Nizami Gəncəvi fenomeni Mərakeş mətbuatında
AL Bayane" qəzetlərində
dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar məqalələr yer alıb.
AZƏRTAC xəbər verir ki, məqalənin
müəllifləri alim-filoloq
Muxtar Bedili və Mərakeş-Azərbaycan
dostluq cəmiyyətinin
vitse-prezidenti Məhəmməd
Faquridir.
Məqalələrdə Prezident İlham Əliyev tərəfindən
dünya şöhrətli,
görkəmli şair
və mütəfəkkir
Nizami Gəncəvinin
anadan olmasının
880-cı ildönümünün qeyd olunması və 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan
olunması barədə
sərəncamlar imzalandığı
bildirilir.
Müəlliflər İslam dünyasının
ayrılmaz tərkib hissəsi olan Azərbaycanda islam mədəni irsinin qorunduğu barədə məlumat verərək, tarix boyu ölkəmizin
fərqli dinlərin, mədəniyyətlərin və
sivilizasiyaların qovuşduğu
bir yer, mədəni plüralizm, tolerantlıq və dini əxlaqi dəyərlərin təbliği,
dinlər və mədəniyyətlər arasında
dialoqun gücləndirilməsinə
əhəmiyyətli töhfə
vermiş bir məkan kimi xarakterizə ediblər.
Azərbaycan poeziyasının sütunu,
dahi şair N.Gəncəvinin həyatı,
onun doğulduğu və ilk təhsilini aldığı Gəncə
şəhəri barədə
məlumat verilir.
Məqalədə dahi şair, ərəb, fars
və türk dillərini mənimsəməsi
sayəsində Şərq
poeziyasını məzmun
və forma etibarilə
zənginləşdirən, bəşər mədəniyyəti
tarixinə yeni humanist
fikirlər gətirmiş
bir mütəfəkkir
kimi səciyyələndirilir.
Müəlliflər böyük Nizamini son dərəcə geniş istedadının dövrünün
bütün şair və mütəfəkkirləri
tərəfindən qəbul
edildiyini qeyd ediblər.
Daha sonra məqalədə dahi şairin möhtəşəm
poemalarının qısa
məzmunu və tarixi barədə məlumatlar öz əksini tapıb.
Qeyd edək
ki, eyni məzmunlu məqalə Azərbaycanın Mərakeşdəki
səfirliyinin dəstəyi
ilə Mavritaniya və Seneqalın internet media resurslarında da yayımlanıb.
525-ci qəzet.- 2021.- 28 aprel.- S.13