Gömrük sistemində
aparılan islahatlar:
nəticələr, perspektivlər...
"Gömrük xidməti hər bir dövlətin
müstəqilliyinin əsas atributlarından biridir" - deyən
Ümumilli lider Heydər Əliyev hakimiyyətinin ilk illərindən
başlayaraq öncə məhz gömrük işinin
uğurlu və qabaqcıl təşkili sahəsinə
böyük diqqət ayırıb.
Ulu öndərin başladığı bu uğurlu və
mütərəqqi siyasət sonradan ölkə prezidenti
İlham Əliyevin rəhbərliyi ilə davam etdirilib. Onun uzaqgörən
siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda
bütün sahələrdə olduğu kimi, gömrük
işinin təşkili istiqamətində də bir-birindən
faydalı islahatlar hıyata keçirlir, önəmli nəaliyyətlər
əldə olunur.
Dövlət sərhəddən başlayır. Sərhəddi
etibarı əllərdə olan ölkənin dövlətçiliyi
də uğurla təşkil olunub deməkdir. Sərhəd isə təkcə silahlı qüvvələrə
deyil, eyni zamanda gömrük xidmətinə də əmanətdir.
Etibarlı gömrük xidməti dövlətçiliyin
əsas amillərindən biridir. Bunun fərqində
olan gömrük orqanları genişmiqyaslı islahatlar,
müasir tətbiqlər, sağlam düüncə və gərgin
əmək sayəsində ölkənin iqtisadi təhlükəsizliyinin
təmin edilməsi ilə yanaşı, beynəlxalq ticarətin
sürətli, təhlüksəzi və mütəşəkkil
təşkilində mühüm rol oynayan quruma çevrilib.
Sevindirici haldır ki, illərdir Dövlət
Gömrük Komitəsi rəhbərliyi və bütün əməkdaşlarıyla
birlikdə Azərbayan dövlətçiliyinin
inkişafı üçün öz işlərinə son dərəcə
məsuliyyətlə yanaşaraq üzərilərinə
düşən vəzifəni şərəflə həyata
keçirirlər. Məhz buna görə də bu gün Azərbaycan
gömrük işinin təşkilinə görə dünya
standartlarına cavab verərək digər dövlətlərin
nümunə kimi seçdiyi ölkələr
arasındadır.
Uğurla bitən 2019...
Dövlət Gömrük Komitəsinin
apardığı islahatlar, həyata keçirtdiyi layihələr
2019-cu ildə də uğurla davam etdirildi. "Kölgə
iqtisadiyyatı"na qarşı həyata keçirilən tədbirlər,
"Yaşıl dəhliz" sistemi, narkotik ticarətiylə
mübarizədə əldə olunan rəqəmlər,
dövlət büdcəsinə gömrük ödənişləri
üzrə daxilolmaların məbləği, bir-birinin
ardınca keçirilən konfranslar, hesabat xarakterli dəyirmi
masalar da bunun bariz nümunəsidir.
Bir
neçə gün öncə Dövlət Gömrük
Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham
Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş
müşavirədə Gömrük komitəsindəki
islahatlar, yeniliklər və gələcək perspektivlər
haqqında danışarkən bildirib ki, ölkədə aparılan
uğurlu iqtisadi islahatlar fonunda gömrük xidmətində həyata
keçirilən islahatlar da xarici ticarət
iştirakçılarının aktivliyini artırıb,
biznes mühitinin əlverişliliyinin daha da
yaxşılaşdırılması, rəqabətliliyinin
qorunub saxlanması, şəffaflıq təmin edilib, eyni zamanda,
dövlət büdcəsinə gömrük ödənişləri
üzrə daxilolmaların məbləğ etibarilə
artırılmasına nail olunub:
"2019-cu il komitə üzrə makrogöstəricilər
baxımından uğurlu bir il olub. Belə ki, 2018-ci ilin
ilkin proqnoz göstəriciləri ilə müqayisədə
2019-cu ildə gömrük ödənişlərindən
faktiki olaraq 1 milyard 970 milyon əlavə vəsait toplanaraq
dövlət büdcəsinə köçürülüb.
