Komandir
28 İLDƏN SONRA HƏM
AĞDAMI, HƏM DƏ MİLLİ QƏHRƏMAN
ALLAHVERDİ BAĞIROVUN MƏZARINI ZİYARƏT ELƏDİM
Azərbaycanın Milli Qəhrəmanı
Allahverdi Bağırov
1992-ci il fevral ayının 26-da Xocalı
faciəsinin baş verdiyi gündən sonra hökumətin, hüquq-mühafizə orqanlarının
bacara bilmədiyi işi adi vətəndaş
təəssübkeşliyi ilə, ləyaqətlə
yerinə yetirib, öz həyatı bahasına torpaq uğrunda döyüşüb,
erməni əsirliyində
qalan xocalıların
azad edilməsi üçün sözə
sığmayan bir qəhrəmanlıq göstərdi.
Uca Allah Allahverdini
bir xilaskar kimi o qanlı-qadalı günlərdə amansız
düşmənin əsarətində
qalan xocalıları ölümün və ermənilərin pəncəsindən
xilas etməyə göndərmişdi və
Allahverdi bu çətin yolu kipriklərini qırpmadan yürüdü, erməni
tanışını ratsiya
ilə təmas xəttinə çağıraraq
ondan əsir və girovların qaytarılmasına köməklik
göstərməsini istədi. Əskəranlı Vitali Balasanyan belə bir fürsəti
əldən buraxmadı,
o da Allahverdidən erməni
əsirlərin geri qaytarılmasını xahiş
etdi. Əskəran
tərəfdə,19-cu postun
yaxınlığında danışıqlar
başlandı, həm
çox gərgin, həm də çox təhlükəli.
Hər iki tərəfdən komandirləri
müşayiət edən
döyüşçülərin əlləri avtomatın tətiyində idi. Adi bir kinayəli söz qırğına səbəb ola
bilərdi. Allahverdi təmkinini pozmur, gərgin danışıqlar
nəticəsində əsir
düşmüş onlarla
Xocalı sakininin - qadının, uşağın,
qocanın, yaralının
azad edilməsinə
nail olurdu.
Bir neçə
dəfə Komandirin icazəsi ilə əsirlərin dəyişdirilməsində
iştirak etmişdim. Bu səhnə həm həyəcanlı, həm
qorxulu və həm də dəhşətli idi.
Əsirlikdən azad edilən
xocalılıların gözlərinin
içinə baxmaq mümkün deyildi. Erməni faşistləri onları elə bir vəziyyətə
salmışdılar ki,
onu sözlə ifadə etmək mümkün deyil. Bir dəfə Allahverdi özünü saxlaya bilməyib ermənilərə acıqlı
şəkildə dedi
ki, bu günahsız
insanları niyə bu kökə salmısınız? Təbii ki,
ermənilər min bəhanə
söylədilər.
Hər dəfə
əsir və girovların dəyişdirilməsində
Allahverdi Bağırov
nə qədər yorğun, əsəbi olsa da, təmkinlə davranır, qeyd dəftərindəki adamların
adlarını bir-bir erməni tərəfə
bildirir, onların qaytarılması üçün
dəmir iradə nümayiş etdirirdi.
... Xocalı faciəsinin ilk günləri
idi. Naxçıvanik kəndi ətrafında
ermənilər yüzlərlə
xocalılını qətlə
yetirmişdilər. Komandir
özü qabaqda
döyüşərək meyitləri toplayıb Ağdam məscidinə gətirirdi. 150 nəfərə
yaxın xocalılını
Qarqar çayının
hövzəsində mühasirəyə
alan erməni
silahlı dəstələrinə
qarşı şiddətli
döyüş apararaq
onları ölümün
və əsirliyin caynağından xilas etdi. Öz döyüşçüləri
ilə yüzlərlə
yaralını, qadını,
uşağı bir neçə günlük
axtarışdan sonra dağlardan, meşələrdən
tapdı.
Qızları Allahverdi Bağırovun
məzarını ziyarət
etdi - VİDEO
Xocavənd rayonunun Qaradağlı
kəndindən ermənilər
tərəfindən girov
götürülmüş 10 nəfər qadının,
1991-ci ilin dekabrında
Kərkicahan döyüşlərində
ermənilərin əsir
götürdüyü Mehman
Hüseynovun, Pənah
Məhərrəmovun 63 gündən
sonra azad edilməsi üçün
Allahverdi çox əziyyətlər çəkdi.
Yuxusuz gecələr keçirdi, oğlundan, qızından, ərindən,
atasından xəbər
tutmaq üçün
yanına gələn
xocalılıların dərdinə
şərik olub, onlara ümid verib, daha çox
adam xilas
etmək üçün
gecə-gündüz çalışdı.
Nəticədə Allahverdi Bağırov
1003 nəfər xocalılını
erməni əsirliyindən
xilas etdi.
