Çernobıl əlillərinə 30 mənzil
təqdim olunub
Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana yaşayış kompleksində
30 mənzil Çernobıl
AES-də hərbi xidmətlə əlaqədar
əlilliyi olan vətəndaşlara təqdim
edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən
AZƏRTAC-a verilən məlumata
görə, tədbirdə
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və “Azərbaycan Çernobıl
Əlilləri İttifaqı”
İctimai Birliyinin sədri Mirhəsən Həsənov iştirak ediblər.
H.Abdullayev bildirib
ki, Çernobıl Atom Elektrik Stansiyasında
baş vermiş qəzadan 35 il keçsə də, bu qəza bəşər
tarixinin dəhşətli
hadisələrindən biri
kimi daim xatırlanır. Həmin qəzanın nəticələrinin
aradan qaldırılması
işlərində minlərlə
Azərbaycan vətəndaşı
da iştirak edib. Ulu öndər Heydər
Əliyevin təşəbbüsü
ilə 1993-cü ildə
"Çernobıl qəzasının
ləğvində iştirak
etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, onların sosial müdafiəsi işlərinin əsasları formalaşıb.
Nazir müavini Prezident
İlham Əliyev tərəfindən Çernobıl
əlillərinə xüsusi
qayğı göstərildiyini
qeyd edərək bildirib ki, Çernobıl
AES-də hərbi xidmətlə əlaqədar
əlilliyi olan şəxslərə sosial
müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdü
də verilir. Onların müalicəsi məqsədilə hər
il birdəfəlik müavinət də ödənilir.
H.Abdullayev, həmçinin
nazirlik tərəfindən
Çernobıl AES-də
hərbi xidmətlə
əlaqədar əlilliyi
olan vətəndaşların
mənzil və minik avtomobilləri ilə təminatının
həyata keçirildiyini
deyib. Hazırda həmin tədbirlərin davam etdirildiyini diqqətə çatdıraraq
deyib ki, Prezidentin Sərəncamı
ilə bu il 3 min, ümumən
2021-2025-ci illərdə 11 min
mənzil və fərdi ev şəhid
ailələri və müharibə əlillərinə
veriləcək. Keçmiş məcburi köçkünlər
üçün tikilən
yaşayış komplekslərindən
mənzillər müharibə
əlilləri və şəhid ailələrinə
verilir, o cümlədən
bu mənzillərdən
30 mənzil bu gün Çernobıl
AES-də hərbi xidmətlə əlaqədar
əlilliyi olan şəxslərə də
təqdim olunur.
Beləliklə, bu ilin planı üzrə artıq 330 mənzil, indiyədək isə 9530
mənzil və fərdi ev şəhid
ailələrinə, müharibə
əlillərinə, onlara
bərabər tutulan vətəndaşlara (onların
sırasında Çernobıl
AES-də hərbi xidmətlə əlaqədar
əlilliyi olan şəxslər də var) təqdim
edilib.
M.Həsənov Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan
qaldırılması işlərinin
ümumən bəşəriyyətin
xilasına xidmət etdiyini diqqətə çatdırıb, görülən
işlərdə həmvətənlərimizin
iştirakından və
ölkəmizdə Çernobıl
əlillərinə
göstərilən dövlət
qayğısından bəhs
edib.
Yeni mənzillə
təmin olunan Çernobıl əlilləri
onlara göstərilən
yüksək qayğıya
və bu gün mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə
ediblər.
525-ci qəzet.- 2021.- 27 aprel.- S.4.