Azərbaycanlı teatr xadiminə Rusiya Prezidentinin Fəxri Fərmanı təqdim olunub
Moskvada
mədəniyyət və incəsənət işçilərinə
dövlət mükafatlarının verilməsi mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Moskva
Akademik Satira Teatrının direktoru, soydaşımız Məmmədəli
Ağayevə də Rusiya Prezidentinin Fəxri Fərmanı təqdim edilib.
Rusiya Dövlət
Böyük Teatrın
Bethoven zalında baş tutan mərasimdə çıxış
edən Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova mədəniyyət işçilərini
fəxri ad almaları münasibətilə
təbrik edib. Bildirib ki,
bu dəfə rus mədəniyyətinin
zəngin tarixi irsinin qorunub saxlanmasına və inkişafına böyük
töhfə verən mədəniyyət və
incəsənət işçilərinə,
yaradıcılıq birliklərinin
nümayəndələrinə yüksək mükafatlar və fəxri adlar təqdim olunur.
Təltif olunan 42 nəfər
mədəniyyət işçisi
arasında həmyerlimiz,
Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli
Ağayev də Rusiya mədəniyyətində
xidmətlərinə və
çoxillik səmərəli
fəaliyyətinə görə
Fəxri Fərmana layiq görülüb.
525-ci qəzet.- 2021.- 30 aprel.- S.9.