Allahşükür Paşazadə: “Ağdamı
görəndə ürəyim
ağrıdı”
“Bu gün Azərbaycanın,
Qarabağın ən
dilbər guşələrindən
biri Ağdama gəlmişik”.
APA-nın məlumatına
görə, bunu Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
Şeyxülislam Allahşükür
Paşazadə ölkədəki
dini konfessiyaların rəhbərləri ilə
birgə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında
deyib.
O, əvvəllər Ağdama
tez-tez gəldiyini bildirib: “Hələ 1975-ci
ildə Ağdama gəlmişdim. O dövrdə
açıq məscidlər
çox az
idi. Ağdam Cümə məscidi
də açıq idi deyə, mən bura tez-tez
gələrdim. Ağdamın özü ilə də tanışlığım
var idi. Mən bu məscidə Molla Baratı axund təyin eləmişdim, Allah ona rəhmət eləsin.
Bayaq namaz qıldığım
yerdə də vaxtilə namaz qılmışam, dualar oxumuşam, moizələr
demişəm. Bu məscid mənim üçün çox əziz olub. Allah elə nəsib
elədi ki, erməni ekstremistləri tərəfindən işğalda
olunmuş torpaqlarımızı
azad olundu. Ali Baş Komandanımız
İlham Əliyev cənablarının rəhbərliyi
ilə 44 gün içində torpaqlarımız
azad olundu”.
A. Paşazadə qeyd
edib ki, Ağdam hər zaman öz gözəlliyi,
binaları, insanları
ilə seçilib:
“Bu səfərə gələndə,
buranı görəndə
mənim ürəyim
ağrıdı. Bayaq
Yəhudi icmasının
rəhbəri Milix həzrətləri dedi ki, bura daha
çox Hirosimaya oxşayır. Mən gələ-gələ gördüm ki, insanlar burda öz həyatını təhlükəyə ataraq
mina axtarırlar. Bu torpaqları minalardan azad etmək istəyirlər. Bu o deməkdir ki, bu torpaqların sahibi bizik. Onlar sahibi olmayıblar. Ermənilərin məqsədi vandalizm,
bütün torpaqlarımızı
dağıtmaq olub.
Biz Qarabağ uğrunda həlak olan şəhidlərimizi
də ziyarət elədik. Qəbiristanlıqda 150-dən çox şəhid qəbri vardı. Onların çoxu dağıdılıb.
Bu, insani münasibət
deyil. Ermənilər, o cümlədən bütün dünyada olan ermənipərəstlər
həmişə bunları
dəstəkləyiblər. Bizim qələbəmiz İslam dünyası
üçün də
böyük qələbədir.
Bu qələbəni əldə saxlamaq və bu qələbəni
dirçəltmək hər
birimizin borcudur. Onu da qeyd etməliyəm ki, bu 44 gün
ərzində bizim din
xadimlərimiz də hərbçilərimizlə çiyin-çiyinə
vuruşdular. Onların içində
şəhid olanlarımız,
yaralananlar da var. Bu torpaqlar
bizim üçün
əzizdir, bu qələbə bizə elə-belə qismət olmayıb. Buna görə də bu gün bizim
borcumuz bu torpaqları həm daxildən, həm də xaricdən olan təsirlərdən qorumaqdır”.
QMİ sədri
deyib ki, bu gün hətta
Azərbaycanda belə
bəziləri torpaqlarımızın
işğal altından
azad olunmasına sanki çox da sevinmirlər: “Çox arzu edərdim ki, o insanlar başa düşsün ki, torpaq çox qiymətlidir, ana qədər qiymətlidir”.
S. Qarayeva.
525-ci qəzet.- 2021.- 8
aprel.- S.4.