Pedaqoq ömrü
Bu yazıda sizlərə
yaxından tanıdığım
və böyük hörmət bəslədiyim
bir nəfər müəllim və alim haqqında - biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Biologiya və onun tədrisi
texnologiyası kafedrasının
müdiri Anaxanım Yusifova haqqında danışacağam.
Anaxanım Yusifova 1983-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2001-ci ildə
dissertasiya müdafiə
edərək biologiya üzrə fəlsəfə
doktoru adını alıb, 2009-cu ildə dosent elmi adına layiq görülüb. 2001-2009-cu illərdə ADPU-nun Botanika
kafedrasının baş
müəllimi vəzifəsində
işləyib, 2009-2013-cü illərdə ADPU-nun Botanika
kafedrasının dosenti
olub. 2011-2017-ci illərdə ADPU-nun Botanika
kafedrasının müdiri
vəzifəsində çalışıb.
2017-ci ildən o, Biologiya və onun tədrisi texnologiyası kafedrasının
müdiri vəzifəsində
işləyir. Elmlər doktorluğu
üzrə dissertasiya
üzərində çalışır,
54 elmi əsərin müəllifidir.
Qeyd etdiyimiz
bu göstəricilər
bir insan, bir alim və
bir müəllim üçün şərəfli
həyat yolu olmaqla bərabər, həm də gərgin zəhmət bahasına əldə olunası nailiyyətlərdir. Müəllimlik ən şərəfli peşə olsa da, bu peşənin
çətinliyini hər
kəs bilir. Bu peşə insanın
həyatını öz
dərinliklərinə aparır,
müəllim yalnız
öz həyatını
yaşamır, təhsil
verdiyi tələbələrin
həyatını da öz həyatı ilə bərabər yaşayır.
Bir insan ömrü gənc nəslin yetişməsinə
həsr olunursa, bu insan bir
növ öz həyatını bu işə həsr edir, bu yolda
daima axtarışda olur. Azərbaycan təhsilinin dünyaya
inteqrasiyası və təhsil mentalitetinin dəyişməsi müəllimin
işini daha da mürəkkəbləşdirdiyi
üçün müəllim
daima öz biliyini zənginləşdirməlidir.
Məlumdur ki, müasir təhsil sistemi daim dəyişir, bu da öz
növbəsində müəllimin
də öz metodikasını daima təkmilləşdirməsini, tələbələrə
və digər təhsil işçilərinə
fərdi yanaşmasını
tələb edir. Müasir müəllim
tələbənin daim
dəyişən dünyada
gedən proseslərə
hazır olmasına,
stress və depressiya vəziyyətlərində özünütənzimləməsinə
kömək etməyi,
eləcə də tələbələrə psixoloji-emosional
hallarda sərbəst və düzgün qərarlar verməyi öyrətməyi bacarmalıdır.
Göründüyü kimi, müəllimin
öhdəsinə düşən
vəzifələr daim
yenilənir və çətinləşir.
Anaxanım müəllimə bir müəllim və kafedra müdiri kimi öz öhdəsinə
düşən vəzifələri
yüksək səviyyədə
yerinə yetirir. Bunu Anaxanım müəllimə
barədə fakültənin
dekanı Elnarə xanım Mehbalıyevanın
sözlərində də
görmək mümkündür:
"Fakültədə tələbənin
xeyrinə olan bütün məsələlərdə
Anaxanım müəlliməyə
ürəklə müraciət
edə bilirik, o, həmişə hər hansı bir problemin tələbənin
xeyrinə həll olunmasına çalışır
və bizə yaxından kömək edir".
2018-ci il aprelin
9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə
alaraq Azərbaycan Respublikasında "Elm günü"nün
təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix
ölkə üçün
əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət
daşıyır. Bu sərəncama
ADPU-da xüsusi diqqətlə yanaşılıb,
martın 27-si Azərbaycanda
ilk dəfə olaraq
"Elm günü" kimi
qeyd edildiyindən Kimya-biologiya fakültəsində
də xüsusi təntənə ilə qeyd edilib. Anaxanım müəllimə
həmin tədbirin təşkilatçılarından biri olmaqla bərabər,
"Genmodifikasiyaedici qidalar
və onlara qarşı maarifləndirmə
tədbirləri" adlı
məruzə ilə çıxış edib,
insan sağlamlığını
qorunması sahəsində
gənc nəslə elmi məlumatlar verib.
Anaxanım müəllimə uzun illərdir, ADPU-nun imtahanlarında
Apellyasiya Komissiyasında
fəaliyyət göstərir. Onun obyektivliyi,
humanistliyi universitet rəhbərliyi, eyni zamanda, tələbələr
tərəfindən müsbət
qiymətləndirilir.
Anaxanım müəllimə rəhbərlik
etdiyi kafedrada təzə işə başlayan müəllimlərin,
doktorantların dərsə
hazırlaşmasına çox
diqqət və qayğı ilə yanaşır. Onun mühazirəsini oxuduğu "Bitki fiziologiyası" fənninin
laboratoriya dərslərini
aparan müəllimlərə
dərsin bütün
incəliklərini, dərsdə
qoyulacaq təcrübələrin
texnologiyasını xüsusi
diqqətlə öyrədir.
Onun rəhbərlik etdiyi kafedrada professor-müəllim,
o cümlədən, tədris-köməkçi
heyəti Anaxanım müəllimədən xüsusi
razılıqla danışırlar.
O, hamının qayğısına
qalır, hamının
iş və şəxsi problemlərinə
xüsusi diqqətlə
yanaşır.
Bu günlərdə ADPU-nun Elmi şurasında Anaxanım müəllimə rektorluq tərəfindən Fəxri fərmanla təltif olunub. Onun Azərbaycan təhsilinə göstərdiyi xidmət göz qabağındadır. İnsanlığı, alimliyi, müəllimliyi ən qiymətli sözlərə layiq olan Anaxanım Yusifovaya gələcək fəaliyyətində də bol-bol uğurlar və cansağlığı arzulayırıq.
A.HƏSƏNOVA
ADPU-nun "Biologiya
və onun tədrisi
texnologiyası" kafedrasının dosenti
525-ci qəzet.- 2020.- 15 yanvar.- S.15.