Modernlə postmodern arasında "Sərgərdan" -

 

 

Yusuf Atılqanın  "Sərgərdan" ("Aylak Adam") romanı modern türk ədəbiyyatında önəmli bir mövqeyə malikdir. 1959-cu ildə "Varlıq" nəşriyyatında dərc olunan türk ədəbiyyatında moderndən postmodernə keçidin ən maraqlı nümunələrindən biri olan bu əsər müəllifinə böyük şöhrət gətirib.

 

Qeyd etmək lazımdır ki, bu gün türk ədəbiyyatında Yusuf Atılqanın "Yunus Nadi kitab mükafatı"nın laureatlarından olan bu romanının modernizmə, yoxsa postmodernizmə aid olması ilə bağlı müzakirələr davam etməkdədir. Bir sıra tədqiqatçıların, o cümlədən, Nesrin T.Karacanın fikrincə, "Sərgərdan" romanı türk ədəbiyyatında moderndən postmodernə keçidi əks etdirən hibrid romandır: "Türk edebiyatında Oğuz Atay, Ferit Edgü, Yusuf Atılgan postmodernist romanın habercileri kabul edilirler. Örnekleri çoğalmaya başlayan postmodern roman denemeleri toplumun alışdığı sanat anlayışı çerçevesinde yadırganır ve fazla ilgi görmez".

 

Qış, Yaz, Yay Payız adlı dörd fəsildən ibarət olan romanda  28 yaşındakı bir gəncin həyatının bir ilindən bəhs edilir. Ziyalı, son dərəcə həssas olan qəhrəmanın dünyasını, məramını açmaq üçün Yusuf Atılqan həm klassik türk romanına xas texnikadan, həm qərb roman estetikasından gələn priyomlardan istifadə etmişdir. Berna Moran yazır: "Aylak Adam'da daha klasik bir yöntem kullanmıştı Atılgan. Bu ilk romanında C.nin bilincini sergilemek için çözümleme, aktarılan konuşma, alıntılanan konuşma gibi yöntemlerden yararlanılır bol bol. Okur da C.nin sorununu, düşüncelerini, yaşam felsefesini ve duygularını kah C.nin konuşmalarından, kah anlatıcıdan, kah C.nin başkalarına söylediklerinden öğrenir. Yazarın, ilk romanında C.'nin psikolojisi üzerinde durmasının nedeni, başkalarına benzemeyen bir roman kişisini, onun dünyasına inerek derinlemesine işlemek ve böylece bir karakter yaratmaktır". Romanın baş qəhrəmanının adı yoxdur, yazıçı onu oxucuya sadəcə C. kimi tanıdır. Buradan da dərhal assosiativ olaraq modernizmin əsas simalarından biri olan F.Kafkanın "Qəsr" romanının qəhrəmanı K. yada düşür. K. kimi C. da yaşadığı cəmiyyətin labirintlərində dolanır. Lakin Kafkanın qəhrəmanının bir sənəti var idi, C. isə sadəcə sərgərdandır, atasından miras qalan var-dövlət sayəsində rahat yaşayır.  Maddi cəhətdən təmin olunsa da, C. daim daxilində bir boşluq hiss edir,  daim isə axtarır. O, içində yaşadığı cəmiyyətə uyğunlaşa bilmir. Onun avara, sərgərdan gəzməsi əslində, cəmiyyətə qarşı bir etirazdır. Ayşənin gündəliyində qeyd etdiyi sözlər C.nin dünyasını məramını  dəqiqliklə ifadə edir: "Daim savaşmaqla məşğul idi - özü ilə". C. hamı kimi olmaq, hamı kimi yaşamaq istəmir. O, insanların cəmiyyət içində taxdıqları maskaya, persona arxetipinə etiraz edir: "Qəliblərinizdən qurtulmağa gücünüz çatmır, özünüzü onlara uyğunlaşdırmadan rahat ola bilmirsiniz". İnsanın cəmiyyət içində taxdığı maska - persona arxetipi onun daxilini ətrafdakı insanlardan gizləyir, individuallıq itir. Persona arxetipinin sayəsində insanların toplum halında, cəmiyyətin qəliblərinə uyğun yaşaması təmin olunur. İnsan uşaqlığın ilk dönəmində hələ persona arxetipinə uyğun davranmır, o, təbiidir, azaddır. Bir qədər sonra, insanın özünü ətrafını anlamağa başladığı ən kiçik yaşlarından etibarən isə  persona arxetipi onun ömür yoldaşına çevrilir. Cəmiyyət insanı minillər öncədən gələn, artıq arxetipə çevrilmiş davranış yaşam biçiminə, öz qəliblərinə uyğunlaşdırır. Prof. Qorxmaz Quliyevin söylədiyi kimi, "çox tezliklə toplum aramsız şəkildə müxtəlif kanallar vasitəsilə ona təsir edir, tədricən onu sosiallaşdırır. Persona maskası taxmış fərd qeyri-sosial, hətta antisosial problemləri həll etməyə cəhd edəndə belə onlara sosial don geydirməyə cəhd edir".

