Sözün, sənətin eşqilə yaşanmış ömür

 

 

 

Ötən yüzildə Azərbaycan söz-sənət mühitində özünəməxsus yer tutan yazıçı, jurnalist,  pyeslər müəllifi Məmmədəli Hüseyn oğlu Tarverdiyev (20.11.1910 - 24.09.1985) Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ordubad rayon Dəstə kəndində anadan olmuşdu.

 

O, 1938-ci ildən Yazıçılar Birliyinin üzvü, 1977-ci ildən isə əmək veteranı idi. 1918-ci ildə ailəliklə Naxçıvan şəhərinə köçmüşdülər. Orta məktəbdə texnikumda təhsil alarkən ictimai işlərə meyl etmiş   fəallığı ilə seçilib. Naxçıvan Vilayət Komsomol Komitəsində pioner işi üzrə büronun katibi, təlimatçı, təbliğat-təşkilat şöbəsinin müdiri işləyib (1924-1927).

 

M.Tarverdiyev Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdi (1927). Yazıçı bir neçə il müəllim, "Şərq qapısı" qəzeti redaksiyasında məsul katib işləmiş sonra Bakı şəhərinə gedərək diş həkimliyi məktəbində təhsil almışdı (1934-1938). Bu dövrdə nasir "Gənc işçi" qəzeti redaksiyasında şöbə müdiri, sonradan isə redaktor müavini vəzifəsinə irəli çəkilir. Naxçıvan şəhər zəhmətkeş deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilir (1940), bir il sonra "Şərq qapısıqəzetinin redaktoru, Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri (1941-1947), Naxçıvan Tibb Texnikumunun direktoru, Naxçıvan şəhər səhiyyə şöbəsinin müdiri vəzifələrində işləyir. M.Tarverdiyev həmçinin ikillik ali-orta partiya məktəbində təhsil alır. Naxçıvan  rayon partiya komitəsinin birinci katibi olur (1949-1951). Sonrakı illərdə partiya sovet orqanlarında fəaliyyət göstərib həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində işləyib. Naxçıvan Nazirlər Sovetinin sədr köməkçisi vəzifəsində ikən təqaüdə çıxır (1972).  Naxçıvan Vilayət Komsomol Komitəsində Veteranlar Şurasının sədri olur.

 

M.Tarverdiyevin ilk mətbu əsəri 1928-ci ilin noyabrında "Şərq qapısıqəzetində çap olunan "Yenilik qızı" oçerkidir. O, 1929-cu ildən Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin Naxçıvan filialında fəaliyyət göstərmişdi. Azərbaycan Yazıçılar İttifaqı yarandıqdan sonra onun Naxçıvan filialının məsul katibi olmuşdu. "Bilik" Cəmiyyətinin şəhər təşkilatına da rəhbərlik edib. Nəsr əsərləri ilə yanaşı, pyeslər yazıb. Yazıçının "Kölgəli dağ" (1962. quruluşçu rejissor Tofiq Kazımov, rejissor İsa Musayev, rəssam İzzət Aslanov, bəstəkar Ruhəngiz Qasımova, rejissor assistenti Kazım Hüseynov), "Qəmküsar" (1974. rejissor Baxşı Qələndərli, rəssam Yuran Məmmədov, bəstəkar Məmməd Ələkbərov, rejissor assistenti Yusif Haqverdiyev) pyesləri Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdu.

 

Xidmətlərinə görə "Şərəf nişanı" ordeni (1946), müxtəlif medal fəxri  fərmanlarla təltif olunan M.Tarverdiyevin üç kitabı nəşr edilib: "Naxçıvanın mayakları" (Oçerklər. Bakı, Azərnəşr. 1963), "Mehriban insanlar" (Hekayə oçerklər. Bakı, Azərnəşr. 1973) "Kölgəli dağ" (Pyeslər. Bakı, Yazıçı. 1984).

 

Qeyd etdiyimiz kimi, M.Tarverdiyev uzun müddət Naxçıvanda müxtəlif vəzifələrdə işləmiş, mətbuatda müntəzəm olaraq oçerk məqalələr dərc etdirmiş, bədii yaradıcılıqla məşğul olmuşdu. O həmçinin "İstedadlı", "Hüseynoğlu" kimi gizli imzalarla da çıxış edib. Dövrün, zamanın tələblərinə, hakim ideologiyanın diktəsinə uyğun mətbu əsərlərində (oçerk məqalələr) bu günün oxucusunun marağını cəlb etməklə yanaşı o dövrün mətbuat tarixini, etnoqrafik xüsusiyyətlərini, mühitini öyrənməkdə tədqiqatçı mütəxəssislər üçün kifayət qədər maraq kəsb edən zəngin materiallar vardır.

