Allaha xitab
(Minacat)
İlahi,
bu axşam qarını yağdır,
İlahi, bu axşam özünü göstər.
Düşür yer üzünə qan qızdırmalar,
Kəsir nəfəsləri göy öskürəklər.
İlahi,
bu səhər Günəşi çıxart,
İlahi,
bu axşam küləyi qopart,
Bilim ki, sən
hələ dəyişməmisən,
Bilim ki, sən bizdən inciməmisən.
İlahi,
əmr elə çaxsın ildırım,
Göyün guruldasın başımız üstə.
Şirin
nərildəsin meşələrində,
Quşun
qırıldasın başımız üstə-
Bilim ki, sən
hələ dəyişməmisən,
Bilim ki, sən bizi unutmamısan.
Ey
böyük Yaradan, qurbanın olum,
Mən sənin əsirin, mən sənin qulun.
Şairəm,
duyğuyam mənə rəhm elə,
Yanında günahım varsa, bağışla.
Nəfəsim kəsilir, di çıx qarşıma.
Bir
çiçək ətrində, uşaq gözündə,
Bulud
topasında, quş düzümündə,
Qarın
işıq saçan laləsində gəl,
Yaş tutan gözümün haləsində gəl.
Yerini nişan ver, orda ölüm mən,
Ölüm rahat-rahat bir dincəlim mən.
Sənin
ayağına düşmək nə gözəl,
Canım çiçəyinə, yazına qurban.
Döyünən
ürəyim görən gözlərim,
Sənin ayağının tozuna qurban.
İlahi,
bu axşam qarını yağdır,
Bilim ki, sən hələ dəyişməmisən.
Bilim ki, sən hələ sevirsən bizi.
Gözəl
yaratmısan - nə yaratmısan,
Sirrinə daldıqca üzümüz gülər.
Əllərimizə
bax, görən dünyada
Kim belə gözəl əl yarada bilər?
Kim belə
şipşirin dil verər bizə,
Gözəl əlimizə gözəl gül verər.
Ayağımız
alta torpaq saldırar,
Üstündə
on barmaq sünbül göyərdər,
Sünbülü
yığmağa cüt əl də verər,
Qoymaz
darıxmağa yaratdığını
Sevib-sevilməyə könül də verər.
İlahi,
bu axşam qarını yağdır,
Bilim ki, sən hələ dəyişməmisən.
Mən daha şəkiləm...
Hönkürdüm
gecənin qaranlığına,
Səssiz otağıma baxıb ağladım.
Çıxıb
pəncərəmə bir qara pişik,
İti caynağına baxıb ağladım.
Getdi
ağlım, huşum sənin adında,
Zəhər gizlənibmiş şirin dadında.
Köhnə
ayaqqabın durur qapımda,
Qırılmış bağına baxıb
ağladım.
O toy
şəkillərin cırılıb qalıb,
Divar
quzulayıb yarılıb qalıb,
Barışın
beşiyi qırılıb qalıb,
Bumbuz otağına baxıb ağladım.
Saçın
tökülərdi gözünün üstə,
Söz demək olmadı, sözünün üstə.
Qapının
ağzında, güzgünün üstə,
Qalan darağına baxıb ağladım.
Gecənin
soyuğu yudu tərimi,
Böldü hecalara kəlmələrimi.
Təcili
yardımın nömrələrini,
Yığan barmağıma baxıb ağladım.
Sən
balam deyilsən, yığışıb çıx get,
Şeirimi
oxusan, gözünü sıx get.
Mən
daha şəkiləm, şəklimə bax get.
Soluma, sağıma baxıb ağladım.
Bilmə
ki, mən sənə soyuğam, yadam,
Atasın
bu qədər incitməz adam,
Məni
öz yanına çağırdı atam,
Çevrilib arxaya baxıb ağladım.
Qəşəm Nəcəfzadə,
sabahın xeyir
Yenə
döndün ocaq yeri-yurdlara,
Təpəl
quzulara, qaşqa atlara,
Qancıq,
ənik, köpək, küçük itlərə,
Qəşəm
Nəcəfzadə,
Sabahın xeyir.
Dəhrə
hayandadı, ağacı buda,
Çoxdandı
demirsən "dəh-dəh"i ata,
Yıxıl
biçənəyə, bülənd ol ota,
Qəşəm
Nəcəfzadə,
Sabahın xeyir.
