"Nizami musiqi" mövzulu elmi konfrans keçirilib

 

 

 

Aprelin 14-də Azərbaycan Bəstəkarlar İttifaqında "Nizami musiqi" mövzusunda elmi konfrans olub. AZƏRTAC xəbər verir ki, konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.

 

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvi, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami poeziyasının təsiri ilə bir çox bəstəkarlar şairin poemaları qəzəlləri əsasında opera, balet, simfonik poema, oratoriya, romanslar bəstələmişlər.

 

Bəstəkarlar İttifaqının sədri bildirib ki, Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ili "Nizami Gəncəvi ili" elan etməsi bəstəkar musiqişünasları da çox sevindirib. Onlar bu əlamətdar yubileyə öz töhfələrini vermək üçün yeni əsərlər üzərində çalışırlar.

 

Nizami yaradıcılığında bəhrələnmiş bəstəkarlarla bağlı geniş siyahı tərtib etdiklərini söyləyən Xalq artisti bildirib ki, elə əsərlər vardır ki, hələ sələndirilməyib musiqişünas alimlər tərəfindən araşdırılmayıb. O, bu qəbildən olan əsərlərin sələndirilməsinin vacibliyini söyləyib.

 

Özünün Nizami yaradıcılığından bəhrələnərək yeni əsər üzərində işlədiyini bildirən Xalq artisti Firəngiz Əlizadə bu qəbildən olan əsərlərin siyahısının daha da genişlənəcəyinə inamını ifadə edib.

 

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın "Qara Qarayev yaradıcılığında Nizami mövzusu", Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının "Fikrət Əmirovun yaradıcılığında Nizami irsi", Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadənin "Üzeyir Hacıbəylinin "Sənsiz" "Sevgili canan" romans-qəzəllərində musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsi" digər sənətşünas alimlərin məruzələri dinlənilib.

 

Tədbirdə Əfrasiyab Bədəlbəylinin "Nizami" operasından Əzranın ariozosu, Rənanın balladası səsləndirilib.

 

 525- ci qəzet.- 2021.- 15 aprel.- S.9.