Heç vaxt əyilməyən
Türkiyəmiz
Min illərin sınağından
çıxmış müdrik
atalar sözlərimizdən
biri yenidən yadıma düşdü:
"Dostu dar gündə sınayarlar".
Azərbaycan-Türkiyə dostluğu əsrlərin
sınağından keçə-keçə
gəlməkdədir. Dastanlarımızın doğmalığı,
mədəniyyətimizin doğmalığı,
dilimizin eyniliyi, klassik jurnalistlərimizin Türkiyə həyatı,
Çar və Sovet imperiyasının repressiyalarından qurtuluş
yolu kimi Türkiyəni özlərinə ikinci Vətən seçən
azadlıq mücahidlərimizin
yaradıcılıq məkanı,
Cümhuriyyət qurucularının sonda pənah gətirdikləri etibarlı ölkə və nəhayət, yeni müstəqillik illərimizin çətin
başlanğıc illərində
köməyimizə çatan ilahi bir xalq - bütün
bunlar Ümumimilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kimi zamanın aforizminə çevrilmiş
müqəddəs bir
ifadəni yaratması
ilə nəticələndi.
Türkiyə güclü və müstəqil bir dövlət kimi həmişə Azərbaycanın
yanında olub. Yeni dövrün,
yeni müstəqilliyimizin
ən çətin anlarında bu dövlətə, bu xalqa güvənmişik.
Zamanın yeni və həm də tarixdə ən çətin sınaqlarında
Türkiyə Azərbaycanın
yanında olub. Yaxın keçmişdə
mühüm bir beynəlxalq forumda Türkiyə Prezidenti cənab Ərdoğanın
bu məclisdə iştirak etməməsindən
"cürətlənən" birisinin onun ünvanına ironiyalı
sözləri anında
Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Türkiyə
Prezidenti burda yoxdur, amma mən burdayam!" nidası həmin "cəsarətli"
dövlət başçısının
sözünü ağzında
qoydu...
Zaman sınaqlarla
doludur. 44 günlük Vətən müharibəsi
dövründə Türkiyə
mənəvi və
siyasi cəhətdən
Azərbaycanın yanında
oldu. Mənfur Ermənistanı diz çökdürməyimiz Türkiyənin
də zəfər
bayramına çevrildi.
Ərdoğanın Şuşa
səfəri, Şuşada
imzalanan Azərbaycan-Türkiyə
Bəyannaməsi düşmənin
və düşmənlərin
gözünə ox oldu.
Bu güclü və məğrur dövlət
Azərbaycan naminə
sınaqdan məğrurcasına
çıxdı...
Tanrı qorusun bu dövləti. Amma neyləyək
ki, bizi də qardaş xalqa kömək sınağına çəkib.
Türkiyə erməni
xisləti daha
bir vandal düşmənin
girdabına düşdü:
meşələri, bağ-bağatları
yandırdılar. Türkiyə alovlar içindədir.
Azərbaycan Türkiyə ilə
müqəddəs qardaşlıq
borcunu boynuna götürdü. Xalqımızın mətbuatda, telekanallarda, feysbuk səhifələrində
ifadə etdiyi narahatlıq duyğuları
göz qabağındadır.
Jurnalistlərimizin ən təsirli,
qardaş dərdinə
qalan yazılarını
oxuyub təsirlənməmək
mümkün deyil.
Telekanallarımızın müxbirləri meşə
yanğınlarının alovları
içərisindən canlı
reportajları ürəkləri
dağlayır.
Başda
Prezidentimiz İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı - istisnasız olaraq
hər kəs Türkiyəyə kömək
üçün hər
şeydən keçməyə
hazırdır. İndi o müdhiş
meşə yanğınlarının
söndürülməsi işində
Türkiyə ilə yanaşı, Azərbaycan
Fövqəladə Hallar
Nazirliyinin yüzlərlə
canlı əməkdaşı,
yüzlərlə ən
müasir texnikası fədakarlıq göstərməkdədir.
Bu fakt elə həm də Şuşa Bəyannaməsinin
bir bəndinin reallaşmasıdır.
Yanğın söndürülməkdədir və söndürüləcək. Amma indi
Ermənistan mediasında
hələ adı tapılmayan bu "millətin" sevincinə
baxın. Dünyanın ekologiya dərdinə çevrilən Türkiyə
yanğınları bu
"millətin" bayramına
çevrilib. 30 il müddətində
zəbt etdikləri Azərbaycan torpaqlarında
törətdikləri vəhşiliklərə
göz yuman Avropa indi onların
Türkiyədəki yanğınla
bağlı sevinclərini
mediadan oxusunlar. Bəlkə onda başa düşəcəklər
ki, Ermənistan təkcə Azərbaycanın
deyil, bütövlükdə
yer kürəsinin düşmənidir...
Türkiyədə yanğın!
Dostlarımızın ürəyini dağlayan
yanğın. Amma Tanrı həmişə
Türkiyəni qoruyub. İndi
də elə olacaq! Tanrının və
dostlarının köməyi Türkiyəni əyilməyə
qoymaz!
Günel
MEHDİZADƏ
525-ci qəzet.- 2021.- 7 avqust.- S.6.