Ədəbiyyat İnstitutunda Nüşabə Araslının 80 illik yubileyi keçirilib

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın müxbir üzvü, Nizamişünaslıq şöbəsinin müdiri Nüşabə Araslının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

525.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq yubliyarı təbrik edib. Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, “Nüşabə Araslının 80 illiyi Nizami Gəncəvinin yubiley ilinə təsadüf edib. Həmid Araslı ailəsinin görkəmli nümayəndəsinin yubileyinin bu ilə düşməsi təsadüf deyil, zərurətdir.

 

Nizaminin poetikasıəsərini yazmaq üçün daha çox Araslı olmaq lazım idi, yəni Araslı ailəsində yetişib, o mühitdə böyüməliydi. “Nizami türk ədəbiyyatımonoqrafiyasını işləmək üçün Türkiyədə olan Nizami Gəncəvi ilə bağlı əlyazma nümunələrini, orijinal əsərləri oxuyub, ümumiləşdirmələr aparıb. Bu monoqrafiya nəinki bir nəfərin, bir şöbənin ərsəyə gətirəcəyi əsərdir. Nüşabə xanım həmin əsəri çox mükəmməl yazıb.

 

Nizamişünaslıq şöbəsinin hər iki mərhələsində Nüşabə xanımın əhəmiyyətli rolu olmuşdur. Birinci mərhələdə böyük alimlərlə çalışmış, ikinci mərhələdə həmin şöbədə aparılan tədqiqatlara rəhbərlik edir, istiqamət verir. Nüşabə xanım azərbaycanşünas nizamişünasdır. Nizamişünaslıq şöbəsi Nizami Gəncəvinin həyat yaradıcılığını mənbələr əsasında yenidən hazırlayır, həmin kitab Nüşabə xanımın redaktorluğu ilə çap olunacaq.

Nüşabə Araslı AMEA Rəyasət Heyətinin, Humanitar İctimai Elmlər Bölməsinin, Ədəbiyyat İnstitutunun Fəxri Fərmanları ilə təltif olunub. Həmçinin ölkə Prezidenti tərəfindən təltif olunub”.

 

Sonra AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov çıxış edərək təbriklərə qoşulub. Akademik bildirib ki, “bu gün Araslılar soyadının bayramıdır. Bu soyad Azərbaycan ictimai-mədəni fikrində önəmli yer tutur. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yeni yarananda muzeyin ilk tamaşaçılarından biri Nüşabə xanım olub. Həmid Araslı uşaqlarını muzeyə aparırdı. Məni Həmid Araslı kimi bir insanla Nüşabə xanım tanış edib”. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək əlavə edib ki, “Nizaminin 880 illiyi ilə Nüşabə xanımın 80 illiyinin bir simvolikası var. Atası Həmid Araslı ad qoyanda Nizaminin ən parlaq obrazlarından birinin adını verməklə onun gələcək taleyini müəyyənləşdirib. O, indi postqələbə dövründəNizami Gəncəvi ili”ndə Nizamişünaslıq şöbəsinə rəhbərlik edir”. Ortaq başlanğıc intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov çıxış edərək qeyd edib ki, Nüşabə xanımın şərikli yazıları olmasa da, bizim birlikdə yazdığımız müştərək məqaləmiz çap olunub.

 

Tədbirin davamında Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra AllahverdiyevaMüdrikliyin zirvəsində - Araslı Nüşabə Həmid qızının elmi yaradıcılığı haqqındaadlı məruzə edib.

 

Bunlardan əlavə Nüşabə Araslının rəhbəri olduğu Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Təhminə Bədəlova Yelena Teyer, elmi işçi Hürnisə Bəşirova öz şöbə müdirləri haqqında yüksək fikir söyləyərək təbrik ediblər.

 

Həmçinin Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfov da yubliyar haqqında yüksək fikirlərini bölüşüb. Tədbirdə Ədəbiyyat İnstitutunun direktor müavinləri Əlizadə Əsgərli, Aygün Bağırlı, elmi katib Mehman Həsənli institutun digər əməkdaşları iştirak ediblər.

 

525-c- qəzet.- 2021.- 17 aprel.-S.12.