Təhsildə Metodik Kabinetin fəaliyyəti: yeni tələblər və meyarlar
Tarixən,
hər bir millətin mədəni tərəqqisi məktəb
və təhsilverənlərlə bağlı olaraq cəmiyyətin,
elmin, texnikanın inkişafında misilsiz rol oynayıb.
Bu, hazırda
da prioritet sahə kimi daimi dövlətimizin diqqət mərkəzindədir.
Çünki elm, təhsil, bilik xalqın yüksəliş
və tərəqqisində
mühüm yer tutur. Bunu Ulu
öndərimiz Heydər
Əliyevin "Təhsil
millətin gələcəyidir",
"Hər bir xalqın səviyyəsini
onun bilik səviyyəsi müəyyən
edir" müdrik kəlamları da sübut edir. Məhz elə bunun nəticəsidir ki, son illərdə
təhsil müəssisələrinə
böyük diqqət
və qayğı göstərilir. Respublikamızın paytaxt və
bölgələrində yeni
müasir standartlara cavab verən saysız-hesabsız tikilmiş,
əsaslı təmir
edilərək yenidən
qurulmuş məktəb
binaları və hər cür cihaz və avadanlıqlarla
təchiz edilmiş labaratoriyalar, zəngin kitabxanalar buna əyani sübutdur. Bütün bunlar heç şübhəsiz, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısının,
yorulmaz fəaliyyətlərinin
bariz təcəssümüdür.
Məktəblərimizdə təhsilin hərtərəfli
inkişafı üçün
lazımi şərait
yaradılıb. İndi
əsas və başlıca vəzifə
bu şəraitdən
maksimum dərəcədə
yararlanaraq təlim-tərbiyə
prosesində daha böyük nailiyyətlər
qazanmaqdır. Çoxillik
pedaqoji təcrübə
və illərlə aparılan müşahidələr birmənalı
şəkildə sübut
edir ki, təhsildə daha yüksək müvəffəqiyyətlər
qazanmaq üçün
təlim-tərbiyə prosesinə
kompleks yanaşılmalıdır.
Ona görə bu kompleks yanaşmanın
içərisində ilk
öncə Təhsil Şöbəsində fəaliyyət
göstərən metodik
kabinet önəmli, xüsusi yer tutur. Bu, heç
də təsadüfi xarakter daşımır. Buna görə metodik kabinet rəhbəri son dərəcə müasir
elmi-nəzəri, pedaqoji,
metodiki, psixoloji cəhətdən zəngin,
mükəmməl biliyə
yiyələnməklə böyük
təcrübəyə malik
olmalıdır. Eyni zamanda, bu tələb
və meyarlar Təhsil Şöbəsində
fəaliyyət göstərən
bütün metodistlərə
də şamildir. Hər bir sahədə
olduğu kimi, metodik kabinetin də istər bugünkü, istərsə
də gələcəkdə
daha səmərəli
fəaliyyət göstərməsi
bilavasitə ona rəhbərlik edən şəxsdən çox
asılıdır. Bu
baxımdan o, Təhsil
Şöbəsində əsas,
aparıcı və başlıca şəxslərdən
biri hesab edilir. Hər şeydən əvvəl onda düzgün idarəetmə qabiliyyəti
yüksək səviyyədə
olmalıdır. Axı,
heç vaxt unutmaq olmaz ki,
o, müəllimlər müəllimidir...
Metodik kabinetin
hər zaman səmərəli, yüksək
səviyyədə fəaliyyət
göstərməsində ona
rəhbərlik edən
şəxsin iş planı və bu planda əks
olunan işlərin yerli şərait nəzərə alınmaqla
vaxtlı-vaxtında icra
olunması mühüm
əhəmiyyət kəsb
edir. Ona görə metodik kabinet rəhbərinin fəaliyyət planında
hər il görüləcək işlər
müasir tələblər
baxımından öz
əksini tapmalıdır.
Bu da bir
məlum həqiqətdir
ki, rayon metodik kabinetin fəaliyyətinin daha yüksək səviyyədə
təşkil edilməsində
məktəbdaxili və
məktəblərarası metodiki formaların da böyük əhəmiyyəti vardır.
Lakin çox təəssüf ki, bu metodiki formalar
bəzən unudulur. Onlar əksər məktəblərdə formal
xarakter daşıyır.
Hansı ki, onlar (metodiki formalar) təhsilverənlərin
tədqiqatçılıq, yaradıcılıq qabiliyyətlərinin
inkişafına böyük
təsir göstərir.
Buna görə metodkabinetin yerlərdə
fəaliyyət göstərən
metodiki formaların fəaliyyətini yüksəltmək
üçün yaxşı
olar ki, onların (metodiki formaların) özlərinin
"Metodika" adlı
divar qəzeti fəaliyyət göstərsin.
