Gərəksən
"Hər əsrin
əlçatmaz bir zirvəsi var,
O da
bir şairin bəxtinə düşər".
(Zəlimxan
Yaqub)
Zəlimxan bir elin sinədəftəri -
Qobustan qayası,
köksü yazılı.
Tarix görməmişdi belə
hünəri,
Ürəyi bir ozan, Qorqud arzulu!
Dilində əzbərdi Vurğun,
Ələsgər,
Abbas, Xəstə Qasım, Yunus-dədələr!
Belə pirlər sevən nəzərdən düşər?
Sözü mirvaridir, saylı,
düzülü!
Türkün ellərini dolanan
kişi,
Dərya
tək çağlayan,
bulanan kişi,
Köksündə kitablar qalanan kişi,
Nəfəsin bal kimi şandan süzülü!
Ruhun Məkkəsinə yol aldın, şair!
Əlçatmaz zirvəyə ucaldın
şair!
Yetdiyin zirvələr xəyaldı,
şair!
Sözün Çin səddidir,
haqdan düzülü!
Şöhrətə uymadın, sözə qul oldun,
Necə
növcavana sən uğur oldun,
Ana torpağımdan keçən
yol oldun,
Türkün sevdasına adın
yazılı!
Su kimi gərəksən sən bu ellərə,
Ruzusan, çörəksən, sən
bu ellərə,
Qayasan, çiçəksən, sən
bu ellərə,
Rübabında ötən qopuz,
saz olu!
Əsrin
ayna tutdu sözünə, şair!
Tanrıdan nur gəldi gözünə, şair!
Sən elə güvəndin özünə, şair,
Bir bina ucaltdın, sözdən özülü!
Mövlammı oyatdı, təbin oyandı?
Ocağında közün əbədi
yandı!
Zərəngiz, sözləri mənə
əyandı!
Söz sərraf yanında zərdi, qızıldı!
12.02.2014
Zərəngiz DƏMİRÇİ
QAYALI
525-ci qəzet.-
2020.- 22 yanvar.- S.18.