Tarix yazan igidlərimizşəhid Emin Ağazadə

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsi əsasında Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən igid oğulları tanıtmağa davam edir.

 

Azərbaycan xalqına gözəl gələcək bəxş etmək üçün canını fəda edən igid, mərd, qorxmaz oğullardan biri şəhid Ağazadə Emin Valik oğludur.

 

Kitabxananın İnformasiya-resurs şöbəsi şəhidin əziz xatirəsini yad etmək məqsədilə məlumat xarakterli videoçarx hazır etdi. Kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan videoçarxda şəhid Emin Ağazadənin həyat yolu haqqında informasiya təqdim edilir müxtəlif dövrlərinə aid fotoları, bununla yanaşı qızı ilə olan kiçik video lenti nümayiş edilir.

 

Şəhid Ağazadə Emin Valik oğlu 22 mart 1991-c ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayonunun Ceyhun Həsənov adına Kürdmaşı kənd orta məktəbində ibtidai təhsilə başlamış, 2008-ci ildə isə həmin məktəbdə məzun olmuşdur.

 

Şəhid Emin Ağazadə 05 aprel 2009-cu ildə həqiqi hərbi xidmətə yollanmış hərbidə baş atıcı idi. O, 1 noyabr 2010-cu ildə hərbi xidmətini başa vurmuşdur.

 

Azərbaycanın igid oğlu Emin Ağazadə çox gülərüz, istiqanlı, ailəsinə bağlı biri idi.

 

Yoldaşı Leyla xanımın verdiyi məlumata əsasən:

 

Ailə üzvlərinin gözünə baxan kimi istəklərini tez anlayırdı. Böyük qızımız Mələyə qarşı isə hədsiz sevgisi vardı. Qızım Mələk onsuz qala bilmirdi.

 

Emin bütün işini Mələyin gün rejiminə görə təyin edirdi. Onu Şəkiyə göndərdikləri zaman biz İsmayıllıda olurduq. Qızımız Mələk onsuz yuxuya getmirdi deyə o, hər gün saat 9-a kimi evə qayıdırdı. Hər gün İsmayıllıdan Şəkiyə gedib gəlirdi. Halbuki Şəkidə qalmağa yeri var

 

idi. Lakin qızımıza duyduğu dərin sevgi onun dünyasını rəngləndirir üzünü güldürürdü.

 

03 senyabr 2017-ci il tarixindən evliyik. Tanışlığımız evlilikdən 5 il öncə olmuşdur. Eminin xarakterində kimisə incitmək ya onunla küsülü qalmaq yox idi. O hər zaman hamını razı salmağı çalışardı.

 

Emin ilk dəfə sentyabrın 5-də mənə bu sözləri söylədi:

 

- Leyla sən ali təhsillisən, sən hər şeyin öhdəsindən gələrsən.

 

Ayın axırı hərbi səfərbərliyi eşidən gündən hərbi komissarlığın qarşısına getdi hər gün öz adının siyahıdan çıxmasını gözləyirdi.

 

Nəhayət oktyabrın 5-də qeydiyyat üçün hərbi komissarlığa çağrıldı. Emin o an çox sevincli idi, çünki gözlədiyi vaxt gəlib çatmışdı.

 

O, hamı ilə vidalaşdı. Getdiyi zaman dedi:

 

- Görərsiniz...Gedirəm...Ancaq bayrağa bürünüb gələcəm. Şuşanı alıb qayıdacam.

 

İki həftəlik təlimdə sonra Emin könüllü olaraq özü ön cəbhəyə getmək istəyib. O, Füzuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdi.

 

Emin hər gün bizlə əlaqə saxlayırdı, necə olduğumuzu öyrəndikdən sonra sağollaşırdı. Son dəfə oktyabrın 23-də gecə zəng etdi Mələyin səsini eşitmək istədi. O gün səsi çox qəribə idi. Telefon zəngində vidalaşdığı zaman mənə dedi:

 

-Leyla, Laçına gedirik...Allaha əmanət olun! Mənə heç olan deyil... Qayıdacam... Uşaqlara yaxşı bax!

 

Sonra 2 gün ərzində Emindən xəbər ala bilmədik.”

 

Şəhid Emin Ağazadə Leyla xanımın həm yoldaşı, həm sirdaşı idi. Ona təhsili həyatı ilə bağlı verdiyi dəstək övladlarının sağlam gələcəyi üçün zəmin oldu.

 

Azərbaycanın tarix yazan igid oğlu Emin şəhid olduqdan 4 ay sonra ikinci qızı Emiliya dünyaya gəldi. O hətta təlimlərdə olduğu zaman bunu demişdi:

 

Öz adıma uyğun ad tapmışam... Emiliya!”

 

Qəhrəman Emin Ağazadə oktyabrın 25-i gecə Laçın istiqamətində yoldaşları ilə birlikdə ön cəbhəyə gedərkən maşında vurularaq sol ayağından qəlpə yarası almış əbədiyyətə qovuşmuşdur.

 

Şəhid Emin Ağazadə oktyabrın 27-si İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən kənd qəbiristanlığında dəfn olundu.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid əsgər Emin Ağazadə ölümündən sonraVətən uğrundaQubadlının azad olunmasına görəmedalları ilə təltif edilmişdir.

 

Vətən müharibəsinə könüllü olaraq qoşulan igidcə mübarizə aparan şəhid Emin Ağazadənin əziz xatirəsi üçün hazırlanmış videoçarx aşağıdakı YouTube linkində verilib: https://www.youtube.com/watch?v=amydUBQts20

 

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşdə qanı ilə şanlı tarix yazan igid oğul, ruhun şad olsun!

 

 525-ci qəzet.- 2021.-9 aprel.- S.9.