Milli Kitabxananın
Özbəkistan kitabxanaları
ilə əlaqələri
müzakirə edilib
Aprelin 9-da Özbəkistan
Respublikası Prezidenti
Administrasiyası yanında
İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev Milli Kitabxanada olub.
Milli Kitabxananın
direktoru Kərim Tahirov rəhbərlik etdiyi kitabxana haqqında, onun fəaliyyəti barədə
ətraflı məlumat
verib, pandemiya şəraitində oxucuların
sorğularının onlayn
qaydada operativ şəkildə ödənildiyini
qeyd edib.
Kərim Tahirov iki ölkə
arasındakı sıx əlaqələrin
kitabxana sahəsində
də davam etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Milli
Kitabxanada mütəmadi
olaraq keçirilən
beynəlxalq sərgi və konfranslarda Özbəkistandan olan nümayəndələr daim
böyük məmnuniyyətlə
iştirak edirlər. Təsadüfi deyildir ki,
2019-cu ildə Milli Kitabxanada açılışı
olan Beynəlxalq əməkdaşlıq zalında
Özbəkistanın tarixinə,
ədəbiyyatına, mədəniyyətinə
və incəsənətinə
dair bir guşə də vardır. Bu zalda həmin ölkənin milli kitabxanası ilə birbaşa internet əlaqəsi
yaradaraq faydalanmaq mümkündür. Bütün bunların
iki qardaş ölkə arasındakı
doğma münasibətdən
irəli gəldiyini bildirən Kərim Tahirov yaxın zamanlarda Özbəkistan Milli Kitabxanasında da Azərbaycana dair belə bir guşənin
açılacağına ümid
etdiyini bildirib.
Azərbaycan ilə Özbəkistanın
ortaq mədəniyyətə
və ədəbiyyata
sahib olduğunu bildirən
Əsədcan Xocayev iki ölkə arasında olan dostluq əlaqələrinin
daha da möhkəmləndirilməsindən,
qarşılıqlı kitab,
qəzet və jurnal mübadiləsinin əhəmiyyətindən söz
açıb.
Görüş zamanı Əsədcan Xocayev Azərbaycan Milli Kitabxanası ilə Özbəkistan Milli Kitabxanası arasında 2008-ci ildə imzalanan əməkdaşlıq
haqqında Memorandumun yenilənməsinə ehtiyac
olduğunu da qeyd edib.
Bu təklifə müsbət
münasibət bildirən
Kərim Tahirov diqqətə çatdırıb
ki, Mədəniyyət
Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə "Milli mənəvi dəyərlərimizin Vətənə
qayıdışı" layihəsi çərçivəsində
dünya milli kitabxanalarında və muzeylərində mühafizə
edilən Nizami Gəncəviyə məxsus
qiymətli əlyazmaların
rəqəmsal surətlərinin
Milli Kitabxanaya gətirilməsi layihəsini
"Nizami Gəncəvi
ili" çərçivəsində
də davam etdirir. O, Əsədcan Xocayevdən Özbəkistan
Milli Kitabxanasında olan Nizami Gəncəvi
əlyazmalarının rəqəmsal
sürətlərinin Milli
Kitabxanaya verilməsinə
köməklik göstərməsini
xahiş edib. Qonaq
böyük məmnuniyyətlə bu məsələdə
öz dəstəyini göstərəcəyini
vurğulayıb.
Qarşılıqlı
hədiyyələr təqdim edildikdən sonra Əsədcan
Xocayev Milli Kitabxananı ziyarət edib, nadir kitablar və
kitabxana muzeyi şöbəsi və beynəlxalq əməkdaşlıq
zalı ilə tanış olub.
525-ci qəzet.- 2021.- 10 aprel.- S.13.