Aşıq Ələsgərin
"Lirika"sı nəşr
olundu
Aşıq Ələsgərin (1821-1926) anadan
olmasının 200 illik
yubileyi münasibətilə
Azərbaycan Aşıqlar
Birliyi tərəfindən
aşığın "Lirika"
kitabı çap edilib. Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 18-də Azərbaycan
aşıq sənətinin
görkəmli nümayəndəsi,
qüdrətli söz
ustadı Aşıq Ələsgərin 200 illiyinin
keçirilməsi haqqında
Sərəncam imzalayıb.
Kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan
şifahi xalq ədəbiyyatı şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının
"Ələsgərəm hər elmidən halıyam..." başlıqlı
əhatəli ön sözü ilə işıq üzü görüb. Kitabı nəşrə hazırlayanlar
Azərbaycan Aşıqlar
Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı
və Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi
Musa Nəbioğludur. Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.
184 səhifəlik kitab "Zərdabi nəşr" MMC nəşriyyatında
çap olunub. Dörd bölmədən
ibarət kitabda "Gəraylılar", "Qoşmalar",
"Təcnislər" və
"Müxəmməslər" yer alıb. Həmçinin aşığın
şeirlərində işlədilmiş
arxaizmlərin və ərəb-fars mənşəli
sözlərin lüğəti
verilib. İlk dəfə olaraq bu topluda aşığın
şeirlərinin hansı
aşıq havası üstə oxuna bilməsi barədə örnəklər göstərilib.
Toplu H. Əlizadə və M.H.Təhmasib və İ. Ələsgərin
hazırladıqları kitablar,
eləcə də ustad aşıqların repertuarı əsasında
ərsəyə gəlib.
525-ci qəzet.- 2021.-
2 aprel.- S.9.