XXI əsrin yeni kitab
formatı - elektron dərsliklər
Təhsil sisteminin sürətli
informasiyalaşdırılması prosesi təhsildə elektron
dərsliklərin istifadəsinə həm geniş imkanlar
açıb, həm də zərurət yaradıb.
Elektron dərsliklər öyrənənlərə təhsil
prosesində fəal iştirak etmək, onların öyrənmə
prosesini fərdiləşdirmək, yeni bilik əldə etmək
və öz imkanlarını qiy-mətləndirmək
imkanı verir.
Elektron dərslik həmçinin böyük həcmdə
tədris və təlim materiallarını əhatə edərək
yeni tədris metodlarının inkişafına təkan verməklə
ənənəvi öyrənmə formalarını zənginləşdirir.
Zaman keçdikcə cəmiyyətdə,
ictimaiyyətdə olduğu kimi tədris sahəsində də
zəruri keyfiyyət dəyişiklikləri baş verir.
Yaşadığımız pandemiya səbəbindən
həyatın bütün sahələrində olduğu kimi,
təhsil sahəsində də fəaliyyətin yalnız
texnologiyalardan istifadə sayəsində davam etdirilməsi zərurəti
artıq yeni dünya formatına uyğunlaşmağı diktə
edir. Hesab edirik ki, ali və orta məktəblər
üçün hazırlanan dərsliklərin formatını
da dəyişməyin vaxtı çatmışdır.
Fikrimizcə, artıq ali məktəblərdə
metodik, dərs vəsaitləri və dərsliklərin
hazırlanmasında elektron və interaktiv formatlara da keçməyin
vaxtıdır.
Elektron təhsil resurslarının didaktik
imkanlarının analizi informasiya təlim mühitinin həyata
keçirilməsi probleminin həllinə istiqamətlənib. Elektron cihazların köməyi
ilə istifadə olunan dərs materiallarına elektron dərs
resursları deyilir.Elektron dərsliklərin
üstünlükləri onların müxtəlif istifadə
formatlarıdır - onlayn və ya offlayn rejimdə;
kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin
istifadə imkanının olması; əyani vəsaitlərin
mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və
digər multimedia xüsusiyyətləri; böyük həcmli
məlumatların saxlanması; mətnlər üzərində
qeydlərin aparılması mümkünlüyü; rahat
istifadə - axtarış sisteminin mövcudluğu; mobillik - hər
yerdə və hər zaman. Elektron dərsliklərin
üstünlükləri onların müxtəlif istifadə
formatlarıdır - onlayn və ya offlayn rejimdə;
kompüter, planşet, mobil telefon vasitəsilə dərsliklərin
istifadə imkanının olması; əyani vəsaitlərin
mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və
digər multimedia xüsusiyyətləri; böyük həcmli
məlumatların saxlanması; mətnlər üzərində
qeydlərin aparılması mümkünlüyü; rahat
istifadə - axtarış sisteminin mövcudluğu; mobillik - hər
yerdə və hər zaman.Elektron dərsliklər istifadəçilərin
təhsil prosesində fəal iştirak etmək, onların
öyrənmə prosesini fərdiləşdirmək
üçün optimal şərait yaradır.
Dünyada çoxdan təsdiqini tapmış onlayn və
offlayn universitetlərin yaradılması, kadr potensialı ilə
təmin olunması problemləri artıq qarşıda həllini
gözləyən aktual problemlərə çevrilmişdir. 2014-cü ildə
Cənubi Koreya universitetləri ilə
tanışlığımız universitetlərdə gələcəyin
kadrlarını yetişdirməkdə gecikməməyi
öyrətdi. Bunun üçün
müxtəlif beynəlxalq səviyyəli kurs və treyninqlərdə
iştirak edilməsi perspektivləri dəyərləndirilməlidir.
Düşünürük ki, fənlər üzrə
elektron kitabların hazırlanması eyni zamanda bir neçə
kitabın bir arada istifadəsinə, anında istənilən
məlumatın təkrar edilməsinə im-kan yaradar. Xüsusilə,
biologiya fənlərinin tədrisi və öyrənilməsi
zamanı bu cür E-bookların istifadəsi yüksək səmərə
verər. Artıq interaktiv, elektron dərs
və metodik vəsaitlərin, dərsliklərin tərtibi
zamanı bu faktorlar nəzərə alınmalıdır.