Bu formalarda dinlənilib bəyənilmiş
metodiki mətnlər seçmə yolla həmin qəzetdə öz əksini tapsın. Bu da istər-istəməz təhsilverənlərdə müəyyən
marağın yaranmasına
səbəb olacaq. Göründüyü kimi,
bu metodik formalar başda rayon metodkabineti olmaqla bu və
ya digər dərəcədə bir-biri
ilə sıx bağlıdır. Həmin metodik
formaların vaxtlı-vaxtında
tələb olunan səviyyədə təşkili,
keçirilməsi həm
məktələrdə metodiki
xidmətlərin təkmilləşməsinə,
həm də rayon metodik kabinetin
fəaliyyətinin get-gedə
yüksəlməsinə səbəb
olar. Doğrudur,
hazırda mövcud vəziyyət bütün
dünyada əsrin bəlasına çevrilmiş
koronavirus pandemiyasına
görə hər bir yerdə, təşkilatlarda olduğu
kimi, Təhsil Şöbəsində və
tədris ocaqlarında
toplantı keçirmək
mümkün deyil. Lakin yaxşı olar ki, belə
və digər mühüm tədbirlər
topantı vasitəsilə
deyil, onlayn yolu ilə ayda
bir dəfə keçirilsin. Bu dinləmələrə əsas
metodbirləşmə rəhbərlərinin,
eləcə də məktəblərdə ayrı-ayrı
fənlər üzrə
yaradılmış metodbirləşmə
üzvlərinin və
təlim-tərbiyə işləri
üzrə direktor müavinlərinin qatılması
vacibdir. Həmin dinləmələrin mövzuları təxminən
aşağıdakı kimi
olsa, zənnimcə, daha faydalı alınar: 1.Təhsilalanların çətin mənimsədikləri,
qavradıqları mövzuların
tədrisi; 2.Məktəblərdə açıq dərslərinin
dinlənilməsi; 3.Məktəblərdə
qabaqcıl təcrübənin
öyrənilməsi və
rayon daxilində yayılması; 4.Ulu öndərimiz
Heydər Əliyevin irsinin öyrənilməsi
və yeri gəldikcə ondan dərs prosesində, dərnək məşğələlərində istifadə edilməsi; 5.Möhtərəm Prezidentimiz İlham Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi və
yeri gəldikcə ondan dərs prosesində, dərnək
məşğələlərində istifadə olunması...
Məktəblərdə metodistlərin apardıqları
məqsədyönlü işlər
də metodik kabinetin fəaliyyət dairəsinin genişlənməsində
və onun gələcək fəaliyyətinin
tərəqqisində yeni-yeni
mütərəqqi ideyaların
formalaşmasında az
əhəmiyyət daşımır.
Ona görə onlara nəzarət, tələbkarlıq, diqqət,
qayğı daha güclü olmalıdır.
Bu, olduqca çox faydalı və əsas şərtlərdən biridir.
Bir şərtlə ki, gərək burada maksimum reallıq tam təmin edilə. Bunun üçün yaxşı
olar ki, rayon metodkabinə rəhbəri hələlik
pandemiya dövründə
iki aydan bir onlayn yolu
ilə metodistlərin,
məktəb metodbirləşmə
rəhbərlərinin və
bu birləşmələrə
rəhbərlik edən
şəxslərin
(təlim-tərbiyə işləri
üzrə direktor müavinlərinin) hesabatlarını
dinləsin. Onların
hesabatlarında görünən
zəif və yaxşı cəhətləri
aşkar etsin və qarşıya qoyulmuş vəzifələrin
həlli istiqamətində
öz faydalı tapşırıqlarını versin.
Beləliklə, metodik kabinetin yüksək səviyyədə
fəaliyyət göstərməsi
üçün yuxarıda
qeyd edilənlərlə
bərabər, bu cəhətlər də nəzərə alınmalıdır:
Metodistləri, həmçinin,
təhsilverənləri aidiyyəti
üzrə qəzet və jurnallara (jurnallara əlavə edilən metodiki məcmuələr də daxil olmaqla) abunə yazdırmaq, onların internet şəbəkəsindən istidafə
edilməsini daim diqqət mərkəzində
saxlamaq; Metodkabinetdə ayrı-ayrı fənlər
üzrə müasir tələblərə cavab
verən zəngin əyani və təlimin digər texniki vasitələrindən
ibarət mərkəzin
yaradılması və
bu mərkəzə rəhbərlik etməyi qabaqcıl metodistlərdən
birinə həvalə
edilməsi; Metodik
kabinetdə informasiya,
monitorinq mərkəzinin
fəaliyyət göstərməsi
və bu mərkəzə rəhbərlik
etməyin qabaqcıl metodistlərdən birinə
həvalə edilməsi
və sair.
Bütün bunlar metodik kabinetin fəaliyyətində
əhəmiyyətli rol
oynaya bilər. Belə ki, yuxarıda
qeyd etdiklərimiz nəinki məktəblərdə
metodiki xidmətlərin
təkmilləşdirilməsində, hətta təhsilverən və məktəb rəhbərlərinin fəaliyyətində
də həlledici rola malikdir. Görkəmli təhsilşünas alimlərin - Ə.Ağayevin,
A.Həsənovun müştərək
yazdıqları "Pedaqogika"
kitabında göstərdikləri
kimi, "...problem məsələlərin müzakirə
etmək, müəllimləri
elm, metodika, pedaqogika və psixologiyanın yeni nailiyyətləri ilə tanış etmək vacibdir. Qabaqcıl təcrübə məktəblərində
müəllimlərin müxtəlif
mövzularda dərslərini
dinləyir, müzakirə
edir, yeni ədəbiyyatla tanış
olur, təcrübə
mübadiləsi aparırlar.
Belə yaradıcı
əməkdaşlıq yalnız
müəllimlərin deyil,
həm də məktəb rəhbərlərinin
təkmilləşməsinə şərait yaradır".
Məhz buna görə istər metodik kabinetin, istərsə də metodik formaların bir-biri ilə müştərək
şəkildə yüksək
səviyyədə fəaliyyət
göstərməsi qarşıya
qoyulmuş yeni tələb və meyarların, nəcib vəzifələrin həyata
keçirilməsində kabinet
başlıca yer
tutur.
Ədalət HÜSEYNOV
Ağcabədi Rayon Təhsil Şöbəsinin
metodisti, qabaqcıl maarif xadimi
525-ci qəzet.- 2021.- 21 aprel.- S.17.