20 Yanvar şəhidləri
Ankarada rəsm sərgisilə
anılıb
Türkiyənin
paytaxtı Ankarada 20 Yanvar şəhidlərinin xatirəsinə
həsr olunmuş "Müharibənin ana və
uşaqları" adlı fərdi rəsm sərgisi
açılıb.
AZƏRTAC
xəbər verir ki, qardaş ölkədə yaşayan və
fəaliyyət göstərən tanınmış azərbaycanlı
rəssam Məhəmməd Əliyevin yağlı boya ilə
çəkdiyi portretlər 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə sovet qoşunlarının Azərbaycan
xalqına qarşı törətdiyi faciənin hərbi cinayət
kimi mahiyyətini özündə əks etdirir.
Sərginin
açılışında Azərbaycanın Türkiyədəki
səfirliyinin və digər dövlət
qurumlarımızın əməkdaşları, QHT təmsilçiləri,
o cümlədən müəllifin sənət
yoldaşları iştirak ediblər.
Rəssamın
mövzu ilə bağlı 32 portretinin nümayiş
olunduğu sərgi fevralın 15-dək davam edəcək.
Qeyd
edək ki, rəssam M.Əliyevin Türkiyədə və
başqa ölkələrdə çox sayda fərdi sərgisi
təşkil olunub. Onun yaradıcılığında vətənə sevgi, Azərbaycanın gözəlliyi,
tarixi həqiqətlər
əsas mövzuları
əhatə edir.
525-ci qəzet.- 2020.- 22 yanvar.- S.12.