Böyük yazıçının "Sabaha ismarıc"ı - Nizami Cəfərov Vidadi Babanlıdan yazır

 

 

Keçən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində Sovetlər Birliyinin dağılması ilə ölkəmizdə geniş vüsət almış milli azadlıq hərəkatı  kontekstində baş verən (və bu hərəkatın mahiyyətinə zidd olmaqla xalqın mənəvi xarakterinə bu günə qədər özünü hiss etdirən zədələr vuran) hərc-mərclik, talançılıq, özbaşınalıq meylləri, etiraf etmək lazımdır ki, bizim ədəbiyyatımızda - nə poeziyamızda, nə nəsrimizdə, nə də dramaturgiyamızda hələ lazımi dərinlikdə (və miqyasda) diqqət mərkəzinə çəkilməmişdir.

 

Odur ki, görkəmli yazıçımız - şair, nasir dramaturqumuz Vidadi Babanlının "Sabaha ismarıc" romanı ("Azərbaycan" jurnalı, ¹ 2) ilk növbədə öz tematikası ( əsərlərində həmişə haqq-ədalətin tərəfində cəsarətlə dayanmağa çalışmış təcrübəli qələm adamının ideya-estetik təəssüratları) baxımından ciddi maraq doğurmaya bilməz.

 

Romanın qəhrəmanı Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi Əziz Əzimli sözügedən illərə kifayət qədər keşməkeşli bir tərcümeyi-halla gəlib çıxıb. Atasını 37-ci ildə həbs edib güllələmişdilər. Kənd qadını olan, şəhər həyatına alışmamış anası iki uşaqla - bir qız, bir oğulla tənha qalmışdı... "Amma dünya yaxşılardan xali deyildi. Gizlindən olsa kömək əli yetirənlər tapıldı... Körpələrə canı yanan  qonşular gecələr xəlvət-xəlvət gəlib getdilər".

 

Hətta yaxındakı toxuculuq fabrikinin direktoru olan bir xanım özünü təhlükəyə ataraq "xalq düşməni"nin həyat yoldaşını gecə növbəsində işə düzəldir, uşaqlara baxmaq üçün münasib adam tapır. bu münasib adam - qonşuluqda  yaşayan qarı nağıllardakı xeyirxah qarıları xatırladır. O, çıxılmaz vəziyyətə düşmüş gənc, kimsəsiz anaya təsəlli verir... "Yazıx ürəyini dərd-azar yuvasına döndərmə, toxtaxlı ol. Mənim bu batmış, yer altına girmiş başım da az bəlalar çəkməyib. Daşdan-daşa dəyif. Səni təkin cavanca gəlinnik vaxtınnan dul qalmışam... Üç uşağımı təkcənə böyütmüşəm. İndi, maşallah, hərəsinin öz ev-eşiyi, ailəsi var".

 

Xeyirxah insanların himayəsində uşaqlarını böyütmək imkanı əldə etsə , Əfruz çox çəkmir ki, sağalmaz xəstəliyə tutulur. Ailənin qayğısına Əzizdən böyük bacısı qalmalı olur... Orta məktəbi əla qiymətlərlə bitirən Əziz Universitetə qəbul olub, əlaçı təqaüdü ilə oxumağa başlayanda belə düşünmək olardı ki, çətin günlər artıq arxada qalmışdır. Lakin sosial-siyasi dünyagörüşü, ideoloji baxışları mövcud tələblərə uyğun gəlmədiyinə görə (hərgah yazıçı bu barədə hər hansı təfərrüata varmır) Əziz Əzimlini dövlət imtahanı ərəfəsində həbs edib gedər-gəlməzə göndərirlər. Səkkiz il keçib İosif Stalin erası bitəndən sonra Bakıya dönəndə artıq anası dünyadan köçmüş, bacısı isə gözlərini onun yoluna dikib ümidini Allaha bağlamışdı.

 

Əziz Əzimlinin həyat tarixçəsinin sonrakı səhifələrini vərəqləyən yazıçı onun evlənməsi hadisəsi üzərində, demək olar ki, təfərrüatı ilə dayanır. Özünü "abırsız" aparan, ona "səni sevirəm" deyib hönkürən qızdan - tələbəsindən xilas olmaq üçün bacısından məsləhət almaq istəyən Əzimli məhz bacısının təşəbbüsü ilə həmin qızla - Çiçəklə ailə qurur... müəllif davam edir: "İndi budur iyirmi beş ildən artıq idi ki, o məhəbbət hər ikisinin ürəyində ilk zamanlarda olduğu kimi yaşayırdı"...  Ancaq Əziz Əzimlinin ailə xoşbəxtliyini bu dəfə, qədər paradoksal görünsə , məhz "azadlıq illəri"nin gəlişi pozur... Məsələ burasındadır ki, həmin illərdə "yüksək vəzifələrin əksəriyyətinə lazımi rəhbərlik təcrübəsi olmayanlar, yetərincə səriştəsi çatmayanlar yiyələnmişdilər. Xalqı  çaşqınlıqdan qurtarmaq üçün ziyalıların, ilk növbədə, jurnalistlərin öhdəsinə böyük  gərginlik düşürdü".

