Unudulmaz Türkiyə təəssüratları

 

 Türkiyənin Bursa şəhərində keçirilən Nizami Gəncəvi ilinə həsr olunan Beynəlxalq Konqresdə iştirakım yaddaşımda silinməz izlər buraxdı. Bu möhtəşəm konqreslə bağlı düşüncələrimi bölüşmək qərarına gəldim.  Fikirlərimə qardaş Türkiyədə törədilən ekoloji terror hadisəsinə münasibət bildirməklə başlamaq istəyirəm.

   

 

İyulun 28-dən Türkiyədə meşə yanğınları başladı hələ davam edir. Bu faciəvi hadisə nəticəsində insanlar həyatını itirib, çoxlu heyvanlar ölüb, minlərlə insan evindən didərgin düşüb, on minlərlə ağac, çiçək başqa bitki örtüyü məhv olub. Yaşıl örtüklərin məhvi insanların, həyatın məhvidir. Yer kürəsinin istənilən yerində ağac, meşə yanğını insanlığa qarşı cinayətdir. Türkiyədə, yaxud dünyanın istənilən bölgəsində meşələri yandıranlar, Yer kürəsinin yaşıl örtüyünü bilərəkdən məhv edənlər beynəlxalq ekoloji terror törədirlər. Bu terroru törədənləri lənətləyir hər zaman Türk xalqının yanında olduğumuzu bir daha bildirirəm. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Anadolu təbiətini külə döndərən alovlar dünyadakı bütün türklərin qəlbini yandırsa da, qarşılıqlı məhəbbətini birlik, yardım istəyi ilə alovlandırır. Türkün hər kədəri, hər uğuru bizi daha da səfərbər edir, yaxınlaşdırır, qovuşdurur. Tanrı Türkü qorusun!

 

Bir millətik, iki dövlət,

Eyni arzu, eyni niyyət.

Hər ikisi Cümhuriyyət,

Azərbaycan-Türkiyə.

 

Birdir bizim hər halımız,

Diləyimiz, amalımız,

Bayraqlarda hilalımız,

Azərbaycan-Türkiyə.

 

Bəli, biz qardaş Türkiyə ilə bir ananın övladlarıyıq. Bir çox ortaq cəhətlərimiz var ki, bunlardan biri ədəbiyyatımızdır. Azərbaycan Türkiyə ədəbiyyatını bir-birindən ayırmaq çətindir. Xüsusilə, qədim dövrlərdən 20-ci əsrə qədər, həmçinin bu günə qədər davam edən uzun dövrdə hər iki türk xalqının ortaq ədəbiyyatı mövcud olub. Nizami, Füzuli, Nəsimi qədər bizimdirsə, bir o qədər Türkiyə ədəbiyyatının dahiləri sayılır, orta məktəblərində tədris olunur, universitetlərində tədqiq edilirlər.

    Bilirik ki, 2021-ci ildə dahi şair mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili Azərbaycan RespublikasındaNizami Gəncəvi İlielan etdi.

 

 

    Nizami Gəncəvi dünya şeiriyyatının günəştək nur saçan müdrik siması, şərq poeziyasının ecazkar qüvvəsi, Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətdir. Humanist şair kimi şöhrət qazanan görkəmli ədibin əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin mənəvi dünyasına işıq saçıb, böyük tərbiyəvi əhəmiyyət kəsb edərək bəşəriyyətin yoluna mayak olub. Nizami Gəncəvi bir ədib kimi bütün dövrlərin fövqündə dayanmağı bacarıb. Nizami təkcə keçmişin yox, bu günün sabahın şairidir. Müdrik şairin yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə hansı millətə mənsub olmasından asılı olmayaraq, insanın ruhuna, təfəkkürünə hakim olur. Böyük şairin bəşəriyyətə təlqin etdiyi mənəvi dəyərlər ən çətin zamanlarda da insanlar üçün bir ümid işığına, gələcəyə, inkişafa yol göstərən mənəvi bələdçiyə çevrilib. Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilik kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli ahəngdar bir cəmiyyətə səsləyir.

    Nizami Gəncəvi ilinə həsr olunan bir çox tədbirlər keçirilir. Bunlardan biri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Türkiyənin Bursa şəhərində 25-29 iyul 2021-ci il tarixlərində Böyük Azərbaycan şairi Nizami Gəncəvi Beynəlxalq Konqresi keçirdi. Bu beynəlxalq konqresdə iştirak etmək qürurverici idi. Çox dəyərli alimlərlə, professorlarla, sevdiyim müəllimlərimlə Nizami işığına toplaşmaq, o işıqdan nəsib almaq sözlə ifadə oluna bilməz.