 

 

 

Yazıçının bədii əsərləri - hekayə pyesləri bu gün öz bədii estetik əhəmiyyətini qoruyub saxlayır oxucuların marağına səbəb ola bilər. M.Tarverdiyev bədii yaradıcılığında diqqəti cəlb edən xüsusiyyətlərdən biri odur ki, nasir atalar sözləri məsəllərdən çox ustalıqla istifadə edir, bu yolla əsərlərinin bədii yükünü bədii tutumunu daha da artırır. Yazıçı "Çəlik şəkil" hekayəsində "Axtaran tapar", "Keçənə güzəşt deyərlər", "Elə bil təpəsindən bir qazan qaynar su tökdülər" başqa atalar sözü frazeoloji ifadələrdən məharətlə istifadə etmişdir. Hekayə Tünzalə Lalənin tanış olub, rəfiqə olmalarından başlayır. Onlar bir-birini evlərinə qonaq dəvət edirlər. Bu zaman müharibə başlayır. Lalə tibb bacısı olduğundan onu da səfərbərliyə çağırırlar. Lalə hospitalda təsadüfən Tünzalənin qardaşı Tərxana şəfqət göstərir, onlar tanış olurlar bir-birinə qarşı sevgiləri yaranır. Müharibə bitəndən sonra Lalə rəfiqəsi Tünzaləgilə qonaq gəlir, rəfiqəsinin anası Mərifət xanımı görür söhbətləşirlər. beləcə məlum olur ki, Tünzalənin şair atasını şərləyərək, haqsız yerə tutublar Tünzalənin on dörd yaşı olanda atası dustaqxanada həlak olub. Müharibədən qayıdan Tərxan atasının dərdinə dözə bilməyərək o da ölüb. Tünzaləgilin evlərində masanın qarşısında oturacaqda yerləşdirilmiş atasının çəliyi divardan asılmış Tərxanın şəkili onun atasından qardaşından onlara əziz bir xatirədir. Nasirin həyat dolu hadisələri ustalıqla qələmə alıb, bədii biçimdə oxucusuna çatdırması olduqca inandırıcıdır oxucunu haldan-hala salır. Hekayənin mövzu aktuallığı bu gün diqqəti cəlb edir. Nasir dövrün naqislik eybəcərliklərini tam aydınlığı ilə oxucunun təfəkküründə şəkilləndirir. Bəlkə , M.Tarverdiyev bu hekayəsi ilə otuzuncu illər repressiya sürgünlərinə qarşı daxili etirazını, yazıçı-vətəndaş mövqeyini göstərmək istəmişdir.

 

M.Tarverdiyev həmçinin "Zaman", "Kölgəli dağ" "Qəmküsar" adlı pyeslər yazmışdır.  Şair Müzəffər Nəsirli yazırdı: "Nasir müharibə dövründə sovet adamlarının qəhrəmanlığını, arxa cəbhə ilə ön cəbhə arasındakı sarsılmaz əlaqəni əks etdirən "Zaman"  pyesini yazmışdı ki, həmin pyes təfriqə şəklində "Şərq qapısı"  qəzetində çap olunmuş,  oxucular tərəfindən rəğbətlə qarşılanmışdır".

 

"Kölgəli dağ" pyesi dağ mədən fəhlələrinin həyatından, onların qayğılarından bəhs edir. "Qəmküsar" pyesi isə tanınmış mollanəsrəddinçi, satirik, nakam şair Əliqulu Qəmküsarın mübarizələrlə dolu, şərəfli həyatına həsr olunub. Müəllif bu pyeslərin ərsəyə gəlməsində böyük zəhmət sərf etmiş, materiallar toplamış, dağ mədən həyatı ilə, eləcə Qəmküsarın dövrü, həyatı, məslək dostları ilə bağlı araşdırmalar apararaq, sonda bitgin bədii sənətkarlıq nöqteyi-nəzərindən yüksək qiymətə layiq əsərlər yaratmışdı.

 

Dəyərli yaradıcılıq irsinə malik Məmmədəli Tarverdiyevin ötən il 110 illliyi tamam oldu. Uzun illər uğurlu fəaliyyət göstərmiş qələm adamının işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. Ümid edirik ki, gələcəkdə M.Tarverdiyevin ədəbi publisistik yaradıcılığı tədqiqaçılar tərəfindən yetərincə araşdırılacaq.

 

Əsəd QULİYEV

Sənətşünas, AMEA-nın dissertantı

 

525-ci qəzet.- 2021.- 13 aprel.- S.13.