 

Öylesine Biri: Aylak Adam * Yusuf Atılgan

 

Gah rəsm çəkən, gah hekayə yazan C. heç bir məşğuliyyətini sona çatdıra bilmir. C. çəkdiyi rəsmlərlə, yazdığı hekayələrlə özünü cəmiyyətə tanıtmaq, öz dünyasından söz açmaq istəyir. Lakin  qərara gəlir ki, yazdıqları, çəkdikləri onu tam ifadə edə bilmir. Hər kəs bu əsərlərdə görmək istədiyini görəcək, hər fərd öz pəncərəsindən baxacaq, öz qəlibindən çıxış edəcək. C. persona maskasından qurtulsa da, persona arxetipinin əsiri olan cəmiyyət onu anlamaq iqtidarında deyil. K.Q.Yunqun fikrincə, "biz personanı analiz edərkən maskanı götürürük individual görünənlərin əslində, kollektiv olduğunu, başqa sözlə, personanın kollektiv şüurun maskası olduğunu anlayırıq".

 

C.nin əslində, qaçdığı əsas məqam atasına bənzəmək ehtimalıdır. Cəmiyyətə, standartlara etiraz atasına etirazdan başlayır. Uşaqlığında yaşadığı travmalar onun bu gününü formalaşdırır. Anasını erkən itirən, sərt, soyuq şorgöz atasının mənəvi fiziki zorakılığına məruz qalan  C. Zəhra xalasını özünün sevgi limanı, onu anlayan yeganə insan kimi qəbul edir. Lakin yalnız ona məxsus olduğunu düşündüyü, müqəddəsləşdirdiyi xalasının da atasının qadınlarından biri olduğunu anlayan C.nın atasına nifrəti insanlara nifrət həddinə çatır onu həmişəlik cəmiyyətə yadlaşdırır. C. daim onu anlayacaq bir qadın, bir sevgi axtarışındadır. Lakin rəssam Ayşə, tələbə Gülər onun dünyasının daimi sakini ola bilirlər. Gülər gözəldir, ağıllıdır, təmizdir. Lakin o, cəmiyyətin qəliblərinə tabedir, "3 otaqlı ev, ər iki uşaq" onun ən ali xoşbəxtlik formuludur. C. isə daimiliyə, standartlara, qanunlara qarşıdır. Gülərlə münasibət onu məgənəyə salır, C. persona  arxetipinin altında əzilməkdən qorxur: "Öyrəşməkdən qorxurdu. Belə getsəydi, bu masa sevgilərinin müqəddəs məkanı olacaqdı. Bir məkanlarının olması yaxşı deyildi. İnsan sonradan özünün yox, həmin məkanın istəklərinə uyğun yaşamağa başlayır". Ayşə Gülərdən fərqli olaraq daha azad qadın təsiri bağışlayır, C. ilə onun xəyalındakı qadın kimi  davranır. Lakin zaman keçdikcə o da persona arxetipinə boyun əyir, C.-dən ayrılıb rəssam Kamal ilə ailə qurur. Digər qütbdə isə C.nin bənzəri olan B. var. O da C. kimi persona arxetipinin tələblərinə tabe olmadan yaşamaq istəyir. Lakin əsər boyu dəfələrlə C. B. qarşılaşsalar da, C. məhz onun axtradığı həmin qadın olduğunu anlamır. Çünki onun beynində Zəhra xalasının obrazı var idi, hər qadında məhz onu axtarırdı: "Deməli, qədər gəzib-dolansa da, həmişə Zəhra xalasına varacaqdı". Əsərin sonunda C. sövq-təbii bir hisslə B.-ni tanıyır ona yaxınlaşmağa çalışır. Lakin bu dəfə C. kimi bir insan axtarışında olan B. onu görmür, avtobusa minərək uzaqlaşır. Qəzaya səbəb olan sürücünü döyən C. isə heç kimə heç anlatmaq istəmir. Çünki, "Danışmağın xeyri yox idi. Bundan sonra heç kimə onun haqqında danışmayacaqdı. Bilirdi. Başa düşməyəcəkdilər". Beləliklə, romanın qəhrəmanı C. daim persona arxetipi ilə mübarizə aparır, öz individuallığını cəmiyyətin qəliblərinə qarşı qoyur nəticədə  cəmiyyət tərəfindən anlaşılmazlığa, tənhalığa məhkum olunur. 

 

Modern postmodern priyomlardan istifadə ilə qələmə alınan "Sərgərdan" romanı ümumtürk toplumunda insan cəmiyyət, keçmiş bu gün, klassik modern kimi dixotomiyaların öyrənilməsi baxımından  böyük önəm daşıyır.

 

Elnarə Qaragözova

 

525-ci qəzet.- 2021.- 17 aprel.- S.19.