"Ey
insan, bu fani işlərdən əl çək..."
GƏNCƏ
TEATRI TÜRKİYƏDƏKİ ONLAYN FESTİVALA
NİZAMİ "XƏMSƏ"SİNİN
QƏHRƏMANLARININ İBRƏTAMİZ HEKAYƏTLƏRİ
İLƏ QATILIB
Gəncə Dövlət Dram Teatrı
"Xəmsə" ədəbi-bədii
kompozisiyası ilə
Türkiyə Cümhuriyyətində
keçirilən "Onlayn
Tamaşalar Festivalın"da
iştirak etmişdir.
Ölkə başçısının Sərəncamı
ilə 2021-ci ilin
"Nizami Gəncəvi
ili" elan olunması və dahi Azərbaycan şairi mütəfəkkiri
Nizami Gəncəvinin
880 illiyi münasibəti
ilə Gəncə Dövlət Dram Teatrının
yaradıcı kollektivi
dahi şairin poemalarının motivləri
əsasında hazırladığı
"Xəmsə" ədəbi-bədii
kompozisiyası ilə
qardaş Türkiyə
Cümhuriyyətində 27 mart -25 aprel tarixlərində onlayn formatda keçirilən "Uluslararası
Kısa Performanslar Festivalı"na qatılıb.
"Xəmsə" ədəbi-bədii kompozisiyanın
bədii rəhbəri
Gəncə Dövlət
Dram Teatrının direktoru,
respublikanın "Əməkdar
Mədəniyyət işçisi
Əli Qasımov, rejissorları Elşad Əhmədov və Yusif Cəfərovdur. Kompozisiyada Nizami
Gəncəvi rolunda xalq artisti Alim
Məmmədov çıxış
edib. Digər rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Ramiz Vəliyev, Novruz Cəfərov, Sevda Orucova, Elxan Abbasov, Kəmalə Məmmədova, aktyorlar Mətləb Təhmazi,
Samir Abbasov, Vasif İsmayılov, Vüsalə
Səttarova və başqaları ifa ediblər.
Maraqlıdır ki, poetik tamaşanın səhnələri
Nizami Gəncəvinin
Məqbərə Kompleksinə
daxil olan, böyük heykəltəraşımız
Qorxmaz Sücəddinovun
(1932-2010) yaratdığı
"Xəmsə qəhrəmanları"
heykəltəraşlıq kompozisiyasının önündə
canlandırılıb.
Gəncə teatrının "Xəmsə"
ədəbi-bədii kompozisiyası
sözügedən Festivalın
Youtube və Facebook hesabları üzərindən
yayımlanır.
Zakir MURADOV
525-ci qəzet.- 2021.- 13 aprel.- S.12.