Azərbaycan Milli Kitabxanasının direktoru
BDU-da ustad dərsi keçib
Azərbaycan
Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov
Bakı Dövlət Universitetinin (BDU)
Kitabxanaçılıq-informasiya fakültəsinin
professor-müəllim heyəti, gənc tədqiqatçıları,
magistrant və tələbələri üçün
Kitabxana-informasiya fəaliyyətinin menecmenti fənnindən
“Azərbaycan Milli Kitabxanası müasir mərhələdə”
mövzusunda onlayn ustad dərsi keçib.
Professor Kərim Tahirov öncə son dövrlər Bakı Dövlət Universitetində
təşkil olunan ustad dərslərini yüksək qiymətləndirdiyini
bildirib. O, Ulu
Öndərimiz Heydər
Əliyevin hər zaman kitabxana işinə böyük dəyər verdiyini diqqətə çatdıraraq,
Ulu Öndərin
"Kitabxana xalq, millət üçün,
cəmiyyət üçün
müqəddəs bir
yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın
mədəniyyətini nümayiş
etdirən amillərdən
biridir" - kəlamını
bir daha xatırladıb.
Milli Kitabxananın
həyata keçirdiyi
bir sıra layihələr haqqında
məlumat verən professor xüsusilə Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə həyata keçirilən “Milli-mənəvi
sərvətlərimizin Vətənə
qayıdışı” layihəsinin
əhəmiyyətindən bəhs edib. Bildirib ki, layihənin həyata keçirilməsində
məqsəd dünyanın
müxtəlif arxiv və kitabxalarında saxlanılan irsimizi rəqəmsal formada ölkəmizə gətirməkdir.
Artıq layihə çərçivəsində Nizami, Füzuli, Tusi və digər
görkəmli şəxsiyyətlərimizə
aid 53 əlyazmanın
Milli Kitabxananın fonduna daxil olunduğu
diqqətə çatdırılıb.
Kitabxana əməkdaşlarının əksəriyyətinin
məhz BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin məzunları
olduğunu diqqətə
çatdıran natiq gələcəkdə də
kadrların yerləşdirliməsində
fakültənin məzunlarının
xüsusi rol oyanayacaqlarına əminliyini
bildirib.
Ustad
dərsi auditoiya tərfindən böyük
maraqla dinlənilib, professor Kərim Tahirov dinləyicilərin mövzu ilə bağlı çoxsaylı
suallarını cavablandırıb.
525-ci qəzet.- 2021.-8
aprel.- S.6.