Mədəniyyət Nazirliyi "İslam irsimizi tanıyaq" layihəsi təqdim etdi
Mədəniyyət Nazirliyi müqəddəs Ramazan ayında "İslam irsimizi
tanıyaq" layihəsinə
start verir. Layihə çərçivəsində
İslam mədəniyyəti abidələri (İslam memarlığının
nümunələri olan
məscidlər, türbələr,
xanəgahlar, karvansaralar
və s.) barədə
qısa videoçarxların
hazırlanması, nazirliyin
rəsmi saytı, sosial media hesabları və kütləvi informasiya vasitələrində
yayımlanması nəzərdə
tutulur.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki,
layihə çərçivəsində
hazırlanan ilk videoçarx
Gəncə şəhərindəki
İmamzadə ziyarətgah
kompleksinə həsr olunub.
Qeyd edək
ki, İmamzadə ziyarətgahı Gəncə
şəhərinin təqribən
7 kilometrliyində, Gəncə
Dövlət Tarix-Mədəniyyət
Qoruğu ərazisində
yerləşir. Kərpicdən tikilmiş türbənin
ətrafında kiçik
məscidlər, təkyələr,
karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış,
onun ətrafına daş və kərpicdən hasar çəkilmişdir. Kompleksin içərisində
xalq arasında "Göy günbəz",
"Göy məscid",
yaxud "Göy
İmam" kimi tanınan
türbə yerləşir.
Ölkəmizin ən dəyərli
memarlıq abidələrindən
biri hesab edilən türbədə
beşinci İmam Məhəmməd
Baqirin oğlu
İbrahim dəfn olunub.
Müxtəlif vaxtlarda dağıntılara
məruz qalan İmamzadə ziyarətgahı
1946-cı ildən İmamzadə
piri kimi fəaliyyət göstərib. Sonrakı vaxtlarda,
xüsusilə Ümummilli
lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə tarixi abidə kimi burada təmir-bərpa işləri aparılıb.
Eyni zamanda, bu, Sovet
dövründə rəsmi
dövlət qeydiyyatından
keçmiş yeganə
ziyarətgah olub.
Dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı,
şəhərin İslam aləmindəki
yerini və nüfuzunu da göstərir.
Ölkənin dini-tarixi abidələrinin
tamamilə yenidən qurulmasına və gələcək nəsillərə
çatdırılmasına həssaslıqla yanaşan
Prezident İlham Əliyev bu kompleksə də xüsusi diqqət göstərib. Dövlət başçısının müvafiq sərəncamları
ilə 2010-2015-ci illərdə
burada təmir-bərpa
işləri aparılıb,
insanların inam və inanc yeri
kimi üz tutduğu məbəd gözəl görkəm alıb.
Məlumat üçün
bildiririk ki, Mədəniyyət Nazirliyi
tərəfindən ötən
ilin noyabr ayında "Xristian irsimizi tanıyaq" layihəsi təqdim edilib və layihənin birinci mərhələsi artıq
başa çatıb.
Layihə çərçivəsində
Azərbaycan ərazisində
xristian dininə aid olan və
dövlət tərəfindən
qorunan məbədlər,
kilsələr və ibadətgahlara dair qısa videoçarxlar hazırlanaraq ictimaiyyətə
təqdim olunub.
525-ci
qəzet.- 2021.- 29 aprel.- S.9.