Məsud HARAY
1974-cü ildə
Xoyda - Urmuda dünyaya göz açıb. Şair
öz tərcümeyi-halı
barədə yazır:
"8 ilə yaxın
farsca şeir yazdım, duyğularımı,
kədərlərimi ata-anamla
paylaşım deyə,
türkcə düşünməyə
başladım, bu yaşayışımın acı
çağlarının başlanışı
oldu. Daha sonra bu acı
içimi gəzdi və məni kim olduğuma
doğru sürüdü
və indi mən şair deyiləm, bəlkə vətənim Azərbaycanın
acıyan yarasıyam".
Nəfəs aldığım havanı,
Ayaq basdığım toprağı,
Udduğum, içdiyim suyu belə anladım.
Bax dəliliyim
burdan başladı.
Bunu doktorlar hələ bilmədi,
Sən belə bilmədin,
Möcüzələr belə dərmanım olamaz,
Peyğəmbərlər
qoltuqlarında kitablarıyla
belə.
***
Uğursuzluqdur deməyin
Ürəyimizin çörəyidir bu
İt qabağına atsanız,
Ac qalırsa yeyər.
İştə
Bulbullər də qəfəsdə
O üzdən ötərlər.
Bax mən də o üzdən şairəm.
***
Türkcəmiz təmizdir, taysızdır,
qızım
Gün gəlir dərdimiz dağ olur, qızım,
Qapqara baxtımız ağ
olur, qızım,
İnləyən yaramız sağ olur, qızım.
Biz Vətən namına ölməyəcəyiz,
Düşmənin üzünə gülməyəyəcəyiz.
Əl-ələ verərkən qalxacayıq
biz,
Tarixə
qanı ilə salacayıq iz,
Səninlə birlikdə olacayıq biz.
Sel kimi, vulkan tək
patlayacayız,
Dağ-dərə saymadan atlayacayız.
Bu Vətən, bu topraq namusumuzdur,
Düşmənə verəcək kabusumuzdur,
Biz Türküz, türkcəmiz
qamusumuzdur,
Türkcəmiz təmizdir, taysızdır,
qızım.
Tarixdə fəxrimiz saysızdır,
qızım.
Dədəmiz Babəkdir, anamız
Tomiris,
Vətənsiz bir kərə gülməz üzümüz,
Əyricə Azəri, Türkcə düzümüz.
Namərdlər anlamır, düşünmür,
qızım.
Təhqirdən, sitəmdən üşünmür,
qızım.
Tökülür gözümdən təkər-təkər
yaş.
Hönkürüb gecələr ağlıram
yavaş.
Ayılsa millətim, başlanır
savaş.
Biz Vətən namına ölməyəcəyiz,
Düşmanın üzünə gülməyəcəyiz.
***
Yerqurdular
Toprağın ağ ciyərləridilər.
Özgürlük deyə,
Dar ağacına tapşırılanlar
isə
İnsanlığın.
Təkcə ölüm,
arzılarımın biçimində
Təkcə ölüm
arzularımın
biçimində
təkcə
sən
künlümün
içində
unutma
bu anılar sürəsində
ayrılmayacaqlarımız var.
ölüm
bir həyat bağışlanacağı
və
sən,
vəmən
səndən incimədən,
ölüm
arzılarımın biçimində.
bu
gün doğum günüm
yarın
yaşam
srağagün
doğulmamışım anı
yenə də ölüm
arzularımın biçimində
yenə də sən
könlümün içində...
525-ci qəzet.-
2020.- 17 yanvar.- S.15.