Nizami irsinə dair "Ən yaxşı təqdimat"
müsabiqəsi
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyi tərəfindən elan olunmuş "Mütaliə
aylığı" çərçivəsində
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzində məktəblilər
arasında Nizami Gəncəvinin əsərlərinə
həsr olunmuş
"Ən yaxşı
təqdimat" müsabiqəsi
keçirilib.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna
bildirilib ki, nazirlik və Yazıçılar Birliyinin
birgə təşkilatçılığı
ilə ilk dəfə
keçirilən müsabiqədə
muxtar respublika ümumtəhsil məktəblərinin
şagirdləri və
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin dərnək
üzvləri iştirak
ediblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev bildirib
ki, bu il
"Mütaliə aylığı"
çərçivəsində təşkil edilən tədbirlərin sırasında
Nizami Gəncəvinin
həyat və yaradıcılığının öyrənilməsi, əsərlərinin
təhlili və şagirdlər tərəfindən
poemalarının səhnələşdirilməsi
çoxluq təşkil
edir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən imzalanan
Sərəncamla qüdrətli
söz və fikir ustadı, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi
keyfiyyətlər aşılayan
Nizami Gəncəvinin
anadan olmasının
880 illik yubileyi münasibətilə 2021-ci il
ölkəmizdə "Nizami
Gəncəvi ili"
elan olunub. Bu münasibətlə Təhsil Nazirliyi tərəfindən muxtar respublika ümumtəhsil məktəblərində Nizami
Gəncəvi ədəbi
irsinin dərindən öyrənilməsinə və
şagirdlər arasında
təbliğinə geniş
yer verilir.
Naxçıvan Muxtar Respublikası
Yazıçılar Birliyinin
üzvü, filologiya üzrə fəlsəfə
doktoru, şair Elxan Yurdoğlu bildirib ki, qüdrətli
söz ustasının
bəşəriyyətin bədii
fikir salnaməsində
yeni parlaq səhifə açmış
ölməz əsərləri
bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə
misilsiz xidmət göstərir. Söz ustadı öz
ənənələri ilə
seçilən ədəbi
məktəbini yaradıb.
Nizami Gəncəvinin dünyanın
ən zəngin kitabxanalarını bəzəyən
əsərləri Şərqdə
incəsənətin, xüsusən
də miniatür sənətinin inkişafına
təkan verib.
Sonra şagirdlər
Nizami Gəncəvinin
mütaliə etdikləri
əsərlərini bədii
qiraət ediblər. Müsabiqənin şərtlərinə
uyğun olaraq təqdimatlar münsiflər
heyətinin üzvləri
tərəfindən qiymətləndirilib.
Beləliklə, Heydər Əliyev
Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin dərnək
üzvü Uğur Məmmədli "Yetirdi"
qəzəli ilə I
yerə, Naxçıvan
Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Ayla Allahverdiyeva "Sənsiz" qəzəli
ilə II yerə, Ordubad rayon Üstüpü
kənd tam orta məktəbinin IX sinif şagirdi Nail Fərzəliyev "Sirlər
xəzinəsi" poemasından
qəzəl ilə
III yerə, Naxçıvan
şəhər 12 nömrəli
tam orta məktəbin şagirdi İnci Babayeva isə "Sənsiz" qəzəli ilə həvəsləndirici yerə
layiq görülüb.
525-ci qəzet.-
2021.- 24 aprel.- S.13.