ABŞ-da Üzeyir Hacıbəyli adına müsabiqəyə əsər qəbulu davam edir

 

Milli Musiqi Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan-Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında yanvarın 15-dən elan edilmiş Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsi davam edir. Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə keçirilən müsabiqənin məqsədi bu təhsil mədəniyyət ocağının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının dünyada geniş təbliğ edilməsindən, onun musiqi irsinə yeni həyat verilməsindən, eyni zamanda, əsərlərini plagiatdan qorumaq Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdən ibarətdir.

 

Bu barədə AZƏRTAC-a Milli Musiqi Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova məlumat verib. O bildirib ki, müsabiqədə dünyanın bütün ölkələrindən bəstəkarlar iştirak edə bilər. Hər bir iştirakçı müsabiqənin Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusunun istənilən biri ya bir-neçəsi əsasında bəstələdiyi instrumental (5 ifaçıdan çox olmayaraq) əsər təqdim etməlidir. Əsərlər münsiflər heyətinə audioyazı PDF faylı şəklində təqdim ediləcək. Müsabiqədə iştirak edən əsərin başlığında Üzeyir Hacıbəylinin bəstəkarın əsərinin adı qeyd olunacaq.

 

Sənədlər, əsərin çap olunmuş elektron variantı səs yazısı iyulun 1-dək qəbul olunacaq. Avqustun 15-dək münsiflər heyəti əsərlərlə tanış olub onlara qiymət verəcək. Sentyabrın 18-də - Üzeyir bəyin doğum günündə müsabiqəyə yekun vurulacaq. Müsabiqənin ümumi mükafat fondu 3500 dollardır. I yerin sahibinə 2000 dollar, II yerə 1000 dollar III yerə 500 dollar pul mükafatı diplomlar təqdim olunacaq.

 

Qalib olan əsərlərin premyerası sentyabrın 23-də Bakıda keçiriləcək Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.

 

Noyabrın 5-də Üzeyir Hacıbəyli adına Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin yekun konserti Nyu-Yorkun Linkoln Mərkəzində keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunaraq dünyada geniş yayılacaq.

 

Milli Musiqi Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova diqqətə çatdırıb ki, bu layihənin həyata keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan-Amerika Musiqi Fondu, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi kömək göstərir.

 

Layihə Azərbaycan musiqisinin ermənilər tərəfindən oğurlanmasının qarşısının alınması həmçinin Üzeyir Hacıbəylinin musiqisinin dünyada təbliği üçün zəruridir. Müsabiqə haqqında Nyu-York şəhərində çıxan "Musical America" jurnalında həmçinin "Musicchairs" saytında elan dərc olunub.Milli Musiqi Qlobal Mədəniyyət Cəmiyyəti bu müsabiqənin mütəmadi keçirilməsinə çalışacaq. Sonrakı illərin müsabiqələri üçün artıq mövzular hazırlanıb.Müsabiqədə iştirakla bağlı ətraflı məlumat https://nmgcs.co/competition-about/ linkindən əldə etmək olar.

 

 525-ci qəzet.- 2021.- 30 aprel.- S.9.