Belə olduqda təbiətşünaslıqdan
tutmuş, ümumi biologiyaya qədər elm sahəsini təşkil
edən bu cür elektron kitablarda öyrənənlər istənilən
bioloji fakt və hadisəni təkrar öyrənə, yaxud
müqayisə edə bilmək imkanına malik olacaqdır.
Yaxın gələcəkdə elektron
kitabların tədris sahəsinə geniş şəkildə
daxil olacağına inanırıq. Çünki
bütün bu imkanları tədris prosesinə qazandıran
YTT (yeni təlim texnologiyaları) səmərəsini get-gedə
artırmaqda və zərurətə çevirməkdədir.
Ənənəvi kagız kitablarla elektron kitabları
müqayisə etsək: "1.Elektron kitabda mətndə
axtarış, böyük istinadlara keçid, qeyd və
seçmə təsvir edilə bilər; 2.Bir qurğuda 1000-dən
artıq kitab saxlanıla bilər; 3.Kiçik həcm və
ölçüyə malik olduğu üçün
daşınması asandır; 4.Şriftin formasını və
ölçüsünü dəyişmək
mümkündür; 5.Animasiyalı şəkillərə,
multimediyalı təqdimatlara baxmağa imkan verir; 6.Elektron
kitabın kağız kitabdan baha olmasına baxmayaraq, elektron mətn
kağız mətndən xeyli ucuzdur; 7.Daxili proqramlar, nitq
sintezatorları, mətni səsləndirməyə imkan verir və
sair.
Elektron kitabların digər özəlliyi isə oxucunu
dinləyiciyə cevirmək xüsusiyyətidir ki, bu da
müxtəlif varianlarda öyrənənin işini
yüngülləşdirməyə xidmət edir. Bu vasitə ilə
XXI əsr insanını daha çox elmi və bədii ədəbiyyatların
oxunmasına istiqamətləndirmək mümkündür.
Həqiqətən də internetdən, elektron
resurslardan istifadə edənlər üçün elektron
kitablar daha cəlbedici hesab olunur.
İKT-nin sürətlə inkişaf etdiyi bir dövrdə
hər bir müəllim daha da keyfiyyətli, səmərəli
dərs təşkil etmək üçün texnologiyalardan
istifadəyə üstünlük verməlidir. Eyni zamanda
elektron dərslərin gerçəkləşməsi bir
çox layihələrin yaranmasına səbəb
olmuşdur. Buna misal olaraq qeyd edə bilərik ki,
hal-hazırda elektron kitabxanalar, elektron test sistemi, elektron təhsil
və s. elektron xidmətlər bugünkü təhsil
sistemimizin əsasını təşkil edir. Bu
dərslər vasitəsilə uşaqlarda informasiyanın əhatəsi
daha da genişlənir və əlçatmaz obyektlər
öyrənənlərin canlı müşahidəsinə
çevrilir. Elektron tədris vasitələrindən
istifadə zamanı sinfə gətirilə bilməyən,
yaxud tapılmayan əyani vəsaitləri asanlıqla izləmək
mümkündür. Mənfi cəhətlərindən
biri isə isə tez-tez hazır materiallardan istifadə edildikdə
yaradıcı təxəyyülün inkişafını ləngitməsidir.
Bu baxımdan dərs prosesinin təşkilində
mövzuya uyğun metod və üsulların seçilməsi,
dəyişdirilməsi, əyani vəsaitlərdən istifadə,
interaktiv rejimin yaradılması vacib şərtlərdəndir.
Elektron, yoxsa ənənəvi kitab? İnternetin
geniş imkanları artıq ənənəvi kitablara da təsir
göstərmişdir. Belə ki, müasir
dövrdə internetin zəngin informasiya ehtiyatları ilə
yanaşı, kağız kitabları əvəzləyən
elektron formatda kitabların, elektron kitabxana və
ensiklopediyaların meydana gəlməsi həyatın
bütün sahələrinə təsir etməkdədir.
Xüsusən də yeni nəslin adi kitablardan
daha çox elektron kitablara üstünlük verməsi
internetin müəyyən qədər kitabların yerinə
keçəcəyi ehtimalını artırır.Hazırda
planşet və digər mobil cihazlardan elektron kitab
oxuyanların sayı kitabxanalarda kitab axtaranlardan çoxdur.
