Təhsilimiz: dünəndən sabaha...

 

 

Əməkdar müəllim Asif Cahangirovun təhsilimizlə bağlı optimist baxışları

 

Bəşər sivilizasiyasına bir çox sahələrdə böyük töhfələr bəxş etmiş Azərbaycan xalqı özünün zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə hər zaman seçilib. Milli təhsil sistemimizin müxtəlif tarixi dövrlərdə keçdiyi çətin mürəkkəb inkişaf yolları o qədər maraqlı zəngindir ki, bu prosesə hər müəllifin baxışı yanaşması yeni faktlar üzə çıxarır, tərəqqiyə aparan yeni ideyalara, mülahizələrə yol açır.

 

Ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə, təhsilin inkişafına həsr etmiş respublikanın Əməkdar müəllimi Asif Cahangirovun nəfis tərtibatlı "Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları" kitabı milli təhsil sisteminin tarixi inkişaf yolunun sanballı salnaməsi olmaqla yanaşı, həm əhatə dairəsinə, ideya məzmununa, təhsil problemlərinə analitik yanaşma üslubuna görə diqqəti çəkən əsərlərdəndir. İndiyə qədər pedaqoji fikir tariximizin bir çox tanınmış simaları təhsilin ayrı-ayrı mərhələlərini araşdırma predmetinə çevirsələr , Asif müəllimin qələmə aldığı bu kitabında təhsil tariximiz, onun problemləri perspektivləri daha əhatəli sistemli şəkildə oxuculara təqdim olunur.

 

İlk növbədə qeyd etmək lazımdır ki, əsər ideya baxımından indiyə qədər təhsil mövzusuna həsr olunmuş bir sıra nəşrlərdən müsbət mənada fərqlənir. Təhsilə, onun düzgün təşkilinə, yeniləşməsinə, keçmişin buxovlarından azad olunmasına həsr olunmuş geniş, əhatəli, dərin sosial-mənəvi əhəmiyyətə malik "açıq söhbət" janrında yazılmış bu kitab haqda, əlbəttə, qısa məqalə çərçivəsində yetərincə qiymət vermək asan deyil. Üstəlik, kitabın müəllifi təhsilin sirlərini şəxsi təcrübəsində sınaqdan keçirmiş, yararsız yeniliklərə yox deməyi bacaran, müasir təhsil sistemində ciddi qüsurların olduğunu faktlarla sübuta yetirməyə çalışan təcrübəli, dolğun biliklərə malik pedaqoqdur.

 

Asif Cahangirov oxucuya müraciətində qeyd edir ki, kitabda toplanmış fikirlər, onlara verilən şərhlər 50 illik dövr ərzində Azərbaycan, rus, ingilis türk dillərində təhsillə bağlı oxuyub mənimsədiyi materialların sintezindən qaynaqlanır. Burada cəmlənmiş fikirlər müəllifin dünənki, bugünü sabahkı Azərbaycan təhsilinə aid yaşadığı, düşündüyü, duyduğu emosiya, yanaşma arzularını əks etdirir.

 

Bu kitabı digərlərindən fərqləndirən əsas cəhətlərdən biri təhsilə adi proses kimi baxmaması, onun cəmiyyətin dəyərlər sistemində mühüm yeri olan element olduğunu təsdiqləyə bilməsidir. Seçdiyi ixtisası həyatının əsas meyarı kimi qiymətləndirən Asif müəllim minlərlə şagirdə doğru yol göstərən maarifçidir. Bəlkə , bir çoxunuz deyəcəksiniz ki, ölkəmizdə belə müəllimlər hər zaman olub, indi var. Amma məsələ bundadır ki, Asif müəllim öz missiyasını müəllim-şagird münasibətləri çərçivəsindən çıxarıb ictimai-siyasi sistemə təsir edəcək dərəcədə mühüm hesab edir bu iddiasında haqlı olduğunu öz işi yazıları ilə sübuta yetirir. Müəllif "Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları" kitabında zəngin beynəlxalq təcrübə nümunələrinə əsaslanaraq, təhsilə onun təşkilinə aid bir sıra aktual məsələləri zamanın tələbi olaraq ümumiləşdirib. Asif müəllimin təhsilin inkişaf problemləri ilə maraqlanan bütün insanlara ünvanladığı bu kitabda yüksək təhlil bacarığının olduğu aydın görünür. Müəllif Azərbaycan təhsilinin inkişafı ilə bağlı mənzərəni dünya təhsil arenasına çıxararaq, onun gələcək perspektivləri ilə bağlı sağlam dsüşündürücü fikir yürüdür. Kitabda şərh edilən pedaqoji problemlər həm tarixilik, həm müasirlik müstəvisində dəyərləndirilir.

 

 

 

Asif Cahangirov 90-cı illərdən ta bu günə kimi Azərbaycan təhsilinə gətirilən yenilikləri şərh edir, elmi cəhətdən əsaslandırır. Ümumi təhsil problemlərinə toxunan müəllif diqqəti, ilk növbədə, təhsilin məzmununa yetirir. O, Azərbaycanın Boloniya prosesində iştirakını, kurikulum sisteminin ölkəmizdə tətbiqini əhatəli şəkildə işıqlandırır, milli təhsilimizin əldə etdiyi uğurlara toxunur.

