Başqırd şairi,
publisisti Gülnaz Kutuyeva 1974-cü ildə Başqırdıstanın İşkul kəndində dünyaya gəlib. Şeir yazmağa orta məktəb illərindən başlayıb.
Yazıları "İskra" rayon qəzetində,
"Amanat" və "Yenşişma" gənclik almanaxlarında nəşr olunub. Başqırdıstan Dövlət Universitetinin Başqırd filologiyası və jurnalistikası fakültəsini bitirib. Tələbəlik illərində "Gül kimi açılaram" adlı şeir toplusu işıq üzü
görüb.
1996-cı ildə "Kitap" bədii və uşaq ədəbiyyatı nəşriyyatında redaktor işləyib. 1998-ci ildə "Ayın sərhədləri", 2002-ci ildə isə "Yağışlı küləklərin həsrəti" kitabları çap olunub. 2002-ci ildən "Aqidel" ictimai-siyasi jurnalının redaktoru olub. 2005-ci ildə "Başqırd əfsanələri və dastanları" mövzusunda elmi iş yazaraq müdafiə edib.
2006-cı ildə nəşr olunan "Qəlbimin su zanbağı" kitabına görə "Şaixzadə Babiç"
mükafatına layiq görülüb.
Türkiyədə keçirilən
bir çox elmi və ədəbi
konfransların iştirakçısıdır. Hazırda Ufada çap
olunan "Başqırdıstan
qızı" jurnalının
baş redaktorudur.
Gülnaz Kutuyevanın
"Azərbaycan dəftəri"
silsiləsindən olan
şeirlərini oxuculara
təqdim edirik.
"AZƏRBAYCAN
DƏFTƏRİ" SİLSİLƏSİNDƏN
YAŞA!
Azərbaycan! Bakı!
Məni
sehrləmiş məmləkət!
İgidliyin, comərdliyin sınağı!
Budur, indi buradayam, -
Gözəl odlar diyarının
qonağı!
İndi
qəlbim intizarda, -
Açılacaq bağlı qalan
qapılar,
Əsrlərin naxışıdır,
Nəsillərin beşiyidir bu diyar!
Qanımız bir, canımız
bir!
Necə
asan nəfəs alır
insan oğlu burada.
Adətimiz, həm dilimiz
Eyni olan insanların
yurd saldığı
bir ada.
Azərbaycan! Bakı!
Necə
çox sevirəm səni mən!
Yaşa,
yaşa, daim yaşa!
Çiçəklən!
ŞƏHİDLƏR
Rahat uyuyurmu haqq qurbanları
O təpə başında,
sükut içində?
Ana duaları qorur onları,
Kəpənək qanadlı yellər
uçanda...
Ölüm doy gəlmədi
o igidlərə
Dəmir maşınlara sinə gərərkən.
Onlara güc verən, dəyanət verən
Bir namus borcuydu, bir Ana Vətən!
Onlar heykəl oldu haqqa o gündən!
Dedilər: "Düşməndə çox hiylələr var!
Əgər biz durmasaq namərd
önündə
Dünyanı ilanlar, əqrəblər
tutar!
Qoymayın zalımlar açsınlar
ayaq!
Yalançı şahidlər gəlməsin
dilə!
Ey mənim millətim, oyaq ol, oyaq!
Fitnələr yuvada boğulsun
elə!
Bir qəfil zərbənin, qatı nifrətin
Şahidi - günahsız şəhidlərik
biz!"
Məzar
daşlarına baxmaq nə çətin!
Atəşlər içində yanır
qəlbimiz!
QIZ QALASI
Durmuşam önündə xəyala
dalıb,
Qəlbimi bir ilginc duyğu sarıbdır...
O, hansı əsrdən yadigar qalıb,
Onu kim düşünüb, kim yaradıbdır?..
Tanrının lütfüdür cahanın
özü,
O da bu cahanın
şah əsəridir.
