Tanıyaq və tanıdaq:
Elyad Musəvi
Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya"
adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından
(1979) sonra ədəbiyyata
gəlmiş, Güney
Azərbaycanda 1960-cı ildə
və daha sonra doğulub boya-başa çatmış
və sənətdə
öz sözünü
demiş Güney şairlərinin arasında
heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün
Güney ədəbiyyatında
baş verən yeniliklərin, ədəbi
prosesin incəliklərini
bir az
da yaxından izləmək,
həyata, insanlığa,
yazarların ictimai-siyasi
və milli məsələlərə baxışlarını
öyrənmək baxımından
diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son çağın
dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya
nəzər saldıqda
burada yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti,
sözyaratma qüdrətinin
nə qədər yüksək olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Xoşbəxt adamlardan biri - Esmira Fuad
Esmira
FUAD
logiya elmləri doktoru
***
Elyad
MUSƏVİ
1985-ci ildə Salmas
şəhərində dünyaya
göz açıb. İlk və orta məktəbi
həmin şəhərdə
bitirib. Sonra təhsilini Tehran universitetində Antropologiya
ixtisası üzrə
davam etdirib və burada magisturaturanı da tamamlayıb.
Gənc yaşlarından ədəbiyyat
və şeirə böyük maraq göstərib. İlk qələm
təcrübələri ilə
"Şəhriyar" və
"Alma" şeir festivallarına
qatılıb və birinci yeri qazanıb.
Şeirlərindən örnəklər ölkə
dışında, o cümlədən,
"Qardaş qələmlər"
dərgisində çap
olunub. Tənqid, araşdırma və
təhlil yazıları
da bir çox dərgilərdə yayınlanmaqdadır.
Səssiz
otağını hansı
evin,
Mənsiz
yatağını hansı
otağın,
Gizli qucaqladığındandı
Gecənin səsində bu
hız...
Axı hərdən də şor baxışları
var acı Təbrizin,
Dadımsamışam bunu,
Tək tümənə dəyməz...
Xiyabanlarda
sən çıxmayacaqsanmı
qarşıma?
Bəs nədən
ayaq səsin gəlir?
Nədən ürəyim çalınır?
Nədən tutulur dilim?
Yox, ağlamadım.
Dəsmalın əsdirdi ürəyimi...
Yatağımın ağ çiçəklərini boyadı,
Bu əsimdəndi boyluluğu
bağların,
Calandı alma alma,
heyva desəm, yox...
Yelə
dalğa-dalğa ləzgi
öyrədən
dəsmalını əyil
götür,
Söz olmasın deyə
sil gözümün
şorunu yanaqlarımdan...
Axıb
dodaqlarımda dayan,
...Dayanma... Alma... alma...
Gəl gecəni as, qurusun şəritdə,
Nəfəs-nəfəs boğuluram
Tut əlimi əlinlə,
Ayağımla ayağını,
Alma-alma...
Min, atla məni, qurtar məni,
Bu cür otur, dur, otur, dur,
Alma-alma,
Nəfəs-nəfəs
Atul məni,
Tutul məni,
Atul tutul,
At tut!
Alma nəfəs, nəfəs alma,
Tut ol
Dodaqlarımdan yanağıma
şor-şirin dadı
var sevginin
Əlləri, ayaqları var...
Onunla qəhvə içmək
olur,
Adını səsləyəndə
"Bəli, canım!" deyir...
Canım
deyir mənə,
dodaqları var
Adımı səsləyəndə,
gecənin o başından
eyni balışa baş qoyuruq...
Bu gecədən qaçmağa
isladır yanaqlarımı
səsin...
Adımı səslə,
Səslə məni,
Səslə, yarat məni!
***
Anam güzgüdə gözəlliyinə
baxır
Mən nəvələrimlə birgə
şahmata düzülmüşəm
Sənin
14 yaşın var
və göy geyiminlə
oxuldan dönəcəksən
birazdan
Alfabetlə tütün yenicə
kəşf olub
Şəhvətlə əl çəkmək olur sənin adına...
***
Qapıdan sonra
qol saatımı bağladım
Tozlu güzgüdə
ağ birçəklərini
qara ləçək
altında
gizlədir
sənə oxşayan
bir qadın
***
Dilim dolanır qapı-qapı,
Döyülür ürəyimə yumruqla...
[Qapı qonşudan pisdi,
Gəlmə buralara!
Dün gecə quyladıq ölüləri
gün batan yerlərində...
Sən bağışlanmayıbsan]
Dolanır başım
Dilim-dilim
zamanı...
12...
3...
6...
9...
12... əəhh... yenə 12...
Yerimək
bucaqsızlığın eşiyində
qurulur
Zaman saatın dışında
Düşür tablosuz yola
Sınır şüşəsi
(sınmaq səsi)
Gedir də getmək var
Gün çıxan olur
Gedir də çatmaq var
Günorta olur
Gedir də keçmək var
Günbatan olur
Gedir də getmək var
Gün çıxan
-əəhh yenə gün çıxan oluram
[ölülər özəl mahnılarıyla
daşa çevrildilər...
çal-oyna səsi
ucaldır alt qatdan
qapıqonşu]
Pis mənim bağışlanmamağım...
Dilini dişlə,
söz atmasın...
Dolaşır ayaqlarıma
Düşürəm pillədən...
Çıxır qarşıma,
Gedir qabağımca...
Tıq taq tıq...
Bəsdi,
yorma sözü, duraq
İndi qatar yetişər
saatın hesabına
Yoxsa mən dildən düşmüşəm
reylin arxasında
itib mahnılarım
***
Hansı
qapıdan desəm
qonşunun qulağı
görünməyəcək dalından
və çıxmayacaq
gözəlliyini evdə
itirən bir qız
Bax!
Qapınınkı çoxalmağına deyil
Yoxsa çalınmağına nə
gəlib
(oğru-tülüdü qıtlığıdır?)
Döyəcək bir gün də o oğlan
sizin
qapızı
və "tü dabana" qaçacaq...
"İndinin uşaqları
halsızdır" - atan
deyir
Yoxsa kilid yerinə
saqqız da yapışdırardım
özüm şəxsən
Buyurun pıçıldaşın
Biz qulaqlarımızın daşını
atmış
"Şeytana lənət"
Özümü sizdə itirdim
Anamı
payız boyalarında
Yoxsa sırğasız da bilirdim
sevməkdən deyil
Sevinmək sevməməkdən gəlir
və xışşaxışla
önümdən keçib
Qonşunun evində yatır
namussuz
Güvənmə çoxluğuna
qapının
Bir üzü də bağlanmaqdır
Bağlanıb dalında qalmaqdır.
***
Əlimi
çiyninə qoyub
kiçik adını
səslirəm
Sən məni başa düşmürsən
mən sənin gözəlliyini...
Çatışmazlıq
Səni
yaxınladır mənə,
məni səndən uzaqladan kimi...
Kilometrlər uzaqda,
Əlini
qaldırırsan
çiyninə qonan quşu
qovmaq üçün...
Fuad Esmira
525-ci qəzet.-2021.-
23 aprel.- S.15.