QƏLƏMİM
Ustad Aşıq Dirili
Qurbaniyə
Nə uçuq daxmam var, nə zülmət
kaham,
Bir ürək
dolusu nisgiləm-aham.
Sənət gülşənində şah oğlu şaham -
Taxtımdı-tacımdı qələmim, Dədə.
Hər şirin avazda, səsdə-ündəyəm,
Bir yurdsuz dərvişəm, yaman gündəyəm.
Təhnəyəm, ərsinəm, teştəm,
kündəyəm,
Təndirim-sacımdı qələmim, Dədə.
Demirəm, bəxtimin zülmət
küncüdü,
Sinəm "söz tarlası", o, əkinçidi.
Bağrıma basdığım ləldi-incidi,
Ağrımdı-acımdı qələmim, Dədə.
Hər misram nur saçan
yamyaşıl talam,
Enişli-yoxuşlu cığıram-yolam.
Qoymayıb heç zaman
ac-susuz qalam,
Çörək ağacımdı qələmim,
Dədə.
16.05.2019
NƏ VAR Kİ...
Unutdunsa
yaxşılığın dadını,
Bir əsim
meh közərdərmi odunu?
Hər yetənin qaralayıb adını,
Yerli-yersiz öyünməyə nə
var ki?!
Qeybə
çıxdı abır-həya
"yaşmağın",
Kimə gərək kükrəməyin,
daşmağın?
Yadda saxla, özgəsinin başmağın
Oğurlayıb geyinməyə nə var ki?!
Nə payızın üzə çıxdı, nə yazın,
Söz mülkünü
isitmədi murazın.
Uzaqlardan
gəlir indi avazın,
Yad ellərdə
deyinməyə nə
var ki?!
28.06.2018
GÖRƏN
NƏ AXTARIRIQ...
Kimsə
saxlaya bilməz
Ötüb keçən anları.
Göylər əfv etmir yerin
Ritmini pozanları.
Bəxtin
"xətti-imzası"
"Alın yazısı"ndadır.
"Niyə-nədən" sorğusu,
Əzəldə yox, sondadır...
Hər obanın, hər elin
Yaxşısı-pisi vardır.
Hamının ya tez, ya gec -
Ölüm "növbəsi" vardır.
Naləsi
ərşə qalxır
Sönən gur ocaqların.
Sirrini kim bilir
ki,
"Olub-olacaqlar"ın?..
Xislətindən halıyıq
Divin də, iblisin də.
Hələ çabalayırıq
Ümid
közərtisində...
07.04.2020
SÖZ
Hər misra da kiminsə
Xəttidir, ünvanıdır.
Həm eni, həm uzunu,
Həm də qol-qanadıdır.
Çoxları yaxşı bilir,
Söz var ki, çox acıdır.
Nə qəlbin közərtisi,
Nə də könül tacıdır.
Bircə
kəlmə xoş sözün
İtmir heç vədə dadı.
Göz qamaşdıran yalan,
Nə ismət, nə həyadı...
Kim deyib, yaxşı deyib -
Dilin yoxdur törpüsü.
Hünərin var adla-keç
Sözdür fikrin körpüsü.
Ürək əsib-titrəyər
Varlığını dansa söz.
Sabaha nə qalar ki,
Tapdanıb talansa söz?
24.04.2020
BELƏCƏ YAŞADIM...
Gəzdim
kəlmə-kəlmə səsdə-soraqda,
Hər sözün
şəklini çəkdim
varaqda.
Çəkilib durmadım heç
vaxt qıraqda,
Təkcə öz yükümü
daşımadım ha!
Ömür nə əzəlmiş,
nə də ki axır,
Adamı ya səhvi, ya suçu yıxır.
Bildim ki, qaşınan yerdən qan çıxır,
Heç
kimin üzünü qaşımadım ha!
Öz ağlım, öz əlim, öz başım oldu,
Halallıq ən yaxın sirdaşım oldu.
Hərdən əyrilərlə savaşım
oldu -
Düzləri büdrədib aşırmadım
ha!
Dosta qucaq açdım, yad oldum yada,
Uymadım yalançı şöhrətə-ada.
Allah şahiddir ki, gəlib dünyada -
Heç zaman
özümçün yaşamadım
ha!
İsmayıl
MƏRCANLI-İMANZADƏ
525-ci qəzet.- 27 aprel.- S.15