"Hərbi jurnalistikanın
inkişafı üçün belə təlimlərə
ehtiyac var"
Rey Kərimoğlu ilə müsahibə
Azərbaycan Respublikasının Medianın
İnkişaf Agentliyi
(MEDİA), ADA Universiteti, Beynəlxalq
Münasibətlərin Təhlili
Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), “Əl Cəzirə” Media Şəbəkəsinin birgə
təşkilatçılığı ilə 1-5 avqust tarixlərində Azərbaycanın
media nümayəndələri üçün "Jurnalistlərin
münaqişə zonasında
davranışları: Təhlükəsizlik
və mühafizə qaydaları" mövzusunda
keçirilən təlim
proqramı başa çatıb.Təlim proqramında
müxtəlif media subyektlərindən
nümayəndə iştirak
edib.
Təlimlərdə iştirak edən tanınmış
jurnalist Rey Kərimoğlunun
sözlərinə görə,
proqram çərçivəsində
"Əl-Cəzirə" Media Şəbəkəsinin heyəti
tərəfindən Azərbaycan
Media nümayəndələri üçün "Jurnalistlər
üçün Risk Təhlili
və Əməliyyat
Planlaşdırılması", "Xəbər toplamaqda riskin qiymətləndirilməsi",
"Ballistik təhlükə",
"Şəxsi təhlükəsizlik",
"Zərərçəkənlərin
qiymətləndirilməsi", "Nümayiş və İctimai Qarışıqlıq",
"Minalar və əldə hazırlanmış
partlayıcı qurğular
haqqında məlumat",
"Yara və qanaxmanın idarə olunması", "Səyahət
Təhlükəsizliyi", "Hava Hücumu və dron haqqında
məlumat", "Bədəndə
yaranmış qırıq
hallarının idarə
olunması", "Yanğının
idarə olunması",
"Qaçırılma və
Xüsusi risklər",
"Praktiki və Təlim Reviziyası",
"Planlaşdırma və
Risk qiymətləndirmə Testi", "Yekun Praktiki Ssenari test" mövzularında təlimlər
keçirilib. Təlim zamanı
real praktik misallardan istifadə edilməklə,
iştirakçılara müvafiq
mövzularla bağlı
məlumatlar verilib.
Təlim
zamanı real praktik misallardan istifadə edilməklə, iştirakçılara
müvafiq mövzülarla
bağlı məlumatlar
verilib: "Azərbaycan 44 günlük müharibədən
çıxıb. Qarabağımızda hələ işlər çoxdur. Ərazilərimiz minalıdır. Ermənilərlə sərhəd bölgələrdə
görüləsi işlər
çoxdur. Bu baxımdan
Azərbaycanın media nümayəndələri
üçün "Jurnalistlərin
münaqişə zonasında
davranışları: Təhlükəsizlik
və mühafizə qaydaları" mövzusunda
keçirilən təlimlər
böyük əhəmiyyət
kəsb edirdi. Təlimləri beynəlxalq təlimçi
Bevan David Ris keçirdi.
O, çox peşəkar
təlimçidir və
təlimləri yüksək
səviyyədə keçirdi.
Bevan David Ris bu
sahə üzrə çox dərin biliyə malik təlimçidir. Nəzəri təlimlər auditoriyada,
praktiki təlimlər
isə açıq havada təşkil olundu. Qrup halında keçirilən
təlimlərdə qarşı
tərəfdən kiçikçaplı
və iriçaplı
silahlardan açılan
atəşdən qorunma,
yaralıya ilkin tibbi yardım və digər praktiki məşqlər keçildi. Təlimçinin yanaşması ondan ibarət idi ki, jurnalistin həyatı xəbərdən
önəmli deyil.
Jurnalistin taleyi hər
şeydən üstündür".
Rey Kərimoğlu bildirib ki, "Jurnalistlərin münaqişə zonasında
davranışları: Təhlükəsizlik
və mühafizə qaydaları" mövzusunda
keçirilən təlimi
digər təlimlərdən
fərqləndirən əsas
məqamlardan biri jurnalistlərin burada mövzu üzrə müəyyən bilgilər
əldə etməsidir:
"Mən bu təlimdə müəyyən
bilgilər, vacib məlumatlar əldə etdim. Baxmayaraq ki, müharibədə
yaralanmış, iki dəfə minaya düşmüş, ekstremal
vəziyyətlərlə üzləşmiş
adamam. Təlimlərdə yaralanma zamanı
qanaxmanın ən son
mütərəqqi üsullarda
qarşısının alınması
bizə izah olundu. Bir daha qeyd edim ki, təlimlər
yüksək səviyyədə
keçirildı".
Rey Kərimoğlunun dediyinə
görə, təlimlərin
sonunda qiymətləndirmə
aparıldı: "15 sual
üzrə test cavabları
hazırlanaraq iştirakçılara
təqdim olundu. Şifahi sorğu-sual edildi və praktik olaraq təlimlər böyu öyrəndiklərimizi
nümayiş etdirdik. Məsələn, hadisə zonasında
hava atəşi - raket, arteriya, dronlardan, kiçik və iri çaplı
silahlardan atılan atəş zamanı nə etməli, necə qorunmalı, yaralanma hallarında necə davranmalı və sair. Qeyd edim ki, qiymətləndirmə
100 ballıq şkala üzrə aparılırdı.
Qiymətləndirmə zamanı demək
olar ki, bütün jurnalistlər
yüksək nəticə
göstərdi. Mən özüm
də qiymətləndirmə
zamanı yüksək
nəticə göstərdim.
