Mərakeşdə Azərbaycan haqqında kitabın təqdimatı olub
Azərbaycanın Mərakeşdəki səfirliyi və Azərbaycan-Mərakeş Dostluq
qrupunun təşkilatçılığı
ilə İslam Dünyası
Təhsil, Elm və Mədəniyyət təşkilatının
(ICESCO) mənzil qərargahında
"İşlah va Tənmiyə" qəzetinin redaktoru, yazıçı-jurnalist Əhməd
Mutçunun müəllifi
olduğu "Azərbaycan
- İslam Şərqində ilk demokratik respublika" kitabının təqdimat
mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Türkiyənin Mərakeşdəki
səfiri Əhməd
Aydın Doğan, Ukraynanın səfiri Oksana
Vasilyeva, İordaniyanın
səfiri Hazem əl-Təmimi, Qambiya, Mavritaniya, Tunis və digər ölkələrin
Rabatdaki səfirliklərinin
nümayəndələri, Azərbaycan-Mərakeş Dostluq
qrupunun üzvləri,
yerli ictimai-siyasi xadimlər və universitet professorları iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan Azərbaycan-Mərakeş Dostluq
cəmiyyətinin katibi
M.Faqiri Azərbaycanın
tarixinə və müasir dövrünə,
xarici siyasətinə
və iqtisadi nailiyyətlərinə, habelə
iki ölkə arasındakı əlaqələrə
həsr olunmuş kitabın ölkələrimiz
və dost xalqlarımız
arasındakı münasibətlərdə
mühüm hadisə
olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Kitabın müəllifi Əhməd
Mutçu çıxış
edərək, Azərbaycana
etdiyi səfərlərindən,
xüsusilə də
2020-ci ilin fevral ayında keçirilmiş
parlament seçkilərində
Mərakeşi təmsil
edən jurnalist kimi iştirakından sonra bu dost ölkə
haqqında kitab yazmaq və onunla bağlı həqiqətləri Mərakeş
ictimaiyyətinə çatdırmaq
qənaətinə gəldiyini
qeyd edib.
O, Azərbaycanda səfərdə
olarkən burada keçirdiyi görüşlərin
onda xoş təəssürat, səmimi
hisslər doğurduğunu
bildirib. Məhz bu çoxsaylı
görüşlərdən sonra bu ecazkar
ölkə, uzun illər ərzində apardığı rəşadətli
mübarizədən sonra
torpaqlarını azad
etmiş, onun şücaətli xalqı
və uzaqgörən,
müdrik Prezidenti haqqında fikirlərini mərakeşli oxucularla bölüşmək imkanından
məmnunluğunu ifadə
edib.
Müəllif Azərbaycanın keçmiş
və müasir tarixinə həsr olunmuş kitabında - ən qədim dövrlərdən başlayaraq,
İslam Şərqində ilk demokratik dövlət-1918-ci ildə
Azərbaycan Demokratik Respublikasının qurulması,
keçən əsrin
90-cı illərində müstəqilliyini
bərpa etməsi, bu müstəqilliyin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin, ölkənin müasirləşdirilməsində
və xarici siyasətində möhtəşəm
uğurların əldə
olunmasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətlərinin
əks olunduğunu vurğulayıb.
O, dost Azərbaycan haqqında Mərakeşdə yazılmış
ilk kitabın müəllifi
olaraq fəxr duyduğunu və kitabın bəzi nüsxələrinin Mərakeşin
Milli Kitabxanasına təqdim etdiyini qeyd edib.
Mərakeşli alim Ridvan Himdi hazırkı dövrdə Mərakeş
ictimaiyyətinə Azərbaycan,
onun dost xalqı və liderləri barədə bilgi çatdırmaq baxımından
kitabın müstəsna
rol oynayacağını
bildirib.
Sonra Azərbaycanın
Mərakeşdəki səfiri
Oktay Qurbanov çıxış edərək,
kitabın müəllifi
Ə.Mutçuya gərgin
əməyə görə
təşəkkürünü ifadə edərək, bunun Mərakeşlə Azərbaycan arasında dostluq münasibətlərinin
möhkəmləndirilməsində mühüm töhfə olduğunu bildirib. O qeyd edib ki, bu
kitab Azərbaycan Respublikasının təşəkkül
və dirçəliş
salnaməsidir və bu gün Mərakeş
cəmiyyətini dövlətçilik
tariximizin şanlı
səhifələri, tarixi
qələbələrin əldə
olunmasında siyasi liderlərinin misilsiz xidmətləri ilə tanış etmək imkanı verən belə bir kitabın
olması çox sevindiricidir.
Sonda səfir
"Azərbaycan - İslam Şərqinin ilk demokratik
respublikası" kitabının
təqdimatına həsr
olunmuş tədbirin
ICESCO mənzil qərargahında
keçirilməsinə yaratdığı
imkana görə təşkilatın rəhbərliyinə,
tədbir iştirakçılarına
və yerli ictimaiyyətin nümayəndələrinə
minnətdarlığını və kitabın müəllifi Ə.Mutçuya
bir daha təşəkkürünü ifadə etdi.
Tədbirin sonunda
yerli media nümayəndələrinə müsahibələr verildi.
525-ci qəzet.- 2021.- 14 aprel.- S.13.