Cənab Prezident, Sizin bütün sahələrdə
apardığınız uğurlu islahatların nəticəsi
olaraq gömrük sistemində də son iki ildə aparılan
islahatlar sayəsində əvvəlki illərlə müqayisədə
keçən il bir milyard, bu il 2 milyarda
yaxın vəsaitin dövlət büdcəsinə
köçürülməsi təmin edilib. Bu
da iki dəfədən çoxdur.
2019-cu ilin büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə
tutulmuşdu.
Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil
edib, dövlət büdcəsinə 706,6 milyon manat əlavə
vəsait köçürülüb və icraya 119,1 faiz əməl
olunub. 2019-cu il ərzində vergitutma
bazası əvvəlki illərlə müqayisədə eyni
səviyyədə qalıb. Belə ki, idxal
mallarına 50 faiz həcmində vergi imtiyazı verilib,
ümumiyyətlə, güzəştlər tətbiq olunur.
Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq
edilən gömrük rüsumları üzrə
azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq edilən
əlavə dəyər vergisinin azadolmanın həcmi isə
35 faiz təşkil edib. Ümumilikdə bu
kontekstdə gördüyümüz işlər nəticəsində
kölgə iqtisadiyyatı ilə bağlı mübarizə
və risklərin idarə edilməsi mərkəzi tərəfindən
məlumatların əvvəlcədən sistemə
ötürülməsi ilə şəffaflıq təmin
olunub, xüsusilə də digər ölkələrdən,
ixracatçı ölkələrdən məlumatların
sistemə daxil olması ilə sahibkarların qiymət azaltma
tendensiyası 2019-cu ildə azalıb. Bu sahədə
aparılan ciddi nəzarət funksiyalarına baxmayaraq, yenə
də 900 milyon dollara yaxın malların dəyərini
aşağı salmağa cəhdlər edilib, bunun
qarşısı alınıb və 300 milyondan artıq əlavə
vəsaitin dövlət büdcəsinə
köçürülməsi təmin edilib".
Azərbaycanın gömrük təcrübəsi
dünya ölkələrinə nümunə kimi
Yuxarıda da qeyd etdiyimiz kimi, bu gün Azrbaycanın
gömrük işindəki mütərəqqi təcrübəsi
dünya ölkələrinin maraq obyektinə çevrilib. Bir sıra
ölkələr Gömrük Xidmətinin təcrübəsini
öyrənir, bu sahədə Azərbaycanla əməkdaşlıq
əalqələrinin artırılmasına
çalışırlar. Ötən illər ərzində
Ukrayna, Belarus, Qırğızıstan, Özbəkistan,
Əfqanıstan və digər ölkələrin
gömrük xidmətlərinin nümayəndə heyətləri
Azərbaycana səfər edərək, əsasən
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, həmçinin
"bir pəncərə" prinsipi və "yaşıl dəhliz"
buraxılış sistemi, qaçaqmalçılıq
hallarına qarşı mübarizə sahəsində Azərbaycan
tərəfinin təcrübəsindən yararlanırlar.
Dövlət Gömrük Komitəsinin gömrük
işinin müasirləşdirilməsi, eləcə də
narkotiklərlə mübarizə sahəsində göstərdiyi
səylər və qazandığı nailiyyətlər
Ümumdünya Gömrük Təşkilatı, Birləşmiş
Millətlər Təşkilatı və digər nüfuzlu
beynəlxalq qurumlar tərəfindən də yüksək
qiymətləndirilir.
Bu günlərdə Ümumdünya Gömrük Təşkilatının
baş katibi Kunio Mikuriyanın Azərbaycana işgüzar səfəri
və ölkə başçısı İlham Əliyevlə
görüşü bunu bir daha təsdiq edir.
Görüşdə Prezident İlham Əliyev
hazırda Azərbaycanda bütün istiqamətlərdə, o
cümlədən gömrük sahəsində
genişmiqyaslı islahatların həyata keçirildiyini və
bunun artıq çox yaxşı nəticələr verdiyini
vurğuladı.
Kunio Mikuriyanın Azərbaycan gömrük sisteminin
nümunəvi bir qurum olduğunu və Ümumdünya
Gömrük Təşkilatının standartlarına
uyğun fəaliyyət göstərməsini yüksək
qiymətləndirməsi isə bu sahədə görülən
islahatların, həyata keçirilən silsilə tədbirlərin
yüksək uğurunun xəbərçisi idi. Baş katib xüsusilə
Azərbaycanın korrupsiya ilə mübarizənin, beynəlxalq
standartlara cavab verən texnologiyaların tətbiqinin və əlverişli
biznes mühitinin yaradılmasının gömrük
orqanlarının şəffaf fəaliyyəti
üçün mühüm əhəmiyyət
daşıdığını dedi və görülən
bütün bu işlərin onda böyük təəssürat
doğurduğunu qeyd etdi.
