər ərzində
sənaye sahəsində görülmüş işlərin əyani
təzahürüdür".
Deputat
vurğulayıb ki, bu gün Azərbaycan bütün
dünyada sülh adası kimi tanınır: "Bölgənin,
regionun ən stabil ölkəsidir. Bunun nəticəsidir ki,
ötən il turistlərin ölkəmizə
səfərləri rekord həddə çatdı. Yəni 3 milyon 170 min xarici qonaq ölkəmizə gəldi.
Onlar daha çox regionlara səfərlər
etdilər. Bu da bölgələrimizdə
turizmin inkişafının hansı səviyyədə
olduğunun göstəricisidir. Ötən il xarici
turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Bu da ölkəmizə artan marağın göstəricidir".
YAP Siyasi
Şurasının üzvü, "İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, arxada qalan hər
il görülən işlərin hesabatı, növbəti il
üçün hədəflərin müəyyənləşdirilməsinə
geniş imkan yaradan dövr kimi xarakterizə olunur: "Sevindirici
haldır ki, ötən ili əvvəlki illə müqayisə
etdikdə bütün sahələrdə təkmil
islahatların həyata keçirilməsi nəticəsində
möhtəşəm uğurlara imza atıldığı, ən
əsası Azərbaycanın beynəlxalq aləmdə
mövqeyinin möhkəmlənməsi fonunda yeganə
problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllinə gedən
yolun bir addım da yaxınlaşdığı diqqətdən
kənarda qalmır. Prezident İlham Əliyevin
yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə
səsləndirilən rəqəmlər, bu və ya digər
sahələrdə əldə olunan biri-birindən əhəmiyyətli
uğurlar da deyilənlərin təsdiqidir".
V.Rəhimzadə
qeyd edib ki, Prezidentin müşavirədə
vurğuladığı kimi, 2019-cu il
ölkəmiz üçün uğurlu il olub: "Hər bir
ölkənin inkişafında əsas amil olan sabitlik və
iqtisadi tərəqqi yüksək səviyyədə təmin
olunub".
PƏRVANƏ
525-ci qəzet.- 2020.- 15 yanvar.- S.4.