Suyu qulaq
elə, yonca sulansın,
Balıq
hiss eləsin, sular bulansın.
Nənən
tutsun qursaq, maya, çalansın,
Qəşəm
Nəcəfzadə,
Sabahın xeyir.
Qulanı
yəhərlə quşqunu tax,
Tafqırını
bərk çək, di üstünə qalx,
Yollar qəh-qəh
çəksin, qalxsın tozanaq,
Qəşəm
Nəcəfzadə,
Sabahın xeyir.
Di ye kətəməzdən,
bulamadan vur,
Suluqla başladın, koramazda dur.
Gözünü
pişiklə, küçüklə doldur,
Qəşəm
Nəcəfzadə,
Sabahın xeyir.
Dəryaz
bir kitabdı, yonca bir kitab,
Oxusam, qollarım gətirərmi tab.
Eşələ
sandığı, ilk şeirini tap,
Qəşəm
Nəcəfzadə,
Sabahın xeyir.
Əvvəl, axır
Sən
vaxtında gəlmədin, ay oxucum,
Mən tək qaldım, onun-bunun əlində.
Bax beləcə
yağışı yox, kəli yox,
Əsir düşüb cütcü şumun əlində.
Hər
şeirim ağla batan tum idi,
Vərəqlərim bostan idi, şum idi.
Tufan
qopdu, hər tərəfim qum idi,
Mən dəvəsiz öldüm qumun əlində.
Yaşayırdım
əvvəldə mən, bir də mən
Boz səhrada
bir dəyirman, bir də mən,
Gəlib
keçdik dəyirmanın gözündən,
Taparsanmı məni unun əlində?
Bu
ölümüm, bu dəfinim, bu ucum,
Bu "qırx"ımdı, bu "yeddi"mdi, bu
"üç"üm.
Ayrı
qaldıq, görüşmədik, oxucum,
Mən əvvəlin, sən də sonun əlində.
Əzənlər,
əzilənlər...
Mən gərək
evimdən çölə çıxmayam,
Məni ağac əzir, yol, asfalt əzir.
Evdə də
heç nəyə yaxın durmayam,
Məni şkaf əzir, divan, taxt əzir.
Stol bir
tərəfdən, vərəq bir yandan,
Toxunur əlimə, göynədir məni.
Qaçıram
qızımdan, oğlanlarımdan
Övladları kimi oynadır məni.
Məni
televizordan uzaq saxlayın,
Baxdımmı, o saat gözüm əriyər.
Yaxşı
ki, bir xarab radiomuz var,
Mən nə vaxt danışsam, tezcə kiriyər.
Mikrofon
verməyin əzir əlimi,
Qoy öz əlim olsun, öz dizim olsun.
Məni
çağırmayın verilişinizə,
Qoyun sabah üçün ağ üzüm olsun.
Əlimi
qələmə toxundurmaram,
Ah çəkir,
əlimi qələm də əzir.
Elə
bil yollarda dəfn olunmuşam
Üstümdən gedən də, gələn də əzir.
Mən
ölü deyiləm, axı evdəyəm,
Alnıma yazılan izlər kimindi?
Yoldaşım
deyir ki üstündə göz var,
Qoy çırpım, bu oyaq gözlər kimindi?
Anamın
gözləri bir cür dua tək,
Asılıb çiynimdən, o, əzmir məni.
Geydiyim
paltarlar, getdiyim yerlər,
Anamın gözü tək bəzəmir məni.
Ölüm, həyat
Ay kişi, ay oğul, ay arvad, ay qız,
Sən öl, bu dünyada boşdu yaşamaq.
Nə fərqi
var axı, sən az yaşadın,
Ya da ki, mən
səndən üçcə il artıq.
Yaxşısı
budur ki, bir az tez gedib,
Buz kimi torpağı qızdırsın ürək.
Gözünün
bir hovur çimirini al,
Torpaq mütəkkəyə dirsəklənərək.
Bir az dənələmək qara torpağı,
Torpaq sanı qədər sükut dinləmək.
Qəbrinin
üstünə gələn adamın
Ürək döyüntüsün sakit dinləmək.
Allaha and
olsun, bilir Füzuli,
Bu saat hər şeyi düz yazdığımı.
