Tunel

 

 

Ermənistanın başına Azərbaycanın Dəmir yumruğu dəyəndən sonra sayları çox olmayan bəzi erməni siyasətçiləri, sosial media nümayəndələri 35 illik xəyalpərəstlikdən, yuxudan ya kliniki ölümdən oyanmış kimi başladılar düşünməyə baş vermiş olayları, müharibənin nəticələrini, bölgənin gələcəyini reallığa yaxın bir şəkildə təhlil etməyə. qədər səmimidirlər, deyə bilmərəm. Bunu zaman göstərər. Bəziləri yeni maskalar taxıb tülkülük edirlər ki, sabah deməyə sözləri olsun: "Baxın, ziyanımıza olsa belə, biz məsələlərə ağıllı qiymət verməyə vəziyyətdən çıxış yolu tapmağa çalışırıq! Qoy dünya erməniləri o qədər qanmaz aqressor hesab eləməsin".

 

Bir baxırsan Moskva televiziyasından erməni tanınmışı barışığa çağırır. "Ermənistan başqa cür addım atsa, öz sonunu yaxınlaşdıracaq..." deyir.

 

İkincisi yaxa yırtır ki, ey erməni qardaşlar, biz türklərə nifrət bəsləməkdə səhv etmişik. Bütün dünya görür ki, onlar normal insanlardır, heç kimlə işləri yoxdur, yaşayırlar, inkişaf edirlər. Biz onların arasında bir ovucuq. Udarlar bizi. Bu kin-küdurət ideologiyası öldürəcək bizi. İddiamızdan əl çəkək, onların sayəsində biz inkişaf edək.

 

Üçüncüsü deyir ki, Türkiyədən, Azərbaycandan torpaq iddiası xam-xəyaldır, yaxşısı budur ki, bütün yolları açaq özümüz rahat nəfəs alaq.

Ermənistan gənclərinin müharibədə ölmələrini qəbul etmək istəməyən birisi Qarabağ ermənilərini söyür ki, siz satqınsınız, sizin üçün həyatımızı qurban veririk, lakin bizi bircə dəfə , rusları qarşıladığınız kimi, duz-çörəklə qarşılamadınız.

 

Başqa bir alimləri erməni xalqına müraciətlə daha ciddi bir həqiqətə işarə edir: Siz bilməlisiniz ki, bizə qədim erməni tarixi adına sırınan kitablar uydurmadır, saxtadır, başqalarının əliylə quraşdırılıb ki, biz daim qonşularımızla savaş şəraitində yaşayaq, hamı bizə nifrət eləsin s.

Lakin düşmənlərimizin bu cür çıxışları arasında mənə ən çox ləzzət verən erməni axçisi Bella Lalayanın sözü oldu. Hiss olunur ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın gördüyü işlər onu elə heyrətləndirib, elə yanıb ki, cızdağı çıxıb. Daşaltı kəndi ərazisindən keçən yolun şəklini yayaraq yazır: "30 il ərzində Stepanakertdə tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin!"

 

Əvvəla ona deyim ki, ermənilər tuneldən öncə bütün işğal etdikləri, daşını daş üstə qoymadıqları yerlərə, dağıdılmış şəhər kəndlərimizə, insan adına yaraşmayan vəhşiliklə viran qoyduqları abidələrimizə, muzeylərimizə, təbiətimizə, qəbiristanlarımıza baxanda yerə girməlidirlər. Çünki qədər uzansa da, müharibələr bir gün bitir, amma qonşuluq bitmir elədikləri cinayətlərin qara ləkəsi tarix durduqca ermənilərin üzündən silinməyəcək.

 

Lalayan təəssüratını elə yana-yana yazıb ki, elə bil tunel qazanlarımız bunun ürəyini deşirlər.

                                                                                     * * *

isə. Bu qadının tunel həsrəti fikrimi yayındırdı. Düşündüm ki, bu yazıq yanmaqda haqlıdır. Axı tunel qazmaq, quyu qazmaq, qəbir qazmaq, torpağı qazıb saxta yazılar basdırmaq daha çox ermənilərin işidir.

