Şuşa qalasındakı məşhur qəbirüstü abidələr

 

 

Abidələr təkcə tarixi əhəmiyyəti olan hadisəyə ucaldılan heykəl, qoyulan nişangah qədim dövrlərə aid mədəniyyət əsəri deyil. Görkəmli şəxsiyyət tanınmış adamların məzarı üstündə onların şərəfinə yaradılan heykəltəraşlıq memarlıq əsərləri bu qəbildəndir. Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa qalasında da tarixdə iz qoyan görkəmli sənət adamlarının xatirəsini əbədiləşdirən qəbirüstü abidələr vardı...

 

Qarabağ tarixi, eləcə qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyev AZƏRTAC-a müsahibədə deyib: "Cıdır düzündə ana babası Mir Fəseh ağanın adı ilə adlandırılan qəbiristanlıqda Molla Pənah Vaqifin məqbərəsinin yaxınlığında Mir Möhsün Nəvvab Qarabağının qəbirüstü abidəsi vardı. Mir Möhsün Nəvvabın oğlu Mir İbrahim Ağamirzadə qəbir daşı üzərində maddeyi-tarix yazmışdı: "Böyük Nəvvaba, heyiflər olsun! Öz dövrünün arif, kamil şəxsiyyəti olmuşdur. Seyidin nəsli, peyğəmbərin pak övladı bir çox kitablar yazmışdır ki, cahanda yadigar qalsın. Allah ona rəhmət eləsin hər vaxt gecə-gündüz. Nəvvab 1919-cu il rəbiül-əvvəl ayının 29-da vəfat etmişdir".

 

1960-cı ildə UNESKO-nun xətti ilə Mir Möhsüm Nəvvab Qarabağının qəbri üzərində qırmızı mərmərdən abidə-barelyef qoyulmuşdu. Onun müəllifləri heykəltəraş Tokay Məmmədov memar Rasim Əbdürrəhmanov idi".

 

Müsahibimiz mövzunu davam etdirərək bildirib: "1980-ci ildə şairin anadan olmasının 150 illiyi münasibətilə 1980-ci ildə İmarət adlanan memarlıq kompleksində Natəvanın qəbirüstü abidəsi qoyulub. Müəllifi heykəltəraş Elcan Şamilov idi. O, mövzunu xüsusi qayğı səmimiyyətlə işləmiş, Natəvanı təkcə bədii söz ustası kimi yox, həm bir ana, zərif qadın kimi təsvir etmişdi. Kompozisiyada əsas iki xətt - kədər nikbinlik öz əksini dolğun şəkildə tapmışdı. Şairin üzündə məruz qaldığı bütün ağrı çətinliklərlə yanaşı, xeyirxahlığın da izləri görünür. O, təkcə əzab çəkən bir qadın deyil, həm mənəviyyatca gözəl insan, mübariz qəhrəmandır. Heykəltəraş Natəvana xas olan həyatı detalları kompozisiyada böyük bir ilhamla canlandırmışdı. Əsərdə üz cizgiləri, paltar bükümləri sənətkarlıqla öz həllini tapmışdı. Şairin baxışları həyatdan vaxtsız köçmüş yanında uyuyan oğlu Mirabbasın məzarına dikilib. Müəllif əsərdə şairin duyğu hisslərinə ictimai məna verməyə çalışıb. Natəvanın çöhrəsi, saçları, geyimi elə ahənglə əks olunmuşdu ki, tamaşaçı, sadəcə olaraq, əsərə baxmır, elə bil axıb gələn kədərli bir melodiyanı dinləyir. Bu gözəl sənət əsəri Natəvanın həyatının bir növ rəmzi ifadəsinə çevrilib.

 

Tamaşaçı xalqının oduna yanan bu həssas insanın mətin iradəsinə inanır. Surətin psixoloji dərinliyi, təsvir elementləri Natəvanı tamaşaçıya bir ana kimi təqdim edir. Bu mənada abidə Natəvanın simasında XIX əsr Azərbaycan qadınlarının yeni ifadəsidir".

 

Tədqiqatçı-jurnalist Şuşada ucaldılan digər qəbirüstü abidəni xatırladıb: "Anadan olmasının 200 illiyi ilə əlaqədar 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında ucaldılan Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə - Cavanşir nəslinə məxsus olan sahədədir. Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunan XIX əsrin görkəmli şəxslərinin məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək ağaclar əkilmiş, çəmənzar salınmışdı".

 

525-ci qəzet.- 2021.- 16 aprel.- S.31.