Qanunsuzluqla mübarizədə
qazanılmış uğurlar
Ümumdünya Gömrük Təşkilatının
baş katibi Kunio Mikuriyanın toxunduğu məsələlər
həqiqətən də son illərdə Azərbaycanda
gömrük sahəsində əldə olunan uğurların ən
önəmlilərindəndir. Xüsusən korrupsiya
hallarıyla mübarizə son illərdə özünün
müsbət nəticələrini göstərməkdədir.
Bunu görüşdə dövlət
başçısı İlham Əliyev də qeyd edib.
O deyib ki, Azərbaycanda korrupsiya ilə mübarizə ən
prioritet istiqamətlərdən biridir. Prezident
İlham Əliyev, həmçinin, gömrük
orqanlarında həyata keçirilən ardıcıl tədbirlər
nəticəsində şəffaflığın əldə
edildiyini və gömrükdən daxil olan rüsumların
planlaşdırıldığından da artıq olduğunu
bildirdi. Azərbaycanda biznes fəaliyyəti
üçün əlverişli mühitin daha da
yaxşılaşdığını qeyd edən dövlətimizin
başçısı Dünya Bankı tərəfindən
Azərbaycanın 10 ən çox islahatçı ölkələr
sırasına daxil edildiyini, Dünya Bankının "Doing
Business" hesabatında 57-ci yerdən 32 pillə irəliləyərək
25-ci yerdə qərarlaşmasını önəmli hadisə
kimi dəyərləndirdi.
Ötən
il prezidentin məmurlara öz vəzifələrindən
sui-istifadə hallarını
yığışdırmaları və problemləri
açıq-aydın dilə gətirib, həlli
yollarını tapmaqları ilə bağlı
çağırışı özünün müsbət
nəticəsini verdi. Belə ki, Dövlət
Gömrük Komitəsi bu mənada ən yaxşı
çalışan dövlət orqanlarından biri kimi qeyd
edilməlidir. Komitə problemləri gizlətmir,
əksinə, onları söylərək qısa zamanda həllinə
nail olmağa çalışır. Rəhbərlik
öz işçilərini də daim nəzarətdə
saxlayaraq, onların vicdanla işləmələri
üçün lazım olan hər bir tədbirdən çəkinmir.
Buna görə də vaxtaşırı öz
sıralarında təmizlənmə işləri aparır,
qanunsuzluğa yol verən, vəzifəsindən sui-istifadə
edən işçiləri sıralarından kənarlaşdırırlar.
Məsələn, 2019-cu ilin yanvar ayında Dövlət
Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş
Gömrük İdarəsinin vəzifəli şəxsləri
yol verdikləri qanun pozuntuları ilə əlaqədar olaraq məsuliyyətə
cəlb edilib.Yenə ötən ilin iyunun 28-də Dövlət
Gömrük Komitəsinin vəzifəli şəxsi
rüşvət ittihamı ilə vəzifədən azad
edilib və məsuliyyətə cəlb edilib.
Sevindirici haldır ki, Gömrük Komitəsi bunu mətbuatdan
gizlətmir, media ilə hər zaman sıx əlaqədə
çalışır. Onlar uğurları kimi bu cür
halları da ictimaiyyətin diqqətinə çatdırmaqdan
çəkinmirlər. Media nümayəndələri
ilə əlaqələrin genişləndirilməsi
yönündə tez-tez media turların təşkil edilməsi,
seminarların keçirilməsi Dövlət Gömrük
Komitəsinin cəmiyyətə son dərəcə
açıq olmasından xəbər verir.
Dünyaya açılan qapı -
"Yaşıl dəhliz"
Dövlət Gömrük Komitəsinin
uğurlarından biri də beynəlxalq təcrübəyə
istinadən gömrük orqanlarının etibarını
qazanan şəxslərə münasibətdə sadələşdirilmiş
gömrük rəsmiləşdirilməsini və digər
imtiyazları özündə ehtiva edən müxtəlif proqramlardan
istifadəsidir.