 

Ermənilərin gizli-açıq yeraltı yalan, riyakarlıq yolları İrəvandan dünyanın demək olar ki, bütün güc mərkəzlərinə uzanır.

 

Türk dövlət xalqlarının arasından Moskvaya, Romaya, Parisə, Londona, Vaşinqtona yüz illər ərzində "məzlum erməni" uydurmaları ötürən çeşidli yollar sonralar Dövlət Təhlükəsizlik Komitəsinin qaranlıq dəhlizləri şəklində Azərbaycan-türk düşmənlərinin istifadəsinə verilmiş qanlı tunellərə döndü. Millətimizin yetişdirdiyi nadir şəxsiyyətlər bu tunellərlə gedər gəlməzə göndərilirdi. İnsanlar türk olduqlarına görə diri-diri quyulara dolduruldu, yetmişi, səksəni bir quyunun "yemi" olurdu.

 

İkinci Dünya savaşında Quzey Qafqazdan "Qızlar" ("Kizler") konyak zavodu İrəvana daşınıb Quzey Qafqazın məhşur konyakı erməni konyakına çevrildi. O zavodun da tunelə bənzər çəlləklərinin konyakı erməni yalan fitvası ilə birlikdə dünyaya axıdılır.

 

Qədim əlyazmalarımız da Matenadaran tunellərində məhv edilməkdə ya erməniləşdirilməkdədir.

 

Erməni yalan maşınının qazdığı bu gizli yollar sərhəd tanımır, zaman tanımır, ifşa olunmaqdan qorxmur, çünki eyni xislətli, eyni maraqları güdən riyakarlar tərəfindən müdafiə olunur. Buna görə də bir də baxırsan erməninin hiylə köstəbəyi qaza-qaza gedib neçə min ilin o üzündə erməni izi axtarır, başqalarının halal tarixini, mədəniyyətini oğurlamaqla özünə tarix və mədəniyyət uydurur...

 

"Arxeoloji tunelləri də az deyil. Odessadan, Krımdan, Quzey Qafqazdan başlamış Hindistana qədər - çeşidli yerlərdə basdırdıqları "erməni" daşlarına qədər uzanır...

 

Erməni yalanlarının bu tipli əcaib yeraltı yollarını göz önünə gətirəndə Qarabağ savaşındakı qələbəmizin, ordumuzun zəfər yürüşünün bütün böyük tarixi əhəmiyyəti daha yaxşı dərk olunur.

 

Neçə aydır biz dünyadan gələn qonaqlara, diplomatlara, jurnalistlərə Qarabağda ermənilərin vəhşicəsinə dağıtdığı şəhərlərimizi, kəndlərimizi, abidələrimizi, bir milyon insanın yox edilmiş məskənlərini, bizi millət olaraq göməcəklərini xəyal etdikləri tunel-istehkamları göstəririk. Onlarsa elə erməni dini abidələri deyib dururlar. Bu qədər insan fəlakətinə yol açırsa - gözünüzə girsin sizin o qanlı dinonun cinayət yuvası olan abidələri!

İnsan qanı tökməyə sövq edən, qonşuya nifrət aşılayan, müharibəyə, cinayətə çağıran, ocaq söndürən, şərə-şeytana xidmət edən dinin Allaha və müqəddəsliyə dəxli yoxdur; o da erməni tarixi kimi saxtadır və onun kilsəsi də, monastırı da şeytan yuvasıdır.

Bəli, erməni də tunel qazıb, ancaq silah anbarı kimi, köstəbək yuvası kimi, bu torpaqların əsl sahiblərini məhv etmək üçün... Fransız havadarlarının köməyi ilə Qarabağda 30 il tunel qazıb və özləri öz başlarını yerə soxublar.

 

Onlar öz kin, düşmənçilik, yalan, alçaqlıq quyularını qazmaqda olsunlar, bizuzaq yollarımızı yaxınlaşdıran tunellərimizi qazmağımızda...

 

31.07.2021

 

 

Sabir RÜSTƏMXANLI

 

525-ci qəzet .- 2021.- 4 avqust.- S.11.