Türk dünyasının
uşaqlarının görüşü
BEYNƏLXALQ
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNDA
EYNİADLI TƏDBİR KEÇİRİLDİ
Türk
Mədəniyyəti və
İrsi Fondunda Türkiyə Respublikasının
Milli Bayramı - 23 aprel Milli Suverenlik
və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının
görüşü” adlı
tədbir keçirilib.
525.az xəbər verir ki, tədbirin
keçirilməsi Fond ilə
təşkilatın bütün
üzv və müşahidəçi ölkələri
arasında əməkdaşlıq
əlaqələrinin daha
da gücləndirilməsi və
gənc nəslin Türk Dünyasının
mədəni dəyərləri
ilə tanış etdirilməsi məqsədi
daşıyır.
Görüşü Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva giriş sözü ilə açıb. O, əvvəlcə
bütün uşaqları
təbrik edib, sonra bir-bir onlarla
tanış olub və bu
əlamətdar gündə
onları sevincli görməkdən məmnun
olduğunu bildirib. “Mənə çox
xoşdur ki, bugünkü tədbirimizdə
böyük Türk Dünyasının gələcək
təmsilçiləri iştirak
edir. Burada Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Macarıstan,
Litva, Azərbaycan və əlbəttə ki, Türkiyədən gələn uşaqlar qardaş dövlətlər
arasında bir körpü yaradır. Onlar bizim ümidimiz, sevincimiz və sabahımızdır. Türk dünyası
dərin tarixə, mədəni irsə malik bir dünyadır,
uşaqlar da bu zənginliyi qorumalıdırlar.
Onlar gələcəkdə hansı
sahəni seçirlər
seçsinlər gözəl
mütəxəssis olmalıdırlar
ki, böyüklər
onlara baxıb fəxr etsinlər. Biz isə onlara
elə bir dünya bəxş etməliyik ki, onlar orada xoşbəxt
yaşaya bilsinlər.
Çox
şadam ki, uşaqlar böyüdükcə
qardaş ölkələrin
mədəni irsini də dərindən öyrənəcəklər. Bizim təşkilatın da missiyası
elə bundan ibarətdir”.
Sonra üzv və müşahidəçi dövlətləri
təmsil edən uşaqlar: Belinay Uygun (Türkiyə), İpək Məcid (Azərbaycan), Amina Nurmaxambetova (Qazaxıstan),
Madina Almazbekova (Qırğızıstan), David Bedecs
( Macarıstan), Medina Gurbangeldiyeva
və Xeseldjeman Garayeva (Türkmənistan),
Arnas Can Eren (Türkiyə-Litva), Mələk
Xəlilova (Azərbaycan),
Zeynep Kaya (Türkiyə
), Gülyaz Həsənzadə,
Kənan Bəşirli,
Elxan Məmmədli, Mirəli Əlizadə və Mahir Hacıyev
(Azərbaycan) milli geyimlərdə öz ana dillərində şeir və mahnılar oxuyub, milli alətlərdə musiqilər ifa ediblər.
Sonda Günay
Əfəndiyeva uşaqlara
hədiyyələr verib
və onlarla xatirə şəkli çəkdirib.
525-ci qəzet.-2021.-
24 aprel.- S.18.