I Bakı Beynəlxalq küçə
fotoqrafiyası festivalı
YARAT Müasir İncəsənət Məkanı
1-ci Beynəlxalq Bakı
Küçə Fotoqrafiyası
Festivalını (BKFF) təqdim
edir.
BKFF – küçə fotoqrafiyası janrında ən yaxşı əsərləri bir araya gətirən beynəlxalq fotoqrafiya festivalıdır. Karantinin
uzun ayları ərzində, hamımız
parlaq hadisələr üçün darıxmışıq
və şəhərimizin,
onun binaları və küçələrinin
gözəlliyini yeni tərzdə qəbul etməyi öyrənmişik…
2021-ci ilin festival
müsabiqəsinin mövzusu
– “Küçələr fokusda”
seçilmişdir. Ağac yarpaqlarında
işıq oyunu, təsadüfi keçən
insanların simaları,
sənaye landşaftları
sizi valeh edirsə, əgər siz hər hansı
hekayəni fotoqrafiya vasitəsilə çatdıra
bilirsinizsə və ya sadəcə anları bir kadrla tutmağı sevirsinizsə, o zaman sizi küçə fotoqrafiyası festivalında
iştirak etməyə
dəvət edirik.
Festival YARAT Müasir İncəsənət Məkanın
(Azərbaycan) və fotoqraf, səyyah Andrey Qlazkovun (Rusiya) təşəbbüsü
ilə təşkil olunub.
Festival bir-birini
tamamlayan iki elementdən, müsabiqə
və təhsil proqramlarından ibarət olacaq. Festivalın təşkilatçılarının başlıca məqsədi
gənc fotoqraflar nəsli üçün əlverişli şərait
yaratmaqdır. Festival proqramı gənc fotoqraflara öz istedadlarını ortaya çıxarmağa, yeni təcrübə qazanmağa
və fotoqrafiya sənətinin ən populyar və dinamik istiqamətlərindən
birində öz bacarıqlarını təkmilləşdirməyə
kömək etmək üçün nəzərdə
tutulmuşdur.
Hamımız üçün çətin olan bu dövrdə 1-ci Bakı Küçə Fotoqrafiyası Festivalının
komandası, sadəcə
fotoqrafların dəstəklənməsi
yox, həm də bir müəllif
kimi öz sözlərini deməsi üçün onlara meydança yaradılmasını
çox vacib hesab edir.
Biz, fotoqraflar
və rəssamların
demək olar ki, həmişə “azdanışan” olmaları
barədə iddiaları
təkzib edirik. Qonaqlarımız Azərbaycan,
Rusiya, Gürcüstan,
İtaliya və
ABŞ-dan olan peşəkar fotoqraflar olacaqlar. Onlar Zoom konfransları və Instagram efirləri formatında sizinlə ünsiyyət qurmağa, öz bacarıqlarını, təcrübələrini
və emosiyalarını
bölüşməyə hazır olacaqlar. Qəhrəmanlarımız həyatlarında
baş verən səyahətlər, planlar,
inanılmaz və gülməli vəziyyətlərdən
bəhs edəcəklər.
Proqram çərçivəsində,
istedadlı fotoqrafların
ortaya çıxmasına
və bizə bir az daha
yaxın olmalarına kömək etməyə çalışacağıq. Bütün
efirlər axşam saatlarında hamının
izləməsi üçün
əlverişli olan vaxtda və ya həftə sonlarında keçiriləcək.
Festival çərçivəsində
onlayn və oflayn sərgilər, kitab təqdimatları və diskussiyalar da keçiriləcək.
Festivalın “Küçələr fokusda”
adlı müsabiqə
hissəsində iştirak
etmək üçün,
yaşadığı ölkədən
asılı olmayaraq,
14 yaşdan yuxarı fotoqraflar dəvət olunur.
Dəvət olunmuş münsiflər heyəti müsabiqə çərçivəsində daxil olan bütün
ərizələri nəzərdən
keçirəcək və
qalibləri 4 nominasiyada
mükafatlandıracaq (“Bir
kadr”, “Silsilə”, “Mobil telefon fotosu”
və “Analoq fotoqrafiyası”).
Müsabiqə Canon və DiVi
şirkətlərinin dəstəyi
ilə təşkil olunur.
Münsiflər heyətinin və mühazirəçilərin tərkibinə
tanınmış azərbaycanlı
və xarici fotoqraflar daxil olacaq: Sənan Ələsgərov, Andrey Qlazkov, Fəxriyyə Məmmədova, Vüqar Əmrullayev, Adil Yusifov, Elmar Mustafayev, Mark Rafaelov, Xalid Zeynalov, Natavan Vahabova, Orxan Aslanov, Rauf Əsgərov,
Valeh Məhərrəmov,
Elşən İbrahimov.
Müsabiqədə iştirak etmək
üçün sadəcə
www.bakustreetphoto.az səhifəsinə daxil olaraq şəkilləri
kompüterinizdən yükləmək
və ya fotolarınızı contest@bakustreetphoto.az e-poçt ünvanına göndərmək lazımdır.
Ərizələrin qəbul
tarixi başa çatdıqdan sonra, siz e-poçt vasitəsilə iştirak
haqqında təsdiq alacaqsınız.
İştirak etmək üçün fotoşəkillərinizi #streetinfocuscontest
#bakustreetphoto2021 həştaqları ilə müsabiqənin Instagram səhifəsinə
də yükləyə
bilərsiniz.
525-ci
qəzet.- 20201.- 27 aprel.- S.9.