Təlim proqramının
sonunda müxtəlif
media subyektlərindən olan
təlim iştirakçılarına
sertifikatlar təqdim olundu".
Rey Kərimoğu qeyd edib ki, Azərbaycanda
hərbi jurnalistika ilə məşğul olan jurnalistlər var: "Ancaq onların sayı çox azdır. Hərbi jurnalistika bir qədər ağır və xüsusi hazırlıq tələb
edən bir sahədir. Bəlkə də bu amillər səbəbindən
bu sahədən yazan jurnalistlərin sayı azlıq təşkil edir. Ancaq mütləq şəkildə
bu sahədən yazan jurnalistlərin sayı artırılmalıdır.
Mən təlimlərdə
çıxışım zamanı da bildirdim ki, "Jurnalistlərin münaqişə
zonasında davranışları:
Təhlükəsizlik və
mühafizə qaydaları"
kimi təlimlər mütəmadi olaraq keçirilməlidir.
Azərbaycanda hərbi jurnalistika
çox zəifdir.Onu
dirçəltmək lazımdır.
Azərbaycan Respublikasının
Medianın İnkişaf
Agentliyinin
(MEDİA) İcraçı direktoru Əhməd İsmayılov,
BAMF-ın prezidenti
Umud Mirzəyev, Mətbuat Şurasının
sədri Əflatun Amaşov, Medianın İnkişafı Agentliyinin
Media subyektləri və
jurnalistlərlə iş
şöbəsinin müdiri
Natiq Məmmədli, Əl Cəzirə Media Şəbəkəsinin İctimai
azadlıqlar və insan haqları mərkəzinin direktoru, nümayəndə heyətinin
rəhbəri Sami Əl
Hacc və beynəlxalq təlimçi
Bevan David Rislə sözügedən
məsələ ilə
bağlı müzakirə
apararkən mən bildirdim ki, hərbi
jurnalistikanı inkişaf
etdirmək üçün
bu kimi təlimlərin
mütəmadi olaraq keçirilməsinə ehtiyac
var. Mən düşünürəm
ki, bu sahəyə
yeni-yeni jurnalistlər
gəlməlidir. Həvəsi və bacarığı olan jurnalistlərə dəstək çox önəmlidir. Fikrimcə, bu
sahədən yazan jurnalistlərə çox
ehtiyac var".
Rey Kərimoğlunun fikrincə,
hərbi vətənpərvərlikdən
yazan bəzi jurnalistlərin bu sahə üzrə ixtisaslaşmasına ehtiyac
var: "Mən hesab edirəm ki, ilk növbədə hərbi
jurnalistikadan anlayışı
olan jurnalistlər bu sahə üzrə
işə götürülməlidir.
Xüsusilə televiziya və
sayt rəhbərləri
məsələyə xüsusi
diqqət yetirməlidir.
Həmçinin, bu sahədən
yazan jurnalistlərin hərbi bilikləri artırılmalıdır. Bu sahə üzrə
ixtisaslaşmış təlimçilər
tərəfindən jurnalistlərə
qarşıya çıxa
biləcək təhlükəli
vəziyyətlərdə davranış
normaları, müşahidə
aparmaq və informasiya toplamaq qaydaları öyrədilməlidir.
Son dövrün ekstremal
jurnalistika təcrübəsi,
müxbirin ekstremal şəraitdə davranış
metodları tədris edilməli, hərbi jurnalistikanın incəlikləri
izah olnmalıdır. Ekstremal şəraitdə işləyən
jurnalistlərin özünü
qoruması, düzgün
informasiya alıb cəmiyyətə çatdırılması
öyrədilməlidir. Jurnalistlərin bu istiqamətdə
təcrübə toplaması
olduqca vacibdir".
Azərbaycan jurnalistləri cəbhə
bölgəsində baş
verən hadisələri
ictimaiyyətə çatdırarkən
yüksək peşəkarlıq,
vətəndaş mövqeyi
və prinsipiallıq nümayiş etdirməlidir.
Onun sözlərinə əsasən, elə məqamlar var ki, o zaman hərbi sahədən yazan jurnalistlər xüsusi olaraq diqqətli olmalıdırlar: "Dövlətin, millətin taleyi həll olunan bir məqamda çox ehtiyatlı davranmaq lazımdır. Jurnalistlər hərbi sahədən yazarkən diqqətli olmalı, peşə və vətəndaşlıq borcuna vicdanla yanaşmalıdır. Milli təhlükəsizliyə xələl gətirən informasiyanın yayılması yolverilməzdir. Fikrimcə, ən böyük vacib şərt vətəndaşlıq məsuliyyətidir. Dövlətin, millətin qarşısında olan öhdəliyin və borcumdur. Mənim üçün ən öndə Vətən, dövlət, millət gəlir. Ondan sonra digər məsələlər gəlir".
Jurnalisti deyib ki, sevindiriici haldır ki, Azərbaycanda hərbi sahədən yazan jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi olaraq təlim kursları təşkil olunur: "Dinc Dünya" Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, Mətbuat Şurası, Müdafiə Nazirliyi tərəfindən dəstəklənən "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi" layihəsi çərçivəsində keçirilən təlimi, Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı, Beynəlxalq Jurnalistlər Federasiyası ilə birgə təşkil etdiyi təlimi qeyd etmək istərdim. Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi, ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu, “Əl Cəzirə” Media Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən 5 günlük təlim proqramının əhəmiyyətini isə xüsusi olaraq vurğulamaq istəyirəm".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 7 avqust.- S.7.