 

Özümlə müsahibəmVidadi Babanlı » Kaspi.azAzərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər müsahibələrin tək ünvanı

 

Belə bir vəziyyətdə öz jurnalistlik missiyasını ləyaqətlə yerinə yetirməyə çalışmaqla yanaşı, həmkarlarını, tələbələrini səfərbər edən Əziz Əzimli cəmiyyətdən heç zaman əskik olmayan "çirkin əməl sahibləri"nin hədə-qorxuları, təhqirləri ilə qarşılaşmalı olur. Qardaşını çox ciddi təhlükələrin gözlədiyini anlayan bacı məsləhət görür ki, "ona dəxli olmayan işlərə qarışmasın". Ancaq Əzimli sevimli bacısına əsl jurnalistə ( vətəndaşa) layiq bir cavab verir: "Qarışmaya bilmərəm, bacı, bu millət yazıqdır. Ona doğru söz deyən, gözünü açan, əclafları tanıtdıran, xalqına namusla xidmət göstərən oğullar belə məqamlarda lazımdır. Mənim gücüm qələmimə çatır". bu cəsarət, vətənpərvərlik Əziz Əzimliyə ucuz başa gəlmir, onun həyat yoldaşını oğurlayıb tələb edirlər ki, "əgər sevimli arvadının evinizə sağ-salamat qayıtmağını istəyirsənsə, məqaləndə yazdıqlarını təkzib elə. Qələtini düzəlt... Mətbuatda çap elətdir. Yalnız bundan sonra arvadını yanında görə bilərsən".

 

Əziz Əzimlinin düşdüyü vəziyyəti yazıçı belə təsvir edir: "... Dili-ağzı qurudu, dinə bilmədi. Dəhşətli tələb idi. Onu mənən əzmək, sındırmaq istəyirdilər, qolları boşalıb yanına düşdü, bir neçə an özünə gələ bilmədi". Lakin bu sarsıntılar, həyat yoldaşını itirmək təhlükəsi Əzimlinin iradəsini qıra bilir, "mən belə qələti etməyi bacarmayacağam" deyir... məsələ burasındadır ki, girovluqda olan Çiçək eynilə əri kimi düşünür. Əziz Əzimlinin jurnalist ( vətəndaş) şərəfini qorumaq yolunu seçir. İntihar etməmişdən qabaq ona yazdığı məktubda deyir ki, "çox-çox təvəqqe edirəm, mənim ölümümə görə özünü günahkar sayma. İctimaiyyətdəki nüfuzunu əvvəllərdəki təkin inamla qoru".

 

Xalqın düşmənləri "Doğru sözün boz üzü" məqaləsinin müəllifinə daha bir ağır mənəvi zərbə vurmaqdan çəkinmirlər... "Eybəcər hala salınmış cəsədi gecənin tam sakitliyində xərəkdə gətirib Əziz Əzimli yaşayan binanın həyətinə atmışdılar. Səhər işə gedən qonşular Çiçəyi zorla tanıdılar".

 

qədər böyük əzablar çəkmiş, qədər amansızlıqlarla qarşılaşmış olsa da, Əziz Əzimli bu faciəyə dözə bilmir. tənhalığa çəkilib "Sabaha ismarıc" adlandırdığı son məqaləsini qələmə alır ki, həmin məqalədə ürək ağrısı ilə yazılmış bu cür sətirlər yer alır: "Xalq, yaxud millət zaman məhvə üz qoyur, tarix səhifələrindən silinib birdəfəlik unudulur? O zaman ki xalqın, yaxud millətin mənəvi dəyərləri, ali adət-ənənələri itir, onu başqa xalqlardan fərqləndirən vacib xüsusiyyətləri yox olur, yəni daxili aləmi yoxsullaşır... Maddi kasıblıq üç ilə, beş ilə düzələ bilir, lazımi qaydasına düşür. Lakin mənəvi kasıblıq neçə-neçə illərə, hətta əsrlərə düzəlmir. Belə böyük faciə vaxt baş verir? O vaxt ki, cəmiyyət içəridən çürüyür, əxlaq göstəriciləri heçə enir...

 

...Gələcəyimiz uğrunda mübarizə ən çox biz ziyalıların üzərinə düşür. Müdriklər çox doğru deyiblər ki, ziyalısız xalq xalq deyil, adicə kütlədir...

 

...Millət sevgisi, Vətən məhəbbəti hər şeydən hər kəsdən üstündür".

 

Roman Əziz Əzimlinin dəfn mərasimi ilə bitir ki, həmin mərasimdə Əzimlinin dostu, həmkarı Rəfiq Nəcib, tələbələri Bilal Buynuzlu, Hətəm Höcət Səftər Sinədəftərin söylədikləri sözlər mərhumun necə müqəddəs ideallara xidmət etdiyini bir daha xatırladır.

 

Əlbəttə, qiymətli bir yaradıcılıq hadisəsi  olaraq "Sabaha ismarıc"ı fərqləndirən bir əlamət odur ki, doxsanının arxasını yerə vurub yüzə doğru inamla addımlayan  yazıçı bu romanı əlinə qələm alıb yazmamış, dahi sələfi Dədə Qorqud kimi sinədən demişdir. Bəlkə , ona görədir ki, romanda "Dədə Qorqud" boylarının ruhu, bəy ərənlərin sarsılmaz iradəsi var...

 

 

Nizami Cəfərov

525- ci qəzet 2021.- 2 aprel.- S.12.