Xocalı faciəsindən sonra Komandirin saçı-saqqalı
ağarmışdı, elə
bil qaməti də əyilmişdi. Hər dəfə
söhbət edəndə
deyirdi ki, Xocalı soyqırımı
xalqımıza, onun tarixinə ləkədir.
Ata-babalarımız heç vaxt ləkəli ad gəzdirməyiblər.
Xocalı faciəsindən sonra Komandir sarsılmışdı. Bütün varlığını
sanki təlatüm bürümüşdü. Deyirdi ki, başları kəsilmiş, süngüyə
keçirilmiş körpələrin,
parça-parça edilmiş
qadınların, qocaların
əzalarını toplamaq
bizi köklü ağac kimi yerimizdən qoparırdı,
bu dəhşət bizi sarsıdırdı.
... 1992-ci
ilin axırları idi. Xocalı faciəsindən xeyli vaxt keçmişdi.
Özünün direktoru olduğu
"Ağdam" restoranının
çayxanasında çay
içirdik. Söhbət hərlənib yenidən Xocalı faciəsindən
düşdü. Özünə
xas təmkinlə, yavaşca dedi ki, Xocalı qırğını ilə
əlaqədar məndə
bir çox sənədlər, şahid
ifadələri var. Vaxtı
çatanda onları lazımi yerlərə təqdim edəcəyəm...
Allahverdi həmişə Ağdamın
təəssübünü çəkir, sözünü,
danışığını bilməyənlərin dərsini
verir, haqlının yanında dayanır, köməksizin hayına çatırdı, böyük
xətir-hörmət sahibi
idi. Zahirən sərt görünsə
də, ipək kimi yumşaq ürəyi vardı, xeyirxah insan idi, dara düşəndən
köməyini əsirgəməzdi.
Allahverdi ağayana insan idi. Yurd, el-oba, torpaq
uğrunda elədiklərini
heç vaxt dilinə gətirməzdi.
Cəsarəti, təmkini, qoçaqlığı,
mübarizliyi, qayğıkeşliyi
və vətənpərvərliyi
Allahverdi Bağırovun
xarakterini bütövləşdirirdi,
elə bil, Tanrı onu çətin günlər
üçün yaratmışdı.
Allahverdi Bağırov 1946-cı ildə
Ağdam şəhərində
anadan olub. 25 il idman həyatı yaşayıb,
Ağdam futbolunun yaradıcılarından biri
olub. Qardaşı, mərhum deputat Eldar Bağırov adına batalyonun
komandiri olub. Torpaqlarımızın müdafiəsi uğrunda
şərəflə döyüşüb.
Allahverdi üç övlad atası idi. Yaxşı qardaş,
qayğıkeş ata
idi. 1991-ci ildən başlayaraq dəfələrlə Allahverdi
Bağırova onun haqqında yazı yazmaq istədiyimi bildirsəm də, Komandir icazə vermirdi. Həmin vaxt "Qarabağ"
qəzetində çalışırdım.
Nəhayət, bir gün ondan icazə ala bildim və
qəzetdə onun haqqında geniş məqaləm dərc olundu. Yazı xoşuna gəlmişdi.
Allahverdi torpaqlarımızın taleyi
ilə bağlı çox narahat idi, çox qayğılıydı, həmişə
deyirdi ki, əli silah tutan hamı silah götürməlidir. Bundan ağır
günümüz olmayacaq.
1992-ci ilin iyun ayının
12-də Naxçıvanik kəndindən geri qayıdarkən Allahverdi Bağırovun komandir maşını minaya düşdü. Sürücüsü və Nizami
həkimlə birlikdə
həlak oldular. Ağdamda dəfn edildi. Dəfndə
minlərlə insan iştirak edirdi. Yaşasaydı, bu günlərdə
75 yaşı tamam olacaqdı. Torpaqlardan
nigaran həlak olan Komandir, ruhun şad olsun!
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə
həkk olunan bu qələbəmiz Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin sərkərdəlik şücaəti
və müzəffər
ordumuzun qəhrəmanlığı
sayəsində qazanılıb. Torpaqlarımıza qayıtmağa hazırlaşırıq.
Bu günlərdə mən,
jurnalist həmkarlarım
Çingiz İsmayılov,
Asif Mərzili, Elşən Əliyev, Nicat Novruzoğlu və başqaları Ağdama getdik, Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət
etdik.
Ruhun qarşısında baş
əyirik, Komandir! Bu gün Ağdama
gələnləri birinci
sən qarşılayırsan,
məzarın ziyarətgaha
çevrilib. Adın qəlbimizdə
və tariximizin səhifələrində əbədi
yaşayır, şərəfini
qoruduğun Ağdam azad edilib.
Ruhun şad
olsun!
Salman ALIOĞLU
525-ci qəzet.- 2021.- 27 aprel.- S.14.