Bəs elektron kitablar həqiqətən də ənənəvi
kitabları əvəz edə bilərmi? Və nə
üçün gənclər elektron kitablara daha çox
üstünlük verirlər? Əksəriyyət
belə hesab edir ki, məhsul olaraq elektron və kağız
kitabın fərqi yoxdur. Lakin elektron
kitablar daha rahat və münasibdir. Əlbəttə
zaman keçdikcə elektron cihazlarla kitab oxunması rahat
olduğundan bəziləri üçün kağız
kitabları əvəzləyəcəyi mümkündür.
Bəzi tədqiqatçılar isə hesab edir
ki, dünyada olduqca aktual olan elektron kitablar elektron qurğular
vasitəsilə daha da geniş yayılmaqdadır. Bütün bunlar ölkəmizdə də elektron
kitablara tələbatı artırdığından bu sahədə
müəyyən çatışmazlıqlar nəzərə
çarpır. Bu boşluğu aradan qaldırmaq
üçün ali məktəblərdə
professor-müəllim heyəti hazırladıqları dərslik
və dərs vəsaitlərini elektron formata keçirmək
üzərində düşünməlidirlər. Bəzi mütəxəssislər iddia edir ki, elektron
kitabların çoxalması, kağız nəşrlərin
sayının azalması isə ağacları kəsilməkdən
qoruyacaqdır.
Bundan başqa, elektron dərsliklərdə
axtarış funksiyaları mövcuddur ki, bu da xüsusi məlumatların
axtarılması prosesini sürətləndirir və
asanlaşdırır. Elektron dərsliklər asanlıqla
daşınan cihazlarda, o cümlədən, kompüterdə,
leptop, planşet və mobil telefonlarda istifadə oluna bilir.
Elektron kitabda fayl dedikdə oraya - şəkil, qrafik, diaqram, səs
də daxil edilə bilər. Elektron kitabları planşet
kompüter sinfinə daxil etmək olar. Planşet fərdi
kompüterin adi kompüterdən fərqi onun məhdud
funksiyaları avtonom iş zamanı geniş vaxta malik
olmasıdır. Müasir elektron kitablar adətən, sensorlu
ekran ilə təchiz edilirlər və geniş funksiyalar
toplusuna malik olurlar ki, bu da istifadəçinin tələbatlarını
daha çox ödəyir. Ali məktəblərdə
tələbələrin seminara hazırlıq, sərbəst
işlərin hazırlanması zamanı verdiyimiz
tapşırıqlar nəticəsində multimedialı təqdimatların
hazırlanması və nümayişi bacarıqlarının
formalaşdırılması onların orta məktəb təcrübələrində
pedaqoji prosesin interaktiv üsul və texnologiyalarla təşkilində
mühüm rol oynayır.
Artıq elektron təlim resurslarının (ETR)
didaktik imkanlarının analizi informasiya təlim mühitinin həyata
keçirilməsi probleminin həllinə istiqamətlənmişdir.Bu
sahədə rəqəmsal kitabxanaların, elektron
ensiklopediyaların da rolu böyükdür.
Son aylar yaşadığımız problemlər
bütün dünyada modern texnologiya və proqramlardan istifadənin
zərurətini dərk etdirməklə yanaşı, müxtəlif
sahə mütəxəssislərinin öz sahəsində
yeniliklər etmək məcburuyyəti yaratmışdır. Qədəm
qoyduğumuz yeni dünyada bizi hansı sürprizlərin
gözlədiyini bilməsək də perspektiv planların
hazırlanmasına başlamalıyıq. Bunun
üçün də yeni formatda yaşamağa
uyğunlaşmaq tələbinə şəxsi fəaliyyətlə
cavab verilməlidir.Bu səbəbdən Azərbaycan dövləti istifadəmizə
geniş imkanlar vermişdir. Naxçıvan MR və
Naxçıvan Dövlət Universiteti, bütövlükdə
Azərbaycan cəmiyyəti bütün dövrlərdə
müxtəlif sahələrdə ilklərə imza
atmışdır. Ümidvarıq ki, XXI əsrin təhsil
sisteminə də öz töhfələrimizi verəcəyik.
Zərövşən
BABAYEVA
Naxçıvan
Dövlət Universiteti Zoologiya kafedrasının dosenti,
pedaqogika üzrə elmlər doktoru
525-ci qəzet.- 13 aprel.- S.10.