Ədəbiyyat İnstitutunda Elmi şuranın iclası olub
Ədəbiyyat İnstitutunun Elmi
şurasının 2021-ci ildə növbəti
iclası keçirilib.
İclasda şuranın üzvləri,
İnstitutun ayrı-ayrı
şöbələrinin müdirləri
ilə yanaşı, Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç və
TİKA-nın nümayəndəsi
Elmir Laçın da iştirak ediblər.
Elmi şuranı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
direktoru, akademik
İsa Həbibbəyli açaraq
gündəlikdəki məsələlərlə
iştirakçıları tanış edib. Akademik
İsa Həbibbəyli bildirib
ki, türkiyəli ziyalıları Elmi Şuramıza dəvət
etmək artıq bir ənənəyə çevrilib. Sonra institutun əməkdaşları filologiya
üzrə fəlsəfə
doktorları Rauf Sadıxovu 80, Şahbaz Musayev və Təranə Aslanovanı
60 illik yubileyləri münasibətilə təbrik
edib. "İlin
alimi" nominasiyasının
qalibləri-filologiya elmləri
doktorları İslam Qəribliyə,
Bəsirə Əzizəliyevaya
və "İlin gənc alimi" nominasiyası üzrə Gülnar Qasımlıya diplom təqdim edilib.
Türkiyədə "Yunus Əmrə
ili" və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qarşıda
duran vəzifələri
barəsində danışan
Akademik İsa Həbibbəyli
əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il
"Yunus Əmrə ili" elan olunub: “Bu münasibətlə
əlimizdən gələn
dəstəyi etməyi
özümüzə borc
bilirik. "Azərbaycan
ədəbiyyatı tarixi"
oncildliyinin üçüncü
cildində Yunus Əmrəyə ayrıca
oçerk həsr edilib. Bunlardan əlavə, TİKA və Bakı Yunus Əmrə İnstitutu ilə birgə bir sıra layihələr həyata keçirəcəyik.
Yunus Əmrənin kitabını
çap etdirib, ona həsr olunan
konfrans təşkil edəcəyik. Həmçinin, onun Qaxdakı qəbrininin ziyarəti nəzərdə tuturuq".
Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç
və TİKA-nın nümayəndəsi Elmir Laçın çıxış
edərək qarşılıqlı
əməkdaşlıqdan məmnun
qaldıqlarını bildiriblər.
Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun adlı mükafatlarının təsis
edilməsi haqqında
məsələyə baxılıb,
Həmid Araslı, Məmmədcəfər Cəfərov,
Yaşar Qarayev, Abbas Zamanovun adını daşıyan mükafatların
təsis edilməsi məsələsi müzakirə
olunub.
İnstitutun Nizamişünaslıq şöbəsinin müdiri,
AMEA-nın müxbir üzvü Nüşabə
Araslının 80 illik,
Orta əsrlər Azərbaycan ədəbiyyatı
şöbəsinin aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sasaninin 90 illik yubileylərinin qeyd edilməsi, Azərbaycan ədəbiyyatı tarixinin
VIII cildinin (Müstəqillik
dövrü) hazırlıq vəziyyəti
haqqında məsələlər
də müzakirə olunub.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli İnstitutun "Azərbaycan
ədəbiyyatşünaslığı",
"Poetika.izm", "Müqayisəli
ədəbiyyatşünaslıq", Humanitar və İctimai Elmlər Bölməsinin "Filologiya
və sənətşünaslıq"
jurnallarının Türkiyənin
“İdealonline” elmi bazasına daxil edilməsi haqqında və İnstitutun elmi jurnallarının beynəlxalq standartlara uyğun hazırlanması
istiqamətində əldə
olunan nəticələr
və qarşıda duran vəzifələrdən
danışıb. Qeyd
edək ki, "İdealonline" Türkiyədə
fəaliyyət göstərən
və 920 jurnalın,
124375 məqalənin, 1559 kitabın
daxil olduğu bazadır. Sözgedən jurnallar həmin bazaya daxil edilib
ki, bu da
mühüm uğur sayılır.
Təhsil şöbəsinin
müdiri, sosiologiya üzrə fəlsəfə
doktoru Samir Səttarov 2020-ci il üçün fəlsəfə
doktorluğu hazırlığı
üzrə doktoranturaya
qəbul olanların elmi rəhbərlərinin
və mövzularının
təsdiqi barəsində
məlumat verib.
Azərbaycan şifahi xalq
ədəbiyyatı və
yazılı abidələr
şöbəsinin baş
elmi işçisi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin
"Xilaskarlar" adlı
monoqrafiyası (Elmi redaktor və ön sözün müəllifi: akademik İsa Həbibbəyli, rəyçi: akademik Nizami Cəfərov) çapa tövsiyə olunub.
525-ci qəzet.- 2021.- 10 aprel.- S.12.