Azərbaycan və Qazaxıstan milli kitabxanalarının əməkdaşlığı
genişlənəcək
Aprelin
16-da Qazaxıstanın ölkəmizdəki səfiri Serjan
Abdıkarimov Azərbaycan Milli Kitabxanasında olub.
AZƏRTAC
xəbər verir ki, Milli Kitabxananın
direktoru, professor Kərim
Tahirov qonağa iki ölkə arasında olan dostluq əlaqələrinin
daha da möhkəmləndirilməsindən,
qarşılıqlı kitab
mübadiləsinin əhəmiyyətindən
danışıb. Azərbaycan Milli
Kitabxanası ilə Qazaxıstan Milli Kitabxanaları arasında həyata keçirilən
informasiya, təcrübə,
kitab mübadiləsinin
böyük əhəmiyyət
kəsb etdiyini söyləyib.
K.Tahirov Milli Kitabxana haqqında, onun fəaliyyəti barədə
qonağa ətraflı
məlumat verib, kitabxananın beynəlxalq
əlaqələrindən, kitabxanada həyata keçiriləcək yeni
layihələrdən və
tədbirlərdən danışıb. Bildirib ki, 2019-cu ildə Milli Kitabxanada açılışı olan
"Beynəlxalq əməkdaşlıq
zalı"nda 14 ölkənin
tarixi, mədəniyyəti
və incəsənətinə
dair kitablardan ibarət daimi guşədə qazax ədəbiyyatı xüsusi
yer tutur.
Milli Kitabxanada
olmasından məmnunluğunu
ifadə edən səfir Serjan Abdıkarimov Azərbaycanı
İkinci Qarabağ müharibəsindəki böyük
qələbə münasibətilə
təbrik edib. Bu tarixi qələbənin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində
əldə olunduğunu
xüsusilə vurğulayıb.
Gələcək əməkdaşlıq barədə fikirlərini
qeyd edən səfir bildirib ki, iki ölkə
arasında olan qarşılıqlı əməkdaşlığı
daha da inkişaf etdirmək, birgə layihələr və tədbirlər keçirmək
əsas məqsədlərdən
biridir: "Bu əməkdaşlıq,
həmçinin, kitabxanalarımız
arasında da davam etdirilməlidir".
Görüşdə Kərim Tahirov
qeyd edib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi
ilə "Milli mənəvi dəyərlərimizin
Vətənə qayıdışı"
layihəsi çərçivəsində
dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəviyə məxsus qiymətli əlyazmaların rəqəmsal
surətlərinin Milli
Kitabxanaya gətirilməsi
layihəsini "Nizami
Gəncəvi ili"
çərçivəsində də davam etdirir.
Bu məqsədlə direktor Kərim Tahirov Qazaxıstanın Əlyazmalar İnstitutunda
saxlanılan Nizami Gəncəviyə aid əlyazmaların rəqəmsal
surətlərinin Milli
Kitabxanaya verilməsində
səfirin köməyini
xahiş etdi. Səfir bu məsələ
ilə bağlı müvafiq müəssisə
ilə əlaqə saxlayacağını və
öz dəstəyini
göstərəcəyini bildirib.
525-ci qəzet.- 17 aprel.- S.12.