"Google" bizi dinləyirmi?
Dünyanın ən böyük axtarış platforması
olan "Google", bu
dəfə fərqli bir teoremlə üzləşir. Bir çox insanın
rəy və şikayətlərindən sonra
bunu sübut edənlər də oldu. Hər kəsin ağlındakı
sual isə bu idi: "Google" bizi dinləyirmi?
Bildiyimiz kimi, "Google" axtarış
platforması axtardığımız
sözü milyonlarla qarşılığı ilə
bizə təqdim edir. Son zamanlar, demək olar ki, hamı internet vasitəsilə alış-veriş
edib. Bu səbəbdən
insanlar bir çox şeyin fərqinə varmağa başladılar - Reklamların.
İlk zamanlarda "Google"nin süni təfəkkürü bu dərəcədə inkişaf
etməmişdi. İnsanlar nə
axtarsa, onu görər, axtardıqlarına
oxşar digər nəticələr tapılmazdı.
Zamanla inkişafın nəticəsində
axtardığımız şeylərlə
birlikdə ona bənzər nəticələr
də təqdim olunmağa başlandı.
Ən
son addım daha da inkişaf etdi və axtardığımız
sözlərə əsasən
qarşımıza reklamlar
çıxmağa başladı.
İstifadə etdiyimiz kəlmələr
siyahılaşdırıldı və ümumi şəkildə təhlil
olunaraq nəyə ehtiyacımız olduğuna
qərar verildi. Ekranın sağında da, solunda da ehtiyacımız
olan məhsullar göstərilirdi. Bu, mükəmməl
bir sistem olsa da, "Google" daha da inkişaf
etdi və bir az dəcəllik etməyə
başladı. Teorem də
elə məhz burada başlayır.
"Google" artıq anlayır ki, insanlar öz ehtiyaclarını hər zaman internetdə axtarmır. Bir çox hallarda
öz aralarında söhbət zamanı onlardan bəhs edir. "Bu səbəbdənmi
"Google" insanları dinləməyə
başladı?" sualı
insanları narahat edirdi. Bu teoremi
isbat edənlər də oldu.
Bir ingilis 5
dəqiqə boyunca it
oyuncaqları haqqında
danışacağını deyir və dayanmadan
5 dəqiqə "dogtoys"
hissəciyini vurğulayaraq
danışmağa başlayır. Ardınca internet səhifələrini açır
və qarşısına,
həqiqətən də,
it oyuncaqlarının satışı
ilə bağlı reklamlar çıxır.
Əslində, burada təəccüb doğuran heç nə yoxdur. "Google" onsuz da bu
məlumatları bizdən
aldığını açıqlayır:
"Xidmətlərimizdən istifadə etdikdə bir neçə fərqli formada məlumatlar toplayırıq. Bu məlumatlar, əsasən,
iki geniş kateqoriyada yerləşir.
Özünüzün bizə verdiyiniz
məlumatlar və siz xidmətlərimizdən
istifadə edərkən
topladığımız məlumatlar.
Bunlara tək-tək nəzər salaq:
Öz yaratdığınız və bizə verdiyiniz məlumatları toplayırıq. Bu məlumatlar hesab yaradarkən istifadə etdiyiniz adı, yüklədiyiniz şəkli və ya göndərdiyiniz mesajları əhatə edir.
Xidmətlərimizdən istifadə edərkən də bilgilər toplayırıq. Bu, istifadə etdiyiniz cihazlar və tətbiqetmələrlə birlikdə, etdiyiniz axtarışlar, reklamlar və veb-saytlarımızı ziyarət kimi fəaliyyətlərinizi, "Google" xidmətlərindən istifadə etdiyiniz an mövcud olduğunuz məkanla əlaqədar məlumatları da əhatə edə bilər. Məsələn, kafe axtardıqda küçədən dönən kimi gözəl bir məkan tapmağınıza kömək etmək üçün axtarış terminlərinizlə birlikdə mövcud məkanınızdan da istifadə edirik".
Bu sistem bizlər üçün nə qədər yaxşıdır və nə qədər pisdir, bilmirəm. Amma ümumi olaraq "Google" həyatımızı asanlaşdırmaq istəyir və bütün bu addımları bu məqsədlə atır.
Hər bir halda, öz
razılığımızla "Google"
bizi dinləyir və buna
əsasən qərarlar verir. Ümumiyyətlə,
internet şəbəkəsində bizə
aid milyonlarla fayl mövcuddur. Özümüzü
tanımadığımız və güvənmədiyimiz insanlardan qoruduğumuz kimi, bu tipli
internet şəbəkələrindən
də qorumalı, ehtiyatımızı əldən verməməliyik.
El ROMAN
525-ci qəzet .- 2021.- 4 avqust.- S.23.