Üç gülüş ustasi faciə səhnəsini necə oynadı?

 

Heçgec deyil  

 

 

Yazılarımdan birində qeyd edəndə ki, başqalarına quyu qazmaqdan, ara vurmaqdan, ev yıxmaqdan həzz alan, bunları həyat tərzinə çevirən yaramazlara Səyavuş Aslanın yaratdığı Yaqo obrazı ilə dərs keçəcəm, yəqin təəccüblənmişdiniz - Səyavuş Aslan hara, Yaqo hara? Elə isə bir neçə dəqiqə vaxt ayırıb oxuyun.

 

Çox illər bundan əvvəl hansısa televiziya verilişində görkəmli gülüş ustalarımız Nəsibə xanım Zeynalova, Əliağa Ağayev Səyavuş Aslan "Gülüş ustaları faciə tamaşalarında oynasalar, alınar" sualına əyani cavab sərgiləmək fikrinə düşdülər başladılar "Otello" faciəsində Otellonun Dezdemonanı öldürdüyü epizodu ekspromt şəkildə oynamağa. Rollar belə bölündü: Dezdemona - Nəsibə xanım, Otello - Əliağa Ağayev, Yaqo - Səyavuş Aslan. O vaxt mənim 9-10 yaşım olardı. Ona görə həmin səhnəni yüzə-yüz dəqiqliklə xatırlamıram. Amma əsas məqamlar yadımdadır əyanilik effekti yaratmaq üçün həmin o səhnəni mətnə çevirib sizə dram dilində təqdim edirəm.

 

 

 

Otello (Ə.A.) (üzünü kameraya tutub): Dəsmalı ver, Dezdemona...

 

Dezdemona (N.Z.) : Hansı dəsmalı deyirsən, Otello? Mömə verən yaylığı? (bu replikanı unutmuşdum. Diqqətli dostlarım yada salandan sonra əlavə elədim - Ə.H.)

 

Otello (Ə.A.): Necə yəni hansı dəsmalı? Qıraqları naxışlı, ortası güllü ipək dəsmal vardı ey, onu deyirəm. Sənə vermişdim ki, tərləyəndə mənim tərimi siləsən..

 

Dezdemona (N.Z.): Bildim, əzizim... Dayan, bu dəqiqə (guya dəsmalı axtarır) Hara yoxa çıxdı bu şoğərib? (qəfildən sevincək) Aha, tapdım. Budur, ala, Otello.

 

Otello (Ə.A.) (dəsmalı alıb baxır qəzəblə): Bunu demirəm ey, vəfasız qadın. Bu, o, deyil. Bunun ortası naxışlı qıraqları güllüdür.

 

Dezdemona (çaşqın halda): Yaman yerdə axşamladıq. İndi mən buna necə deyim ki, dəsmalı itirmişəm? (Otelloya) fərqi var, əzizim, dəsmal dəsmaldır da. O olmasın, bu olsun.

 

Otello (Ə.A.): Yox, vəfasız qadın. Sən bizim böyük sevgimizə xəyanət etmisən. İndi mən səni bax, bu əllərimlə boğacam. Ölməmişdən əvvəl dua oxu.

 

Dezdemona (N.Z.) (ağlamsınaraq): Dua, yoxsa, kəlmeyi-şəhadət, əzizim?

 

Otello (Ə.A.): Əşi, fərqi var?

 

(Ə.Ağayev Nəsibə xanıma tərəf çevrilir, əllərini irəli uzadaraq onu boğmaq üçün irəli yeriyir. Elə bu anda hardansa "Dayan, Otello, əl saxla, günaha batma!" hayqırtısı eşidilir pəjmürdə görkəmli, saçları dağınıq Yaqo - Səyavuş Aslan qaça-qaça özünü yetirir, Ə.Ağayevlə Nəsibə xanımın arasına girir)

 

Yaqo (S.A.): Qoymaram, Otello! Sən onu yox, məni öldürməlisən! Hər şeyin baiskarı mən əclafam. Mən yaşamağa layiq adam deyiləm (köynəyinin yaxasını açır). Gəl, öldür məni!!!

 

Otello (Ə.A.): Sən kimsən, alə?

 

Yaqo (S.A.): Mən Yaqoyam - dünyanın bir nömrəli əclafı, evyıxanı. Qanım halaldır, öldür məni...

 

Otello (Ə.A.): , Yaqub? Yaqub kimdir, alə?..

 

STOP!

 

1. Ə.Ağayevin indi radio dalğalarında tez-tez səsləndirilən məşhur replikası məhz həmin o anda doğuldu.

 

2. Məncə, həmin epizodun davamını təsvir etməyə ehtiyac yoxdur. Düzünə qalsa, heç xatırlamıram həmin səhnə necə başa çatdı. Amma S.Aslanın Yaqonun timsalında milliyyətindən, dinindən, irqindən, yaşından asılı olmayaraq dünyanın bütün yaramazlarına ötürdüyü mesaj - keçdiyi dərs indi ibrətamiz aktualdır.

 

Dünya ədəbiyyatının ən ibnə obrazlarından olan Yaqo S.Aslanın yozumunda oyanmış vicdanının səsinə təslim olub, özünə hökm oxuyan cəfakeş obraza belə çevrildi. Məncə, həyatdakı yaramazlar bundan ibrət götürsələr, dünya xeyli rahat nəfəs alar.

