Səni
Soyuqdur əllərin, soyuqdur nədən?
Məhəbbət atəşi kənarmış
səndən,
Ürəyin şaxtadır, neyləsəm
də mən,
Çovğuna qatacaq sazaqlar səni.
Həmdəmim sən idin, köməyim də sən,
Ən böyük dayağım,
gərəyim də sən.
Həsrət qasırğası bürüyən
gündən,
Ayrılıq küləyi qucaqlar səni.
Uzaqsan, ürəyim yalnızmı
coşsun?
Yoxsa tənhalığa misralar
qoşsun,
Söylə, Elnur sənə necə qovuşsun?
Mənə yaxın qoymur uzaqlar səni.
Unutmaq çətin
Baxışlar özgədir, belə
zilləmə,
Saxta təbəssümlə, üzümə gülmə,
Toxunma, dəysə də
əlin əlimə,
Yad olan əlləri bir tutmaq çətin.
Bir gün əməlinlə
qalsan baş-başa,
Köksün dağa dönər,
ürəyin daşa,
İstərsən yuxuda olasan qoşa,
Yatsan da əzabı uyutmaq çətin.
İlk addım bünövrə, başlanğıc,
təməl,
Silinməz bir izdir hər ilkin əməl,
İlk sevgi olsa da vaxtından əvvəl,
Bu ağrı, təlaşı
unutmaq çətin.
Uçan fıkirlərim yerə
ensə də,
Ürəyim qəhərdən gölə
dönsə də,
Ahım külək olub, təbim sönsə də,
Elnurun ilhamın soyutmaq çətin.
Məndən uzaq
Göz qara, qaş da qara, tel qaradı
- məndən uzaq,
Telin atmış ay üzə,
hey daradı - məndən
uzaq.
Xəbərim yox, neçə vaxtdı, yoxa çıxmış deyəsən,
Apardı sel onu yəqin,
Saradı - məndən
uzaq.
Bimar oldum dünən axşam, xəbər almış o saat,
Zəng edib sübhü-səhərdən
aradı - məndən
uzaq.
Deyir ki, sevgilimin könül malikanəsi var,
Sığınıb orda qalır, bəs haradı - məndən uzaq?
Sən demə qəlb diyarımda o da Şahzadə
olub,
Nə biləydim ürəyi çox yaradı - məndən uzaq.
O zaman qəlbimin
onsuz vermişəm fitvasını,
O vəfasızda qalan qəlb paradı - məndən uzaq.
Səndən, həm sevgidən,
həm Elnur özündən ayrılıb,
Boyamaq olmur axı qan qaradı - məndən uzaq.
Elnur Eldaroğlu
525-ci qəzet.- 2021.-
23 aprel.- S.15.