Qarışqalar
görüb təəccüblənəcək,
Bir gün böyrü üstə uzanmağını.
Qəbrin
qazılsa da, birin - ikiyə,
Pis olma, torpağa gözünü yum, bax.
İşıqdı
torpağın dənəcikləri,
Azərbaycandan gir, Amerkadan çıx.
Əlinlə
torpağı yavaşca oxu,
Qəflətən anana toxuna bilər.
Düşüncəni
unut, gözünü söndür,
Kimi itirmisən, yanına gələr.
Başdaşın
küləklə qoşa oxuyur,
Səni nişan verir yenə birinə.
Gecə
ay doğanda qəbirdən çıxıb,
Uçur başdaşını, qayıt yerinə.
Unudulan
Dodaqlarım
çatdaq gəlmişəm evə,
Gözlərim - ağlaşma, saçlarım - şivən.
Nə
olar, saatı soruşma məndən,
Bayatı
saçımı gəl kirit qəşəng,
Başımı
dağıdan ulaşmanı kəs,
Mənə
bir stəkan su...
Salamdan
yapışıb, sal məni evə,
Mən hardan gəlirəm, soruşma heç nə.
Kim belə
ağzımda sözü sındırıb,
Kim belə
alnımda vüqarı döyüb,
Kim belə
atamı, anamı söyüb,
Kim belə
ağzımda dili yandırıb,
Dərənin
dibinə diyirlənib səs -
Mənə
bir stəkan su...
Bağla
qapımızı, çölə çıxmayaq,
Külək də, yağış da cəhənnəm
olsun.
Oğul da, uşaq da cəhənnəm olsun.
Kim gəldi,
həyatda sındırdı məni,
Kim gəldi
ömrümə, yandırdı məni,
Kür
kimi sinəmdə dartınır nəfəs -
Mənə
bir stəkan su...
Kilidlə
qapını, ört pəncərini,
Günəş görünməsin bir də
gözümə.
Bir ovuc
qaranlıq çırpıb üzümə,
Bir evin
küncündə mənə yuxu ver,
Ömürdən əvvəlki vaxtı mənə ver.
Üzümdə
qarışqa öz fikrim olsun,
Karvanı bir təzə sətirim olsun.
Bir toz dənəsiylə
oynayım elə,
Arılar fikirmi daşısın çölə.
Əqrəblər
sinəmə cız çəkib getsin,
İlanlar canımdan göz açıb getsin.
Hörümçək
üzümdə qursun torunu,
Bu şirin canımda tutsun ovunu.
Canım
itib batsın tozun içində,
Bir də görünməyin çölün
düzündə.
Gördün
ki, ayağım, əlim tərpənir,
Üstümə
toz ələ, üstümə toz tök
Tozumu bol
elə, köhnəlim qəşəng,
Sonra da
üstümdə göyərsin çiçək
Bir stəkan
su ver həmin çiçəyə...
Qayıdın geri
Siz harda
qaldınız, ay göyərçinlər,
Siz necə oldunuz, ay dilənçilər.
Buluddan
asfalta düşən gölməçə,
Kimin güzgüsüydün qırıldın belə.
Adam yox,
saçını darasın səndə,
Kimisə axtarsın, arasın səndə.
Darıxan
yarasın sarısın səndə,
A yağış gölməçə,
yağış gölməçə.
Adamlı
küçələr, varlı küçələr,
Dükanlı küçələr, karlı
küçələr.
Yağışlı
küçələr, qarlı küçələr,
Hara getmisiniz, qayıdın geri?
Yüz
dükana girib ümidlərimiz,
Bahalıq
saraltdı sağ ümidləri
Birində
bir bir tikə yeyəmmədiyimiz,
Dürlü restoranlar qayıdın geri.
Evim olmasa
da, bir küçəsində,
Doğma ünvanlarım, qayıdın geri.
Kirayə
şəhərim, kürəyə küçəm,
Nisyə dükanlarım, qayıdın geri.
Adam
tünlüyündə gizlənənim hey,
Baxışlar atında sözlənənim hey.
Yüz
yerdən, min yerdən izlənənim hey,
Bir qapı dalında nə ağlayırsan?
Qəşəm
NƏCƏFZADƏ
Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.- 2021.- 3 aprel.- S.20.