 

Qeybəti mənfi hal kimi qədər söysək , o, bu ya digər dərəcədə hamıya xas olan xüsusiyyətdir. Çünki bu qarmaqarışıq dünyada yaşayıb az da olsa bu mərəzə tutulmamaq sadəcə mümkünsüzdür.

 

Qeybət məkan zaman özəllikləri tanımır, onu hər vaxt, hər yerdə ediblər yəqin ki, edəcəklər. Çox gənc yaşlarımda gözlərim qarşısında baş verən passiv iştirakçısı olduğum əhvalat o illərin klassik qeybət nümunəsi ola bilər. Qeybətcil olmamaq üçün qeybət edənlərin kimliyini bildirməyəcəm. Qoy olsunlar "X" "U". Qeybətin obyektini isə göstərirəm - musiqi tariximizin nəhəng tədqiqatçısı, Şuşanın tarixi haqqında ən sanballı kitabın müəllifi Firudin Şuşinski. Firudin müəllim bütün həyatını xalq musiqimizin tədqiqinə həsr etmişdi. Sağlığında müasir muğam ifaçılığı barədə kəskin tənqidi məqalələr yazırdı. Prinsipial, sənətdə xalturaya güzəştə getməyən bir qələm sahibi idi məsələnin bu tərəfi onun adının ətrafında tez-tez cürbəcür qalmaqalların, qeybətlərin yaranmasına, bəzən isə bu qeybətlərin aşağıda görəcəyiniz kimi ABSURDA dirənməsinə səbəb olurdu.

 

Mən Firudin müəllimin ruhuna Allahdan rəhmət diləyir bu əhvalatı da vaxtilə onun kölgəsini qılınclayan bəzi bədxahların maskasını yırtmaq üçün qələmə alıram.

 

(Əhvalat vaqe olur 1983-cü ildə "Filarmoniya bağı" deyilən yerdə)

 

X: O gün məqaləsini oxuyuram zarazanın. Gör yazır - filankəs xanəndəlik eləməkdənsə, gedib nağarasını çalsa yaxşıdır.

 

U: Nağara? nağara?

 

X: Bəs bilmirsən, filankəs xanəndəliyə nağara çalmaqla başlayıb axı.

 

U: Bilmirdim, indi bildim. O yazıdan mənim xəbərim var. Bir yerdə yazıb ki, bəhmankəs oxuyanda bədəninin qırmızısı üzünə çıxır. Mərifətə bax ey! (Məqaləni mən oxumuşdum. F.Şuşinski fikrini belə kobud tərzdə ifadə etməmişdi - Ə.H.).

 

X: Guya hardasa deyib ki, Paqanini vaxtsa skripkada "Bayatı Şiraz" çalıb, bizim  kamançaçılarımız isə hələ öz kamançasında toyuq-cücə səsləri çıxarmaqla məşğuldurlar (Təsadüfən həmin söhbət mənim yanımda olmuşdu F.Şuşinski tamam ayrı bir skripkaçının adını çəkmiş, "toyuq-cücə səsləri"  ifadəsini işlətməmişdi. Bu, X-in Firudin müəllimin adına yazmaq istədikləri öz "kəşf"i idi - Ə.H.).

 

U: Bunun dediklərindən belə çıxır ki, gərək bütün xanəndələr mənə haqq versinlər. Yoxsa atalarını yandıracam (Bu isə "U"-nun qeybəti qızışdırmaq üçün elədiyi cavab "kəşfi" idi - Ə.H.).

 

X (nigaran tərzdə): Mən varam o siyahıda?..

 

U (ikibaşlı eyhamla): Güman ki...

 

X: Neynək... neynək... Deyirlər bir gün Hacını (tarzən Hacı Məmmədov - Ə.H.) küçədə tutub deyib ki, gedək bizə, sənə yaxşı sürpriz hazırlamışam. Gediblər. Əvvəl Hacıya çay süzüb, sonra köhnə bir valı qoyub potefonun üstünə ki, sən hələlik qulaq as, mən yemək gətirim. Əlində boşqab qayıdanda Hacı soruşub ki, bu nədir, səhərdən cüyüldəyib baş-beynimi apardı? Bu da deyib ki, bəs Saqomon Seyranovdur da. Bax gör tarı necə çalarlar. Gözünə su ver. Hacı da boşqabı alıb bunun əlindən çırpıb yerə, deyib ki, mən Saqomonun tarını əlindən alıb onun təpəsinə bax, beləcə çırpanda sən harda idin? (Bu hadisənin baş verib-vermədiyini yalnız Hacı müəllimdən öyrənmək olardı ki, o da artıq haqq dünyasında idi - Ə.H.).

U (artıq cuşa gəlib): Evini görmüsən , onun. Elə bil şah sarayıdır. Hər səhər durub idman eləyir (?).

 

X: Əşi, eləyir eləsin ...

 

U (artıq özünə nəzarəti itirib): Yox ey, ömrü boyu dövlət maaşına qol çəkməyib, amma hər gün ət yeyir əclaf (?).

 

X: Sən lap elədin haa. Yeyir, yesin ...

 

U: Yox ey, sən bilmirsən - həm hər səhər durub xaş yeyir!.. (???) (Məncə, burada pərdələri endirsək, pis olmaz).

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet .- 2021.- 6 avqust.- S. 13.