Xəzər sularının nur
saçan gözü,
Odlar diyarının
qürur yeridir.
Ona sığal çəkib
illər, əsrlər,
Nəsillər dəyişib o vaxtdan bəri.
Başında buludlar, köksündə
sirlər...
Sarılmış belinə səhər
yelləri...
... Möcüzə dünyanın
çöksə təməli
Bu Qala qalacaq, dəniz
qalacaq!
Toxunmaz telinə zamanın əli,
Tarixdən tarixə təmiz
qalacaq!
GƏNCƏVİ
Yox dünyanın elə yeri -
Burdakı tək baş tacıdır şairləri!
Mən Gəncənin girişində
Salam-dua deyə-deyə,
Ehtiramla
Baş əyirəm mavzoleyə:
- Salam, şair!
De, necəsən?
Sənmi məni bu yerlərə
gətirmisən?
Bir yuxumu? -
Bu yerlərdə dolaşdıqca
tanımıram öz
ruhumu?
Sənin
müdrik surətində
- bir dahilik nişanəsi!
Əmanətin - Leyli-Məcnun əfsanəsi!
Əldən-ələ,
dildən-dilə gəzir
Xəmsən,
ucaldığın zirvələrə
ucalmadı hələ
kimsə!
Yazdıqların bir irs
kimi nəsillərə
qalacaqdır.
Ədəbiyyat dünyasına daim işıq salacaqdır.
Əgər desəm, daha şair deyilsən sən - əfv et məni!
Sən dühasan!
Bir düha ki, şöhrətiyə
ucaldıbdır bu Vətəni!
NƏSİMİ
Bu necə baxışdır,
qılıncdan iti!
İnsanı Allaha bənzədən
adam!
Əsrlər dəyişib, o, dillərdədir
-
Qanları donduran dəhşətli
edam!
"Kafir! Sən Allaha şərik
qoşursan?
Onun qarşısında nəkarəyik
biz!
Günah
içindədir insan
doğuşdan,
Allahın quludur, miskin, çarəsiz!
Dilindən asılar, varsa
"Mən" deyən!
İtaət etməyən olar
canından!
Dərisi soyular görk olsun deyə!"
... Sən isə dönmədin öz amalından.
Ey böyük şairim, azadsan daha!
Sözün də, ruhun da nur içindədir.
Səni
suçlayanlar batmış
günaha!
Çəkdiyin çilələr qəlbimi
didir.
... Keçir yüzilliklər,
keçmir bu acı,
İncə misraları qəlblərə
sızmış.
Bağlı könüllərə qapılar açıb,
Silinməz adını tarixə
yazmış!
Həqiqət yolunda asılsa
belə,
Hətta
diri-diri soyulsa belə,
Dünyanın ən böyük
bəxtəvəridir! -
Amalı
uğrunda ölən
- diridir!
GÖYGÖL
Göygöl - təbiətin büllur
damlası,
Hüsnünü görüncə zaman dayanır.
Yox olur dünyanın dərdi, davası,
Hər kəs məhəbbətlə adını
anır.
Yaradan bizlərə bəxş edib onu -
Suları dumduru mavi piyalə.
Baxıb
aynasında ağ
simasına
Önündə baş əyir buludlar belə.
Zərif
gülüş doğur
məhəbbətimdən,
O bir zərrəsidir əbədiyyətin;
Günəşə yol gedən buxar kimiyəm -
Ömrümün bir anı həkk olub onda,
Seyrinə dalmışkən getmək
çox çətin!
Hüsnünə bir daha baxıb uzaqdan,
Qərib bir quş kimi
enirəm dağdan.
Göygöl - gözəlliyin mavi
yaddaşı!
Həm duzlu, həm şirin - sevinc göz yaşı!
Əfsun
camalına vurğun baxışlar!
Sənə hər bir könül sevgi bağışlar!
Gülnaz KUTUYEVA
525-ci qəzet.- 2020.- 17 yanvar.- S.15.