Bu cür proqramlardan biri də ötən ilin
fevralından tətbiq olunan "Yaşıl Dəhliz"
buraxılış sistemidir. Sistemin məqsədi
könüllü riayət mədəniyyətini
formalaşdırmaq, gömrük qaydalarının daha
çevik və şəffaf həyata keçirməklə
fiziki gömrük yoxlamalarını minimuma endirmək, məmur-sahibkar
münasibətlərini virtuallaşdırılmaqdır.
Azərbaycan
Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli
Fərmanı ilə "Xarici ticarət
iştirakçılarının "Yaşıl dəhliz"
buraxılış sistemindən daimi istifadə hüququnu əldə
etməsi, həmin hüququn dayandırılması, ləğvi
və bərpası Qaydası" təsdiqinə əsasən
həyata keçirilən sistemə 2019-cu il 1 fevral tarixindən
daxil olan müraciətlər əsasında 500-dən
artıq xarici ticarət iştirakçısına həm
idxalda, həm də ixracda mövcud sistemdən istifadəyə
icazələr verilib.
"Yaşıl Dəhliz" buraxılış
sisteminin imkanlarından yararlanan sahibkarlar mal və nəqliyyat
vasitələrini gömrük ərazisinə gətirənədək
birbaşa öz ofislərindən qısa idxal bəyannamələrini
elektron qaydada təqdim etməklə gətirdikləri mal və
nəqliyyat vasitələrini birbaşa anbarlarına apara bilərlər. Bu isə vaxt
itkisinin, əlavə xərclərin, məmur-vətəndaş
təmasının aradan qaldırılmasına, ticarətin
asan və sürətli həyata keçirilməsinə imkan
verir.
Dövlət
Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin
sözlərinə görə, bu sistem üzrə ümumi
ticarət dövriyyəsi artıq 6,4 mlrd.
ABŞ dollarını keçib: "Yaşıl dəhliz"
sisteminin kifayət qədər üstün cəhətləri
var. Bu sistem vasitəsilə heç bir növbə gözləmədən
yükləri anbara daşımaq olur. Hesab edirəm ki, gələn
il "Yaşıl dəhliz"
iştirakçılarının sayı daha da artacaq.
"Yaşıl
dəhliz" və "bir pəncərə" kimi sistemlərin
tətbiqi ticarətin asanlaşdırılmasına, tranzit
yüklərinin daşınmasının sürətləndirilməsinə,
eyni zamanda, "kölgə iqtisadiyyatı"na
qarşı mübarizədə öz müsbət təsirini
göstərib. Belə ki, dövlət
başçısının "kölgə
iqtisadiyyatı"na qarşı mübarizənin gücləndirilməsi
barədə müvafiq icra orqanlarına verdiyi
tapşırıqların yerinə yetirilməsinə dair
çağırışlara artıq biznes subyektlərinin də
qoşulması aparılan xarici ticarət əməliyyatları
üzrə uçot və hesabatlılığın düzgün
bəyan edilməsini şərtləndirib, dövlət
büdcəsinə qanunla müəyyən edilmiş vergilərin
və gömrük rüsumlarının vaxtında və
artıqlaması ilə ödənilməsi təmin olunub. Görülən tədbirlər nəticəsində
Dövlət Gömrük Komitəsində son iki ildə
idxal-ixrac əməliyyatları üzrə səffaflığın
təmin edilməsi ilə beynəlxalq iqtisadi münasibətlər
kontekstində illik ticarət dövriyyəsi böyük həcmdə
artıb ki, bu da "güzgülü statistik" uçotun
aparılmasını asanlaşdırır".
Ötən ilin nəticələri göstərir ki,
gömrük sistemində aparılan islahatlar qısa zamanda
özünün ən yüksək nəticələrini verməkdədir. İnanırıq
ki, dövlət başçısının diqqət və
qayğısı ilə əhatə olunan gömrük xidməti
bundan sonrakı illərdə də islahatların
davamlılığı sayəsində ölkə
iqtisadiyyatının təhlükəsizliyinin əsas təminatçısı
olmağa davam edəcək.
Şahanə MÜŞFİQ
Yazı Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə
təqdim etmək üçündür.
525-ci qəzet.- 2020.- 15 yanvar.- S.10.