 

Kitabda təhsilimizin inkişafı, gələcək perspektivləri ilə yanaşı, mövcud problemlərdən geniş söz açılıb. "Təəssüf ki, bəzi istisnalar olmaqla, ötən 10 il ölkəmizin təhsilinin ciddi modernləşdirilməsi dövrü kimi yadda qalmadı. Bu gün bütün ümidlər ölkə Prezidentinin "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamınadır. Bu, sözün əsl mənasında, qısa müddət ərzində universitetlərimizin fəaliyyətində radikal dəyişikliklərlə nəticələnə biləcək inamverici strateji Proqramdır", - deyən müəllif hədəfə çatmaq üçün ayrı-ayrı universitetlərin dövlət tərəfindən zəruri maliyyə dəstəyi ilə tam həcmdə təmin olunmağını, həmçinin, bütün əlaqədar dövlət icra hakimiyyəti orqanlarının bu innovativ proseslərə fəal şəkildə cəlb olunmasını təklif edir.

 

Maraqlıdır ki, Asif Cahangirov insanda mənfi keyfiyyətlərin səbəblərindən birini məhz təhsildəki nöqsan çatışmazlıqlarda görür. O qeyd edir ki, son 20 ildən çox bir vaxt ərzində Təhsil Nazirliyi tərəfindən saxta diplomlu xeyli sayda məktəb müəllimi aşkar edilib. Əlbəttə ki, belə diplomlar qeyri-qanuni yolla alınıb, yaxud da rəsmən tanınmayan ali məktəblər tərəfindən verilib. "Bu cür "müəllimlər" uzun illər gənc nəslimizi "uğurla" şikəst etməkdə idi!", - deyə müəllif yazır.

 

Bütün bunlardan əlavə, kitabda əksər universitetlərimizin dünya ali təhsil məkanında cərəyan edən qlobal prosesləri layiqincə dəyərləndirə bilməməsi, ali məktəblərdə tələbələrdə səriştələrin inkişaf etdirmək əvəzinə nəzəriyyələrlə ifrat dərəcədə yüklənmiş biliyə üstünlük verilməsi, təhsillə elmi fəaliyyətin inteqrasiyası mənzərəsinin qənaətbəxş olmaması, universitetlərdə elmi tədqiqatların zəif aparılması digər bu kimi ciddi problemlərə toxunulur. Müəllif ali təhsil ocaqlarının ən böyük probleminin dərslərin 99 faizinin mühazirə formasında aparılması olduğunu söyləyir. "Bütün universitet müəllimləri tez bir zamanda fəal interaktiv təlim metodlarına yiyələnməlidir", - deyə o, inadlı şəkildə bildirir.

 

Asif Cahangirovun təhsilin gələcəyi ilə ağlı səsləndirdiyi bəzi fərqli fikirlər insanın diqqətini çəkir. Məsələn, onun proqnozlarına görə, gələcəkdə diplomlara ehtiyac qalmayacaq, onlar ləğv ediləcək. Çünki təhsilə yiyələnmə hansısa vaxt ya məkan sərhədləri ilə məhdudlaşmayacaq. Çox güman ki, sertifikatlaşdırma mərkəzləri yaranacaq orada ixtisas dərəcəsi üzrə imtahanlar vasitəsilə mütəxəssislərin bacarıq səriştələrinin səviyyəsi müəyyənlşdiriləcək. Müəllifin fikrincə, real uğura çatmaq üçün robot imkanlarından fərqli qabiliyyətləri inkişaf etdirmək lazımdır. Bunlara kreativlik, təxəyyül, təşəbbüskarlıq, liderlik keyfiyyətləri aiddir. Cəmiyyət tədricən əmtəə iqtisadiyyatından yaradıcı-intellektual iqtisadiyyata keçir.

 

Maraqlıdır ki, kitabda yaxın gələcəkdə ən çox gəlir gətirəcək, ən çox tələbatın olacağı ixtisaslarla bağlı da maraqlı prqnozlar səsləndirilib. Həmin qrupa biotexnologiya, nanotexnologiya süni intellekt sahələri daxil edilib. Lakin elə sahələr var ki, orada insan zehnini robotlar heç cür əvəzləyə bilməyəcək. Məsələn, robotlar obrazlı düşünə bilmir, onların şüuru, intuisiyası yoxdur. Bu səbəbdən onlar heç zaman işləri intellektə deyil, intuisiyaya bağlı olan fond brokerlərini əvəz edə bilməyəcəklər. Milli təhsilimizin əldə etdiyi uğurları yüksək qiymətləndirdiyini qeyd edən Asif Cahangirov bu sahənin daha da inkişafını, yenilənməsini, qısa müddətdə dünya təhsilinin ən yaxşı nümunələri sırasında yer almasını arzulayır.

 

Kitabın üstün cəhətlərindən biri onun sadə, anlaşıqlı dildə, dialoq formasında yazılmasıdır. Müəllif virtual dərs formatında özünə suallar verərək fikir mübadiləsi aparır, mövzu ətrafında yaranmış suallara cavab axtarır. Heç şübhəsiz ki, bu cür yanaşma prioritet təhsil məsələlərini cəmiyyətə daha aydın təqdim etməyə imkan yaradır Azərbaycanda pedaqoji ruhda yeni bir yazı ənənəsinin bünövrəsini qoyur. Kitab bütün sosial kateqoriyalardan olan təhsillə maraqlanan oxuculara ünvanlanmışdır. Əminəm ki, bu kitab təhsil sahəsində çalışan mütəxəssislərə, ali orta təhsil müəssisələrində çalışan müəllimlərə, tələblərə öz töhfəsini verəcək.

 

Rafiq ƏLİYEV

 525-ci qəzet.- 2021.- 1 aprel.- S.13.