Şəhidlərimizə sonsuz ehtiramla...
Muzey mərkəzində
rəsm sərgisi təşkil
edilib
Azərbaycanın ərazi bütövlüyü
uğrunda canından keçən qəhrəman
oğullarımızın əziz
xatirəsinə həsr
edilmiş sərginin açılışı olub.
AZƏRTAC
xəbər verir ki, Milli Məclisin
deputatı Könül
Nurullayevanın təşəbbüsü
və Mədəniyyət
Nazirliyinin təşkilati
dəstəyi ilə gerçəkləşən sərginin
təşkilində əsas
məqsəd Vətən
uğrunda şəhid
olmuş qəhrəman
oğullarımızın əziz
xatirələrini yaşatmaq,
şəhid ailələrinin
qarşısında mənəvi
vətəndaşlıq borcunu
yerinə yetirməkdir.
Muzey Mərkəzində təşkil
olunan rəsm sərgisində Bakı şəhəri Nizami rayonundan şəhid 31 qəhrəmanımızla yanaşı,
Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz
döyüşləri və
Vətən müharibəsi
zamanı şəhidlik
zirvəsinə ucalmış
20-dən çox şəhidimizin,
o cümlədən, Milli
qəhrəmanlar general-mayor Polad Həşimov və polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə ithaf olunmuş rəsm əsərləri də yer alıb. Sərgidə, ümumilikdə, 59 rəsm əsəri nümayiş etdirilir.
Əsərlərin müəllifləri Azərbaycan Rəssamlar İttifaqının üzvü,
çox sayda fəxri fərman və diplomlarla təltif olunmuş, Birinci Qarabağ müharibəsinin veteranı
Şəmsəddin Əliyev
və gənc rəssam, bir çox beynəlxalq mükafatların sahibi Elşən Abbasovdur.
Sərginin açılış mərasimində şəhid
ailələri, Xalq rəssamı Ağaəli
İbrahimov, Qarabağ
Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin sədri Mehdi Mehdiyev, həmçinin "ASAN Radio"nun
rəhbəri Emin Musəvi və Milli Məclisin deputatı Könül Nurullayeva iştirak ediblər. Karantin qaydaları çərçivəsində
baş tutan mərasimdə çıxış
edənlər, ilk növbədə,
bu cür vətənpərvər övladlar
yetişdirdiklərinə görə
onların valideynlərinə
minnətdarlıqlarını bildiriblər. Eyni zamanda,
sərginin mənəvi
əhəmiyyətini vurğulayıblar.
Millət vəkili K.Nurullayeva deyib ki, bu
sərgi Nizami rayonundan olan şəhidlərin simasında
xalqımızı şanlı
Zəfərə aparan
keşməkeşli və
qürurlu Qələbə
uğrunda canını
fəda etmiş bütün Vətən oğullarımızın əziz
xatirəsinə ithaf edilib.
Muzey Mərkəzində
təşkil olunan sərgi şənbə və bazar günləri
istisna olmaqla, 14-20 aprel tarixlərində açıq olacaq və giriş ödənişsizdir. Sərginin
sonunda bütün rəsm əsərləri
xatirə olaraq şəhid ailələrinə
təqdim ediləcək.
525-ci qəzet.- 2021.- 16 aprel.- S.31.