     Türk xalqlarının nümayəndələrinin Nizami sevgisi, Nizamini dərindən bilmələri, həqiqətən , qürurvericidir. Xüsusən , Nizaminin ən son poeması olanİsgəndərnamə”də bəhs etdiyiXoşbəxtlər ölkəsihər kəsin diqqət mərkəzində idi. Nizamiİsgəndərnaməəsərində utopik cəmiyyət haqqında danışıb bununla o, 15-16-cı əsr Avropa utopik sosialistlərindən Tomas Moru Kampanellanı əsrlər öncə qabaqlayıb. Tomas Morun yazdığıUtopiya Kampanellanın yazdığı dünya şöhrətliGünəş şəhəriəsərləri ideal cəmiyyəti təsvir edərək onun quruluşunu izah edir. Lakin Nizami dühası bu fikirləri qabaqlamışdır hələ 12-ci əsrdə, bəzi qadağaların mövcud olduğu dönəmdə ideal cəmiyyətdən danışmışdır. Daşın qızıla bərabər olduğu, hər kəsin bərabər firavan yaşadığı, qapılara qıfıl vurulmayan bu cür utopik cəmiyyət, əlbəttə ki, sosializmi təsvir edərək, hətta Marksın arzuladığı dövlətsiz kommunizm cəmiyyətini obrazlı şəkildə bizlərə göstərir.

     Konqres bir neçə paneldən ibarət oldu. Dünyanın 6 ölkəsini təmsil edən 70-dən çox nümayəndənin, görkəmli ədəbiyyatçıların Nizamişünas tədqiqatçıların, o cümlədən respublikamızın qabaqcıl gənc müəllimlərinin bir qrupunun iştirakı ilə keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra isə Azərbaycan Türkiyənin Dövlət Himnləri səsləndirildi.

     Konfransın açılışında Bursa Uludağ Universitetin rektoru Saim Kılavuz, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş icraçı direktoru Elnur Əliyev, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun çıxışları dinlənildi.

    Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutu, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri Bibixanım İbadova, Filologiya üzrə elmlər doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həcər Hüseynova, ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk odası” və “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Elman Quliyev, AMEA – Gəncə Bölməsinin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları ilə təltif olunmuş, tarix elmləri üzrə elmlər doktoru, professor Şahin Fazil, memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü, professor, Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü Cəfər Qiyasibaşqa dəyərli alimlər Nizami Gəncəvi ədəbi məktəbi və poetik ənənələri XIII – XX əsrlərdə Şərq və Qərb mədəniyyətlərində; şairin qəzəllərinə yanaşmalar, Nizaminin memarlıq düşüncələri kontekstində Azərbaycanın Səlcuqlar dövründəki memarlıq mövzularında fikir və düşüncələrini bölüşdülər.

  

Çox xoş, doğma duyğularla Türkiyə ilə sağollaşdım. Artıq təyyarədəydim. Yeddi günlük ayrılıqdan sonra Vətənə dönürdüm. Pəncərədən qaranlıqda ləl-cəvahirat kimi işıq saçan İstanbulun getdikcə uzaqlaşdığını görürdüm. Cazibəsi isə hələ də mənimlə idi...

 

Beynəlxalq konqresdə iştirak etmək, Nizami yaradıcılığına daha yaxından bələd olmaq, əsərlərinin müqayisəli təhlilini aparmaq, Nizamisevərlərlə müzakirələr etmək mənim üçün böyük təcrübə, Bursanın, İstanbulun ən gözəl, maraqlı məkanlarını gəzmək isə möhtəşəm xatirə oldu.

     Bir həqiqəti bir daha tamlığı ilə təsdiq edirəm ki, sevmək üçün daha yaxından tanımaq lazımdır. Türkiyəni öyrəndikcə, yaxından tanıdıqca bu doğma ölkəyə, onun tarixinə, əzəmətinə və varlığına heyran qaldım.

     Ulu Yaradan Türkiyəni, Azərbaycanı, dostluğumuzubizi sevənləri qorusun! 

     

Gülgün Rzayeva,

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İmişli rayonu üzrə koordinatoru.

 

525-ci qəzet.- 2021.- 11 avqust.- S.10.