Qələmsiz yazılanlar  

 

status-esseləri

 

Jurnalistlərlə cəngə çıxmaq yanlış addımdır, sonu məğlubiyyətdir.

Jurnalistlərlə dost olmağa çalışmaq lazımdır.

Milli Mətbuat Günümüz mübarək!

 

***

 

Bu bayram günündə "Media açarı" mükafatını xatırladıq.

Təşəkkürlər, Nigar Abbasova.

 

***

 

Media çox qəddarlaşıb...

 

***

 

Pis xəbərlərdən ötrü darıxan, onları yaymağa hazır dayanan adamlar elə o pis əməlləri törədənlərlə təndir.

 

***

 

Fırıldaqçı fırıldaqçının yerin dar eləyər.

 

***

 

Təkcə quşların səsi dəyişməyib, elə 40 il əvvəlki kimi oxuyurlar...

 

***

 

Deyir, adamı sel Almaniyada apara...

 

***

 

Sənin fikirlərin, irəli sürdüyün sərsəm təkliflər insanlar arasında təfriqə nifaq salırsa, onları bölür, qarşı-qarşıya qoyur, düşmənçilik yaradırsa, deməli, şər daşıyıcısan, şərə xidmət edirsən.

 

***

 

Əvvəllər belə əcaib hadisələr olurdu. Amma biz onu qəzet səhifələrinə çıxartmırdıq.

 

***

 

Daha qəzet-kitab oxuyan olacaq, televizora baxan.

Hərənin əlində bir sehirli qutu.

Heç kim ondan gözünü çəkmir.

 

***

 

Havanın qırımından xoruzların boğulan banından günün isti keçəcəyi hiss olunurdu...

 

***

 

Feysbukda şəxsi zəmində, kindən-paxıllıqdan doğan, qisasçı statuslar çox olur. Amma hərdən yerinə düşən, sərrast qınaqlara da rast gəlinir.

İctimai qınaq qanan, nəticə çıxaran üçün vacibdir, xeyirlidir. Məktəbdir. Gələcək səhvlərdən sığortalanmaqdır.

Nəticə çıxarmaq yerinə cığallıq edənlər isə sonda məğlub olacaq, təzyiqlərə davam gətirməyəcəklər.

Ağıllı sərrast qınaqlarınız azalmasın.

 

***

 

Həm alçadır, həm göyəmdir, həm ərik...

 

***

 

Dəyərlər itəndə hamıda iddia yaranır.

 

***

 

Jurnalistləri bu qədər aşağılamaq düz deyildi...

 

***

 

Yazanda gərək bir fikirləşəsən ki, bu uzunluqda səfsəfəni kim oxuyacaq?

 

***

 

Külək elə bil nəsə demək istəyir.

Dili-ağzı olmasa da...

 

***

 

Gedənlər getməyənləri sakitləşdirsin.

 

***

 

"Sən gecələr yat, ay Qurban".

Hansı əsərdəndir?

 

***

 

"Də"ni ayrı yaza bilməyənlərin dövranı...

 

***

 

Dünyanı qoz qabığına - telefona yerləşdirməyin mənası idi?

Onsuz da insanlar yalan-doğru yaşayırdılar da...

 

***

 

Savadsızın dediyi həqiqət şübhəli olur...

 

***

 

Maarifçilik kreativ qiyafədə...

 

***

 

Əgər sənin gördüyün işlər, atdığın addımlar hər dəfə ictimai qınağa tuş gəlirsə, deməli, nəyisə səhv edirsən, özün barədə düşünməlisən...

 

***

 

Fürsətcil şantajçılar...

 

***

 

Davamlı cığallıq bezdirir, usandırır...

 

***

 

Yenə dava salan deputat olmasa, millət vəkillərinin tətili salamatçılıqla başa çatar...

 

***

 

Bu kişmişi üzüm niyə Ağdam həyətlərindəki çardaqların lüminiset işığını xatırlatsın ki?

 

***

 

Toyda hədsiz yüksək səsli musiqi dinləyiciləri aşağılamaqdır, həqarətdir, düşmənçilikdir, stress mənbəyidir.

Bunun qarşısını ala bilməmək fəlakətdir.

Şadlıq evlərini isə mədəniyyət müəssisələrinə bağışlamaq lazımdır - insanları aşağıladıqlarına, zərər vurduqlarına görə kompensasiya kimi...

 

***

 

Həqiqi rəqabət mühiti olmayanda narazılar artır...

 

***

 

Şadlıq evlərinin əksəriyyətində zalda siqaret çəkməyə icazə verirlər. Yəqin bunun da səbəbi var; qanunu pozmağa icazə veririk, siz səhvlərimizə göz yumun...

 

***

 

Xalqın sevgisi çox sürüşkəndir...

 

***

 

Bəzi idman növlərinin iştirakçılarını, pərəstişkarlarını başa düşürəm. bir məna tapıram, zövq almağa, həyəcanlanmağa səbəb.

Məşhur sual da bir yandan rahat buraxmır: " olsun?"

 

***

 

Cümləsindən, misrasından ağlı bilinir...

 

***

 

Biz niyə uduzanda coşmalıyıq ki? Əvvəlcədən coşsaq, olar?

 

***

 

Zorla peyvənd şübhə toxumu səpir, başqa gizli xəstəliklərə rəvac verir.

 

***

 

Bəsdir metroyla gəzdiniz, düşün bir az da piyada gedin.

 

***

 

Türkiyədən yaxşı yağış xəbərləri gəlir.

 

***

 

Düşükləmə, şair!..

 

***

 

Deyir, sizə Məhərrəmlik qənim olsun...

 

***

 

Sən hər ağzını açanda xoruz buraxırsansa, xoruz qovalayanları qınamamalısan...

 

***

 

Görəsən, buludların inadkarlığı nəticə verəcəkmi? Damcı düşən tərəflər nə deyir?

Yağacaq, yağmayacaq?

 

***

 

Doğulduğun, uşaqlığın keçən yerlər həm də qayğısız illərinin xatirələrini yaşatdığına görə əzizdir. Beyin təzələnir, durulur, dirilir. Yenidən doğulacağına ümidlənirsən.

 

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2021.- 11 avqust.- S.11.