Nizami Gəncəvi fenomeni Malayziya mətbuatında

 

 

 

Malayziyanın nüfuzlu nəşrlərindən biri olan "Utusan Malaysia" qəzeti dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş məqalə dərc edib.

 

AZƏRTAC xəbər verir ki, "Nizaminin əsərləri bu gün qibtə hissi oyadır" sərlövhəli məqalə qəzetin bugünkü buraxılışında nəşr olunub.

 

Məqalədə bu il dahi şairin anadan olmasının 880 illiyinin tamam olduğu, Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən bu ilin "Nizami Gəncəvi İli" elan edildiyi bildirilir. Nizami Gəncəvinin Şərq intibahının qabaqcıl təmsilçisi olduğu vurğulanaraq, dahi sənətkarın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində dünyaya göz açdığı, onun poetik-fəlsəfi fikrinin nümunəvi keyfiyyət qazandığı nəzərə çatdırılır.

 

Həmçinin dahi şairin dünya mədəni irsinə 5 poemadan ibarət bəxş etdiyi "Xəmsə"dən bəhs edilərək, bu əsərlər toplusunun Nizami ədəbi məktəbinin bünövrəsini təşkil etdiyi öz təsirini bu günə qədər qoruduğu bildirilir. Bu poemalardan, xüsusilə "Leyli Məcnun"un malayziyalı ədəbiyyatsevərlərə kifayət qədər tanış olduğu, sonrakı tarixlərdə bu poemanın təsiri ilə müxtəlif müəlliflər tərəfindən yeni əsərlərin qələmə alındığı, fransız kinematoqraflar tərəfindən istehsal edilmiş eyniadlı bədii filmin isə 1933-cü ildə Malayziyada nümayiş etdirildiyi qeyd edilir.

 

Məqalədə Nizami dühasının özünəməxsusluğu barədə bildirilir ki, böyük istedada dərin biliyə malik olmasına baxmayaraq, dahi şair daim axtarışda olmuş, onun poeziya irsi yalnız romantizmlə kifayətlənməmiş, mürəkkəb insan mənəviyyatının öyrənilməsini əhatə etmişdir.

 

Qeyd olunur ki, Nizami Gəncəvinin əksər dünya dillərinə tərcümə olunmuş əsərləri, eləcə bu əsərlərin orijinal nüsxələri bu gün Bakı ilə yanaşı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Yeni Dehli, London, Paris kimi nüfuzlu şəhərlərin kitabxanalarında muzeylərində qorunur.

 

Məqalədə, həmçinin 2012-ci ildə təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə onun fəaliyyətlərinə yer verilərək, bu nüfuzlu təşkilatda beynəlxalq səviyyədə tanınmış bir sıra şəxslərin təmsil olunduğu, mərkəzin əsas missiya kimi təhsilin, tolerantlığın dialoqun təşviq edilməsinə yönəlmiş layihələr həyata keçirdiyi qeyd edilir.

 

Məqalə ilə bağlı məmnunluğunu ifadə edən, eləcə "Utusan Malaysia" qəzetinə onun kollektivinə təşəkkürünü bildirən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev dövlətlər xalqlararası münasibətlərin inkişaf etdirilməsində ədəbi-mədəni təcrübə mübadiləsinin xüsusi yer tutduğunu vurğulayıb. Səfir Q.Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin dahi şairlə bağlı fikirlərindən sitat gətirərək, Nizami Gəncəvinin zəngin yaradıcılığının bəşər mədəniyyətinin böyük nailiyyəti kimi müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb, ölməz sənətkarın ədəbi irsinin malayziyalı geniş oxucu kütləsi tərəfindən yad edilməsinin vacibliyini qeyd edib. Səfir bildirib ki, məqalənin dərc olunduğu qəzet nüsxələrinin "Utusan Malaysia" redaksiyası tərəfindən Kuala Lumpur Universiteti, Malayziya Beynəlxalq İslam Universiteti, Malayziya Beynəlxalq Müdafiə Universiteti, Beynəlxalq İslam Kolleci kimi aparıcı təhsil müəssisələrinin kitabxanalarına göndərilməsi təşəbbüsü xüsusilə təqdirəlayiqdir

 

525-ci qəzet.- 2021.- 21 aprel.-S.13.